Рейтинг
+1.13

Beynəlxalq hüquq

11 üzv, 39 topik

Ərazi

Beynəlxalq hüquqda genış mənada “ərazi” dedikdə, yer kürəsinin quru və su səthi, yerin təki, bütün hava məkanı, habelə kosmik fəza və orada yerləşən göy cisimləri başa düşülür. Öz hüquqi rejiminə görə bütün bu ərazi üç növə ayrılır:
1 )dövlət ərazisi;
2 )beynəlxalq rejimi olan ərazi;
3) qarışıq rejimi olan ərazi.   
Dövlət ərazisi – hər hansı dövlətin suverenliyi altında olan əraziyə deyilir. Həmin ərazi çərçivəsində dövlət öz ərazi üstünlüyünü həyata keçirir.
Beynəlxalq rejimi olan ərazilərdə heç bir dövlətin suverenliyi altında olmayan və bütün dünya dövlətlərinin beynəlxalq hüquq normalarına müvafiq olaraq ümumi istifadəsində olan ərazilər aiddir. Bu ərazilər aşağıdakılardır: açıq dəniz, onun üzərindəki hava məkanı, kontinental şelfin hüdudlarından kənardaa yerləşən dəniz və okeanların dibi, Ay və digər göy cisimləri daxil olmaqla kosmik fəza, Antarktika və onun üzərindəki hava məkanı.
Davamı →

Vətəndaş vəziyyəti sənədlərinin qeydiyyatına aid beynəlxalq komissiya

Yaşadığımız dövr elə bir dövrdür ki, beynəlxalq hüquq, ayrı-ayrı dövlətlərin quruluşu və onları bir-birindən fərqləndirən cəhətlər bütün dünya xalqları üçün maraq dairəsinə çevrilmişdir. Maraq kəsb edən digər bir sahə də quruluş modelindən asılı olmayaraq bu və ya digər ölkələrin insanlarının beynəlxalq aləmdə vətəndaş vəziyyəti aktlarının qeydə götürülməsi beynəlxalq komissiyası məsələsidir.
Bu komissiya 1948-ci ildə Niderlandın Amsterdam şəhərində yaradılmışdır. İlk olaraq bu beynəlxalq komissiyanı Belçika, Lüksemburq, Niderland, Fransa və İsveçrə tanımışdır. 1952-ci ildə qəbul edilmiş qərara əsasən digər dövlətlərdə bu komissiyaya daxil olma hüququ əldə etmişlər.
Ardı →

Müharibələr zamanı beynəlxalq insansevərlik hüququ

Beynəlxalq insansevərlik hüququ silahlı münaqişələr zamanı insan şəxsiyyətinə hörməti təmin edən yazılı və ya adət-ənənə şəklində mövcud olan beynəlxalq hüquqi göstərişlərin cəmindən ibarətdir.
О, insani duyğulara söykənən belə bir müddəanı əsas tutur ki, müharibə edən tərəflər bir-birinə yalnız hərbi imkanı dağıtmaq və zəiflətmək məqsədi ilə ziyan vura bilər.
Beynəlxalq insansevərlik hüququ döyüşdən kənarlaşdırılmış hərbiçiləri və həmçinin müharibədə iştirak etməyən şəxsləri qoruyan «Cenevrə hüququ» və müharibə edən tərəflərin əməliyyatların aparılmasında hüquq və vəzifələrini  müəyyənləşdirən və  düşmənə ziyanvurma vasitələrini məhdudlaşdıran «haaqa hüququ»ndan ibarətdir. Bu hüquqlar əsasən aşağıdakılardan ibarətdir.
Ardı →

Beynəlxalq hüquqda məsuliyyət və onun əhəmiyyəti

Beynəlxalq hüquqi münasibətlərdə çıxış edən subyektin öz əxlaqı və hərəkətinə məsuliyyəti, müvafiq beynəlxalq hüquqi sanksiyalar sistemi nəzərdə tutulmadan nə dövlətin daxilində, nə də beynəlxalq münasibətlər sahəsində heç bir müvəffəqiyyət əldə edilə bilməz.
BMT Nizamnaməsinə əsasən dövlətlər arasında dostluq münasibətlərinə, əməkdaşlığa aid olan beynəlxalq hüquqi prinsiplər haqqında 1970-ci il Bəyannaməsi, 1975-ci ildəki və s. aktlar kimi mühüm sənədlər beynəlxalq prinsiplərin vicdanla yerinə yetirilməsini tələb edir.
Ardı →

