Yoğun bağırsağın polipləri

Xəstəlik yoğun bağırsaqda baş verən problemlər nəticəsində yaranan xəstəlikdir. belə ki, yoğun bağırsağın polipləri bütün dünya kolopraktoloqlarının diqqətində olan bir xəstəlikdir. Əsas səbəb isə çox hallarda bağırsaq xərçənginin məhz bu xoşxassəli poliplərdən əmələ gəlməsidir. Poliplər bağırsaq divarı selikli qişasının törəməsidir. Formasından və xüsusiyyətlərindən asılı olaraq, poliplərin bir neçə növü var. Digərlərinə nisbətən, bədxassəli poliplərdən xovlu polipləri qeyd etmək lazımdır. Onlar bağırsaq divarında "xalça"ya bənzəyirlər, bu poliplərdən 40% hallarda bədxassəli şiş əmələ gəlir.

Polipin yaranmasında aşağıdakı faktorlar böyük rol oynayır:

- irsi faktorlar

- qidalanmanın xüsusiyyəti ( heyvani mənşəli qidalara üstünlük verənlər)

- qəbizlik

Normada bağırsaq hüceyrələri daima yenilənir. Əgər bu proses normal getmirsə, o zaman bağırsaqda polip şəklində çıxıntılar əmələ gəlir. Bir qayda olaraq, bağırsa hüceyrə yenilənməsi prosesinin pozulması irsi olaraq keçir. İrsi faktorlardan əlavə, həmçinin poliplərin yaranması və onların bədxassəli şişlər çevrilməsində çoxlu miqdarda heyvani mənşəli qida, qızardılmış yeməklər və qəbizliyin də böyük rolu var. Heyvani piylər və zülallar bağırsaqda konserogen maddələrin əmələ gəlməsinə səbəb olur ki, bunlar da öz növbəsində hüceyrələrin yenilənmə prosesini pozur. Qəbizlik isə öz növbəsində konserogen maddələrin bağırsaqda uzun müddətli təsir göstərməyinə şərait yaradır.

Poliplər adətən, pasienti narahat etmir. Çox vaxt profilaktik müayinə zamanı aşkarlanır. Lakin onlar zərərsiz deyil, uzun müddət mövcud olduğu zaman bədxassəli xarakter alırlar. Orta hesabla hər beş polipdən biri xərçəngə çevrilir. Diaqnostikasında bağırsaq polipləri ilə həkim-qastroeneteroloq məşğul olur. Poliplərin erkən diaqnostika və müalicəsi xərçəng yaranmasının qarısın alır.

Əsas diaqnostik üsul kolonoskopiyadır - anal dəlik vasitəsilə xüsusi endoskopla bağırsağın bir metrə qədər yoxlanılması. Bu proseduradan 50 yaşdan yuxarı hər kəs keçməlidir. Əgər ailədə bağırsaq xərçəngindən əziyyət çəkən biri varsa, o zaman bu proseduranı yaşdan asılı olmayaraq etmək lazımdır.

Kolonoskopiyaya qədər həkim aşağıdakıları təyin edə bilər:

- nəcisdə gizli qanın yoxlanılması

- irriqoskopiya- imalə şəklində kontrast maddənin bağırsağa yeridilərək rentgenoloji müayinə olunması

- rektoromanoskopiya- bu prosedura da kolonoskopiyaya bənzəyir, fərq ondandır ki, burada bağırsaq 30 sm-ə qədər yoxlanılır.

Müalicə - poliplərin konservativ müalicəsinin effekti yoxdur. Kolonoskopiya vasitəsilə tapılan hər polip cərrahi yolla kəsilib götürülməli və mikroskopik yoxlanılmalıdır. Kiçik və simptomsuz poliplərin vaxtında götürülməsi xərçəng əleyhinə əsas profilaktik tədbirdir. İri polipləri hissələrə bölərək götürürlər və çıxarılan polip histoloji müayinəyə göndərilir. Bununla da onun bədxassəli olub-olmadığı aydınlaşdırılır. Bu rahat əməliyyat olub, əməliyyatın səhəri günü pasient artıq öz normal həyatına qayıdır. İri poliplərin çıxarılmasından bir il sonra yenidən müayinəyə ehtiyac olur. Əgər yeni poliplər aşkarlanmayıbsa o zaman müayinə 3 ildən bir təkrarlanır.

 

 

0 şərh