Berret xəstəliyi və onun müalicəsi üsulları

Adından da göründüyü kimi bu xəstəlik ilk dəfə 1957-ci ildə onu təsvir etmiş Norman Berretin şərəfinə Berret xəstəliyi adlandırılmışdır. Berret metoplaziyası və qida borusu xəstəliyi reflüks-ezofagit və qida borusunun çoxqatlı yastı epiteli qatının birqatlı silindrik qatla əvəz olunması ilə xaraterizə olunur. Xəstəlik o qədər də zərərsiz sayıla bilməz. Berret xəstəliyindən əziyyət çəkənlərdə qida borusunun adenokarsinomasına tutulma riski yüksəkdir. Statistikaya əsasən, 45 yaşından sonra 10 il ərzində mədə qıcqırmasından və Berret xəstəliyindən əziyyət çəkən kişilər də bu risk qrupuna aiddirlər. Mədə-qida borusu reflüksü çox, ezofagit isə az hallarda inkişaf edir. Nəticə isə selikli qişanın rezistentliyindən və mədə şirəsinin aqressivlik dərəcəsindən asılıdır.
Simptomlar
15-20% xəstədə özünü göstərmir. Digər xəstələr isə yeməkdən sonra, adətən horizontal vəziyyətdə və fiziki yüklənmə zamanı arabir və ya daimi baş verən ağrılardan, öskürək və meteorizmdən şikayət edirlər. Bundan başqa, hıçqırma, qusma və vertikal vəziyyətə keçdikdən sonra ağrının kəskin azalması müşahidə olunur. Qusuntuda qanın olması, udqunmanın pozluması və çəkinin azalması da həmçinin Berret metaplaziyasının kilinki simptomlarına aiddir. Daiqnozun dəqiqləşdirilməsi üçün endoskopiya və biopsiyadan istifadə olunur.

Müalicə biopsiyann nəticələrinə əsasən təyin olunmuş xəstəliyin mərhələsi, displaziyanın dərəcəsinə əsasən aparılır. Xəstəliyin başlanğıc mərhələlərində medikamentoz müalicə aparılır. Xərçəngönü mərhələ sayılan yüksək differensasiya olunan displaziya zamanı isə qastroenteroloqun nəzarəti altında hər 3 aydan bir biosiya materialının götürülməsi məsləhət görülür. Bu mərhələdə, adenokarsinomada olduğu kimi bəzi hallarda cərrahi müdaxiləyə ehtiyac olur və ezofaqoektomiya aparılır (qida borusu çıxarılır). Həmçinin, radio və kimya terapiyası da aparılır. Displaziyanın yüngül formalarında isə lazer terapiyasından istifadə olunur. Daima qastroenteroloqun nəzarətində olub, onun təyinatları və pəhrizə riayət etməklə xəstəliyin inkişafının qarşısını almaq olur.

 

0 şərh