Kenquru haqqında məlumat

Kenquru Avstraliya qitəsinin əsas simvollarından biri kimi maraqlı fiziki quruluşlu ilə seçilən məməli heyvan növüdür. Adını Avstraliyanın yerli xalqının dilindən almışdır. Hamısı ot və digər bitkilərlə qidalanır.  Bu qitədə təxminən 60 milyon kenquru yaşayır. Avstraliyadakı ən çox sayda olan heyvan növlərindən biridir. Sənədli videolarda və nadir hallarda zooparklarda gördüyümüz bu maraqlı heyvanların ümumi xüsusiyyətləri, qidalanması, çoxalması və bir çox digər xüsusiyyətləri haqqında ətraflı məlumatı məqaləmizin davamında tapa bilərsiniz. 

Kenquruların fiziki xüsusiyyətləri 

Yetkin bir kenqurunun boyu 2 metrə, quyruğunun uzunluğu isə 1,5 metrə qədər ola bilir. Belə bir kenqurunun çəkisi 90-100 kq-dır. Dişilərin qarnının altında çanta formalı kisəsi var. Onlar burada yeni doğulan körpələrinə qayğı və şəfqətlə baxırlar. Başları kiçik, qulaqları böyükdür.


Kenquru haqqında məlumat
Müxtəlif ölçülü bir çox növ var. Bəziləri dovşandan böyük deyil və ağaclara dırmaşa bilir. Hər kəs tərəfindən tanınan və sevilən kenquru Avstraliyanın milli simvoludur. İri kenqurular Avstraliyada, ağac kenquruları isə Yeni Qvineyada yaşayırlar. Bəziləri var ki, boyu 210 sm, çəkisi 90-100 kq. Ağaclarda yaşayan ağac kenqurularının boyu 140 sm, çəkisi isə təxminən 11 kq-dır. Erkəkləri dişilərdən daha böyükdür. 

Ən böyük tullanan heyvan kenqurudur. Ancaq kenqurular geriyə tullana bilməzlər. Çünki onlar tullana bilmək və balanslı qalmaq üçün həmişə güclü quyruqlarından dəstək alırlar. Onların orta ömrü 4-6 ildir. Dünyanın ən uzunömürlü kenqurusu 23 il yaşamışdır. 

Arxa ayaqları ön ayaqlarından daha böyük və güclüdür. Ön ayaqlarını yuxarı qaldırır, arxa ayaqları və güclü, uzun quyruqları üzərində oturur və tullanaraq irəliləyirlər. Arxa ayaqları üzərində sürətlə qaçarkən quyruğu yerə çox dəymir və tarazlıq vasitəsi kimi istifadə olunur. Beş barmaqlı və pəncəsi olan zəif ön ayaqlarından ağızlarına yemək gətirmək üçün istifadə edirlər. Arxa ayaqlarının isə dörd barmağı var. 

 Kenqurular sürü halında dolaşaraq otlayırlar. Onlara təcrübəli erkək lider rəhbərlik edir. Kenqruların intellekt səviyyəsi qoyunlardan aşağıdır. Onların səsi yoxdur. Təhlükə zamanı güclü arxa ayaqları ilə sürətlə yerə vuraraq dostlarını xəbərdar edirlər. Bu heyvanların əksəriyyətinin tükləri torpaq rəngdədir. 

Erkək kenqurular rəqiblərinə qarşı mübarizə aparmaq üçün əzələ quruluşlarına güvənirlər. Rəqibləri ilə döyüşə girməzdən əvvəl əzələlərini sıxaraq güclərini nümayiş etdirirlər.

Qaya kenquru, nəhəng kenquru, ağac kenqurusu ,boz və qırmızı kenquruən məşhur növlərdir. 

Kenqurularda qidalanma 

Kenquru haqqinda melumatKenqurular haqqinda melumat

Kenquru təbiətdəki demək olar ki, bütün bitkiləri yeyə bilər. Orta ölçülü çəmənliklər onların ən çox üstünlük verdiyi qidadır. Cırtdan ağaclarının yarpaqları, qoz-fındıq və meyvələr sevimli yeməkləri arasındadır. Kenqurular çox vaxt baxım və qidalanma işlərini sol əlləri ilə yerinə yetirirlər. Belə ki, onlar əsasən solaxay olurlar.

