Google Reader haqda hələ də yazmaq olar

Azərbaycanda google reader-dən istifadə niyəsə aşağı səviyyədə.İnanıram ki Azəricə bu web-imkan barəsində daha ətraflı bilgiləndirmələrə ehtiyac var. bir addım da mən atıram bəs həm ona görə bu Greader-i tövsiyə edməni önəmli sayıram ki özüm netdə olanda ən çox baş vurduğum yer orası olur. yəni bağımlılıq yaradıb məndə və həm çox yararlı olduğunu düşünürəm. yəni bir an üçün təsəvvür eləyin ki netdə oxuduğunuz hər bir sayt, önəm verdiyiniz səhifələr bir yerdə cəmləşib və lazım deyil ki onları oxumaq üçün addresslərini dənə dənə biləsən yaxud uzun yollara əl atasan. bu arada bunu da işarə edməliyəm ki google readerə bənzər başqa rss-feed(yemək-ləri oxuyan saytlar və proqramlar vardı ancaq google-dən yaxşı nə ola? həm üstəlik öbürləri denədiyimdə heçvaxt Greaderdəki rahatlığı hiss edməmişəm. Xülaəs ki mən orda çoxdandı səssiz sədasız netdə gəzirdim ki getdikcə "share","like" imkanı yaxud milləti follovv filan əlavə olundu və bu sayədə Azərbaycanlıları tapa bildim və dünyalarına girdim. malesef ən çox gözə çarpan məsələ Azərbaycan netində Azəricə yazının və azəricə saytın az olmasıdı və bu isə səbəb olur ki insanlar daha çox rusca saytlara meyillənsinlər. ona görə readerdəki azərilər də daha çox rusca təmayüllü idi qonşu türkcə dura dura. hələ bunu da artırmalıyam ki Kayzen-i zatən mən greader vasitəsi ilə tapıb və rss-ini readrimə əlavə etdim həm tapdığım gün o qədər sevinişdim ki bunca səviyyəli Azəri bloqlar və Azəri yazılar bir yerə cəmləşib deyə.. xülasə ki mən özüm indi 1000-i aşmış feedə üzvəm və hərdən bəyəndiyim saytları rss-ləri olduğunda ora atıb və daha artıq imkan yaranır ki rahatca yazılarını oxuya biləm.bunu da demək gərək ki Google readerdən istifadə çox asandı və inanmıram çox lazım ola ki bu haqda bəzi izafə izahlara keçəm.Lap naşi(yeni userlərə açıqlamaq istəsək belə deyək ki öz gmailləri ki oldu sanki readerləri də hazırdı və orda yalnız feed add eləmək qalır. onun üçün də "add subscription" düyməsinə basıb lap asan iş görmək istəsələr istədikləri bloq yaxud xəbəri saytın düz öz addresin verməlidirlər yoxsa gedib həmən saytda rss linkini tapmalıdılar. Son söz olaraq bunu deyim ki Kayzen.az-ın feedinə üzv olmuş sadecə 8 azərbaycanlı var Google readerdə bu isə burdakı çox istifadəçilərin readerdən az bəhrələndiklərini görsədir. bəlkə yaxın gələcəkdə bu güclü saytın feedinə üzv olanların sayı day.az-a üzv olanları da keçdi Azərbaycanlılar arasında..keçər yəqin ki..
Google Reader görünüşü
 

