Krandan pivə gəlir

Günlərin bir günü Norveç sakini xanım Haldis Qundersen gözlərinə inana bilmədi: onun evindəki su kranından adi su yerinə pivə axırdı.
O demişdir: "Mətbəxdə çəngəl-bıçaqları yaxalamaq istəyirdim. Birdən krandan su yerinə pivə axmağa başladı". Onun dediyinə görə, həmin vaxt ailəsi ilə birlikdə özünü dünyanın yeddinci qatında hiss etmişdir.
Bəs necə! Axı, Norveçdə pivə dünyanın ən bahalı içkilərindən sayılır. 400 qramlıq köpüklü içkinin standart qiyməti 50 norvec kronu və yaxud 7,5 dollara yaxındır.
pivə içmək lazımdırQunderseni və onun ailə üzvlərini narazı salan yeganə səbəb pivənin qazsız olmasıdır.
Tezliklə suyun pivəyə çevrilməsinin izahı tapılmışdır. Demə, Qundersenin mənzilindən iki mərtəbə aşağıda yerləşən pivə barının işçisi yeni cəlləyi qoşarkən boruları səhv salmış və nəticədə yuxarıda pivə, aşağıda isə su axmağa başlamışdır.
Növbəti müştərinin parçına pivə yerinə su süzüləndə hər şey məlum olmuş və Qundersenlər ailəsinin "xoşbəxtliyinə" son qoyulmuşdur. 

Kranı açanda ehtiyatlı olun!
 
 

2 şərh

bloqçu
)) maraqlıdır. İndi bu saat bizim krandan da buz kimi ayran axsın daa...mmm!
tenqo
Belə bir şey mənim də başıma gəlsə, sevinərdim :) Bəs, görəsən, niyə qazsız gəlib? Qazsız və isti pivənin yeri yoxdu