Divertikulyoz və divertikulit

Divertikulit əsasən, 40 yaşdan sonra yaranan bağırsağın selikli qişasının torbayabənzər qabarıqlarıdır. Ölçüləri 3mm-dən 3sm-ə qədər olub, çox sayda olur. Nadir halda 15 sm-ə qədər giqant ölçüdə divertikullara da rast gəlinir. Divertikullar yoğun bağırsağın bütün nahiyələrində, ən çox da siqmaya bənzər bağırsaqda əmələ gəlir. Klinik şəkli - bəzən massiv qanaxma yarada bilər. Bundan başqa, ikincili erroziyalar da əmələ gələ bilər ki, bu da divertikulit yaranmasına gətirib çıxara bilir. Müalicə özündə pəhriz, simptomatik müalicə və böyük ölçülü divertikullar zamanı cərrahi əməliyyatı birləşdirir.

Divertikulit divertikulun selikli qişasının iltihabı zamanı meydana çıxır. Xüsusilə, ahıl yaşlarda və hormonal terapiya zamanı daha təhlükəlidir. Əlamətləri ağrı, qarnın aşağı sol hissəsində palpasiya zamanı ağrı və temperatur müşahidə olunmasıdır. Diaqnostik laparotomiya bəzən  ən lazımlı metod kimi tətbiq olunur. Müalicə - xəstəliyin yüngül formalarında müalicə ambulator şəraitdə aparılaraq antibiotikterapiya və pəhriz tətbiq olunur. Ağır formalarda xəstə mütləq xəstəxanaya yerləşdirilməli və lazım  gələrsə cərrahi əməliyyat aparılmalıdır.

Divertikulun ağırlaşmalarına
qanaxma, fistul və bağırsaq keçməməzliyi aiddir. Fistullar sidik kisəsi, nazik bağırsaq, uşaqlıq, uşaqlıq yolu, qarın boşluğu divarı, bud və divararalığına açıla bilər. Burada isə müalicə yalnız yoğun bağırsağın seqmentar kəsilməsindən və anostamozun qoyulmasından ibarətdir. Qanaxma massiv ola bilər və qanaxmanın mənbəyi tapılmadıqda subtotal kolonektomiya aparılır. Əgər xəstəlik tarixində 2 dəfədən artıq lokal iltihabi ağrılar, həmişə ağrılı divertikul palpasiya olunursa, ya siqmayabənzər bağırsağın deformasiyası aşkarlanırsa belə xəstələrdə planlı şəkildə bağırsağın hissəvi rezeksiyasının aparılması göstərişdir.

 

0 şərh