Poçt göyərçinləri

Keçmiş zamanlardan atlılarla bərabər xəbər aparan canlılardan biri də göyərçinlər olmuşdur. Bu səbəbdən də bu quşlar tarixdə insanlıq həyatına ən çox fayda göstərmiş canlı kimi də tanınır. Göyərçinlər qədim zamanlardan sülh quşları hesab ediliblər. Bu heyrətamiz quşlara planetimizn 30-dan çox ölkəsində heykəllər qoyulub. Göyərçinlər sirli və müəmmalı quşlardır. Tarix boyu onların sirlərini açmaq insanlar üçün maraqlı olub.

Bəs göyərçinlər xəbəri bir yerdən digərinə necə aparır? Son tədqiqatlar poçt göyərçinlərinin istiqaməti müəyyən etmək üçün Yerin maqnit sahəsindən istifadə etdiyinə dair nəzəriyyəni dəstəkləyir.

Qədim zamanlardan bəri insanlar uzaq məsafələrə məktublar göndərmək üçün poçt göyərçinlərindən istifadə etmişlər. Hələ 1150-ci ildə Bağdadda məktub yollamaq üçün göyərçinlərdən istifadə edilmişdir.

Məşhur Röyters xəbər agentliyinin banisi Pol Röyter (Paul Reuter) xəbərləri və birja qiymətlərini paylamaq üçün 1850-ci ildə Belçikanın Brüksel şəhəri ilə Almaniyanın Aaxen şəhəri arasında 45 göyərçindən istifadə etmişdir.

Poçt göyərçinləri uzaq məsafələri qət edə bilirlər. Ən uzaq məsafəyə uçan göyərçinin rekordu 1689 mildir (təxminən 2719 km). Çöl göyərçinlərinin (Columba livia) evlərinin yolunu necə tapmaları bu günə qədər sirr idi. Güclü qoxu hissiyatı ilə maqnit sahəsini qavrama qabiliyyətindən bəhs edən nəzəriyyəyə üstünlük verilmişdi. Alimlər on illər davam edən tədqiqatlardan sonra göyərçinlərin, həqiqətən də maqnit sahəsini qavrama qabiliyyətinə sahib olduğunu müəyyən etdilər.

Göyərçinlərin qəhrəmanlıqlar nümayiş etdirdikləri neçə-neçə hadislər tarixdə öz əksini tapıb. Məsələn 1942-ci ildə almanlar ingilis sualtı qayığını vururlar. Qayıq xəsarət alaraq suyun dibinə çökür. Əgər bir cür göyərçin olmasaydı ekipaj həlak olacaqdı. Sualtı qayıqdan kiçik kapsulalar vasitəsilə torpedo aparatı vasitəsilə quşlar buraxılır. Erkək göyərçin sudan çıxana qədər boğularaq ölsədə dişi göyərçin havaya çıxmağa müvəffəq olur və təyin edilən ünvana özünü çatdırır. Sualtı qayığın ekipajı xilas edilir. 



Həmin göyərçinin şərəfinə heykəl ucaldılır. Bu hadisə məlum olanlardan yalnız biridir. «The Mocker» (Vedrəbağlayan) adlı bir göyərçin yaralanmadan əvvəl 52 ədəd uğurlu mesaj daşımışdır. Cher Armi adlı digər göyərçin isə bir gözünü və ayağını itirmiş lakin uğurlu bir şəkildə çatdırdığı mesaj mühasirdə olan böyük bir Amerikan piyada qoşununu xilas etmişdir. 

Göyərçinlərin insan həyatını xilas etdiyi yüzlərlə hadisələr qeyd olunur.

 portal.azertag.az
 

0 şərh