Kenquruların həzm sistemində qidanın həzm olunması nəticəsində yaranan metan qazının əmələ gəlməsinə mane olan bakteriya yaşayır. Bu xüsusiyyəti ilə kenquruların ən ekoloji cəhətdən təmiz heyvanlardan biri olduğunu deyə bilərik… Alimlər bu bakteriyanın bütün kənd heyvanlarında tapılması üçün çalışırlar. Kenquruların tər vəziləri olmadığı üçün isti havalarda sərinləmək asan deyil. Onlar sərinləmək üçün daim ön ayaqlarını yalayırlar. 

Kenqurularda doğum və nəsil artırma 

Onların sayının bu qədər çox olmasının ən böyük amili dişi kenquruların, tez-tez hamilə qalmasıdır. Onların 28-38 gün arasında dəyişə bilən bir hamiləlik dövrü var. Kenqurular balalarını qarnında bir kisədə böyüdürlər. Körpə kenquru kisəyə çatdıqdan qısa müddət sonra dişi yenidən hamilə qala bilər. Dişilərdə başqa bir maraqlı xüsusiyyət də odur ki, onlar hamiləliyi digər nəsillər kisədən çıxana qədər gecikdirə bilirlər. Hətta dişi kenqurular öz nəsillərinin cinsini də müəyyən edə bilirlər. 

 Avstraliya düzənliklərinə hakim olan bu heyvanlar həyata çox arıq başlayırlar. İki yeni doğulmuş kenquru körpəsi bir çay qaşığına sığar. Onlar adətən tək bala doğururlar. Dişi kenquru doğumun yaxınlaşdığını hiss etdikdə kisəsininiçini yaxşıca yalayaraq təmizləyir. Yeni doğulmuş kenquru körpəsi (joey) yarım insan barmağı və ya bal arısı ölçüsündədir. Uzunluğu 2,5 santimetrdən, çəkisi isə bir qramdan azdır. Kiçik bir kenquru körpəsi maye kisədə doğulur. Doğulduqdan sonra bu kisəni cırır və bir-beş dəqiqə ərzində anasının çantasına dırmaşır və dörd məmə ucundan birinə yapışır. Yeni doğulmuş kenquru körpəsi kor, kar və tüksüzdür; İnstinkt və qoxu duyğusundan istifadə edərək ananın tüklərinin arasından keçərək kisəyə çatır. Bu arada ana öz qanlı dərisini yalamaqla məşğul olduğu üçün körpəsinə kömək etmir.

Doqquz ay ərzində bala öz inkişafını kisədə tamamlayır. O, vaxtının çox hissəsini kisəsində süd əmməklə və yatmaqla keçirir.

Balanın inkişafı çox ləng gedir. Bədənində tüklər üç aylıq, gözləri isə dörd aylıq yaşda açılmağa başlayır. Beş aylıq olanda başını kisəsindən çıxarır və qarşısına çıxan hər ot yeməyə başlayır. Bu inkişaf dövründə hərdən kisədən çıxıb anası ilə birlikdə otlayır.

Kenquru südünün tərkibi balanın inkişaf dövründən asılı olaraq dəyişir. İlk dövrlərdə şəffaf maye olsa da, sonradan qaralmağa başlayır. Dişi kenqurular bəzən körpələrini əmizdirərkən ikinci uşaq da dünyaya gətirirlər. Hər iki bala eyni kisədə yaşamağa başlayır və süd ifrazında maraqlı hadisə baş verir. Yeni körpə üçün bir döşdən rəngsiz, şəffaf süd ifraz edilərkən, köhnə körpə üçün digər döşdən tünd və yağlı süd ifraz olunmağa davam edir. Kenqurusun süd vəzilərində iki tamamilə fərqli birləşmənin eyni vaxtda ifraz olunması Uca Allahın sonsuz rəhmətini göstərən saysız-hesabsız dəlillərdən biridir. 

Avstraliyada kenquru ətinin istehlakı qanunidir. Restoran menyularında kenquru burgerlərinə hər zaman rast gəlmək mümkündür. Kenquruların sayı bu qədər çox olanda onların yol-nəqliyyat hadisələrinə düşmək şansları da yüksək olur. 

 

0 şərh