Müharibələrin sonu və onun beynəlxalq hüquqi nəticələri

Dünyada baş vermiş müharibələr təcrübəsindən məlum olduğu kimi döyüşən dövlətlərin arasındakı hərbi əməliyyat ya qismən, ya ümumi, ya müvəqqəti dayandırıla və ya tam kəsilə bilər. Bizim zorla cəlb olunduğumuz müharibə müvəqqəti dayandırılıb. Çünki, biz yaxşı bilirik ki, Ermənistan Azarbaycanın, BMT-nin, ATƏT-in və eləcə də digər Dövlət, yaxud Mötəbər-beynəlxalq təşkilatların qərarlarına, təşəbbüslərinə hələ ki, məhəl qoymur. Vaxt isə gölzəmir, bir milyon iki yüz min nəfər soydaşımız öz doğma torpaqlarında qaçqın olmuş və üçdə biri minimum yaşayış tərzini dəyişmişlər.
Ardı →

Beynəlxalq hüquqda dövlətlərin ərazi məsələləri

Ərazi anlayışı beynəlxalq aləmdə bu gün daha kəskin olub, Yer kürəsində quru və sulardan, onların üzərindəki hava boşluqlarından, habelə yerin altından, dənizin dibindən ibarət olan bütün sahələrə deyilir.
Dövlətlərin beynəlxalq hüquqi münasibətlər və onları tənzim edən hüquq normaları müəyyən məkanda yaradılıb fəaliyyət göstərir. Belə beynəlxalq hüquqi normaların obyektləri də başlıca olaraq cografi mühitlə bağlıdır. Yer Kürəsinin bütün sahələri ayrı-ayrı dövlətlərin dövlət ərazisinin tərkibinə daxil olmaqla onların qanunlarının təsiri altında olur. (Antarktida, dünya okeanı, onun dibi, açıq dənizlər, kosmik fəzadan başqa.)
Ərazi həm dövlət hüquqi, həm də beynəlxalq hüquq əsasında tənzim olunan predmetdir. Beynəlxalq münasibətlərdə ərazi həm müxtəlif dövlətlərin hakimiyyət fəaliyyətinin hüdudu, həm də onların arasında xarici siyasətini və beynəlxalq hüquqi münasibətlərin obyektidir.
Davamı →

Beynəlxalq diplomatiya hüququ tarixindən

Uzun illər diplomatiya və konsulluq hüququ, əsasən adətlərə əsaslanırdı ki, adətlər də hər xalqda başqa-başqadır. Belə olan halda bir xalqın adətini başqasına və əksinə qəbul etdirmək müəyyən çətinliklər törədirdi. Beynəlxalq münasibətlər tarixində diplomatiya hüququnun məcəllələşdirilməsi üçün xeyli müddət cəhdlər edilsə də, son nəticəyə çatmaq alınmamışdır. Sonralar BMT beynəlxalq hüquq komissiyası tərəfindən bu sahədə ilk layihələr hazırlanmış və Vyanada keçirilmiş diplomatik konfransların müzakirəsinə veriləcək 1961-ci ildə diplomatik münasibətlər haqqında Vyana sazişi və 1963-cü ildə isə konsulluq münasibətləri haqqında saziş qəbul olunmuşdur.


Ardı →

Beynəlxalq hüqüqdan bəzi məqamlar

Hər bir dövlətin milli hüququndan fərqli olaraq, beynəlxalq hüquq, hüquqi münasibətlərin xüsusi bir sahəsini, dövlətlərarası suveren-iradəvi münasibətləri də nizama salır. Beynəlxalq hüququn predmetini xüsusi subyektlər araısındakı siyasi, iqtisadi, mədəni və s. münasibətlər təşkil edir.
Digər hüquq münasibətlərindən fərqli olaraq, beynəlxalq hüquqi subyektləri başlıca olaraq dövlətlər, habelə öz müqəddəratını təyin etmək hüququnu həyata keçirərək, milii dövlət yaratmaqda olan millətlər sayılır. Bu isə müasir beynəlxalq hüququn məlum norma və prinsiplərinə zidd olmayıb BMT və digər beynəlxalq təşkilatların müddəalarına əsaslanmalıdır.
Ardı →

Beynəlxalq hüququn təməl xüsusiyyətləri

Hər bir dövlətin milli və daxili milli hüququndan fərqli olaraq, beynəlxalq hüquq, hüquqi münasibətlərin xüsusi bir sahəsini, dövlətlər arasındakı suveren münasibətləri, nizama salan bir sahədir. Yəni beynəlxalq hüququn predmetini xüsusi subyektlər arasındakı siyasi, iqtisadi, mədəni və s. qarşılılıqlı münasibətlərin məcmuu təşkil etməlidir. Beynəlxalq hüquq daim inkişaf etdiyinən, onun elmi əsasları da, onun mahiyyətini, elmi anlayışını, onun subyektləri və obyektlərini, mühüm prinsiplərini, norma və institutlarının medana gəlməsini, inkişafını və digər məzmununu öyrənməklə məşğuldur.
Ardı →