11 şərh

Leyla
Xoxan,əziyyətinə görə +1 verdim sənə. Amma düzünü desəm yazının keyfiyyəti pisdir=)
Yazıda həmişə 2-3 abzas qoy,dalbadal hər şeyi qoyduğuna görə oxumaq çox çətindir. qoyduğun şəklin keyfiyyəti çox pisdir. Çalış mətn üzərində yaxşı işlə.
Google reader işlətmək məsləhətdirmi?Onun üçün video və s.  varmı?
xoxan
tövsiyə və ya tənqidlərin çox düzdü, sonrakı postlarda daha da yaxşı olmasına çalışacağam.bəlkə təcrübəm azdı belə yazılar hazırlamaqda, çox sağol tənqidlərin üçün...məndən də 1+ tənqidin üçün...
google reader isə məncə çox məsləhətdi yəni internetdən faydalanmağını çox daha asanlaşdırır.yazıları tapmaq sürətin çox çoxalır və də ki çox şeylər gözündən qaçmır həm öz istədiyin internet mühitii yaradırsan sanki.kəsinliklə məsləhətdir məncə. biraz ki işlətdin bilirsən ki onsuz netdə ola bilməsən. biləndə ki biri bu imkandan istifadə edmir təəccüblənəcəksən ki nə edə bilər kia axı filan kəs Greadersiz...
Xülasə məncə yetər ki google readerin zəruri olduğun bilə insan sonra özü öyrənə bilər..
2ral da yaxşı məlumatlar əlavə edmiş işini lap asanladmış sağolsun...
2ral
Google Readerin nə olduğunu bilmək üçün bura bax(rus dilində) .RSS-aqreqatordur. Yəni başqa saytlara bir-bir girməkdənsə Google Reader vasitəsilə abunə olursan və ancaq bir yerdən oxuyursan. Kayzen.az saytı RSS-export məsələsini yaxşı qurub.Bütün bloqların,mikrobloqların RSS-ixracı var. Məsələn,
http://kayzen.az/rss/blog/rus-dili/
http://kayzen.az/rss/blog/u%C4%9Fur/ eləcə də fidanın mikrobloqunun RSS-lentası: http://kayzen.az/rss/microblog/fidan
xoxan düz qeyd edir ki,Azərbaycanda bunun istifadəçiləri azdır.Amma əslində yalnız Azərbaycanda deyil,elə dünyanın çox yerində RSS-aqreqatordan istifadə olunmur. 2005-ci ildən çıxsa da,Google Reader özünü tam populyarlaşdıra bilməyib.
xoxan
Doğrudur, rss-dən istifadə tam popyularlaşmış kimi deyil dünyada Ancaq Azərbaycanda daha az diqqət yetirilmiş bəlkə bu məsləyə. doğrusu yerinə düşmədiyi səbələri yetəri qədər düz olsa da, bizə düşən reaklamıdı belə şeylərin..
fidan
xoxan,hansı sayta nə qədər abunəçinin baxdığını necə bilmək olar?
xoxan
Abunəsi olduğun hər saytın üstündə ki klikləyirsən sağ pəncərədə içindəkiləri ki gətirir yuxarıda shovv details yazılıb, orda həftə içi neçə yazısı olurmuş, neçə abunəçisi varmış kimi məlumatları əldə edmək olur...
tapmağı asandı biraz qurddalamaq gərəkir…
Elvin85

Kayzeni Google Readerimə və Yandex Lentama əlavə etmişəm, maraqlı postları ordan seçib oxuyuram. Google Readeri bəyənməyən varsa, Yandex Lenta-nı məsləhət görürəm, birbaşa Mail qutusunun daxilinə inteqrasiya olunub, çox rahat interfeysə və struktura malikdir. Amma yenə də ən faydalısı Google Readerdir, çünki Google məhsulları daha populyar olduğundan Google Readeri təbliğ etmək daha əlverişlidir, axı Google da məhsulları arasında inteqrasiya aparır.

bankir
Saytı canlı şəkildə surf etməyin yerini vermir. Elə hesab edin ki,sayt bir xörəkdir,RSS isə onun ətri. Mətbəxdən gələr ətir nə qədər yaxşı olsa da,xörəyin yerini verə bilməz.
Elvin85
Razı deyiləm. Google Reader saytları əvəz etmək üçün olsaydı, heç bir sayt RSS export etməzdi. RSS elə surf etməyə təşviq edən bir vasitədir. Məsələn Kayzen-də RSS-ə postlar tam düşmür, <CUT>-a qədər olan hissə düşür deyəsən.
xoxan
Ətri daha tez duymaq olur ancaq. ətirləri yaxşı oldu əgər saytın gedib bir də canlı şəkildə toxunurmuş insan və bir də yeyirmiş ancaq hərdən öngörmək olasılığı yaratdığı üçün rss-lər çox daha yararlıdı həm Elvin cənabları dediyi kimi kayzenin yazıların sadecə yarısını görmək olur Geaderdə və bu səbəb olur ki xoşlandığın yazı olsa bir də sayta baş vurasanş. Çoxlu bloqlar və saytlar da var ki yazılarının bütünün rss-ləri vasitəsi ilə oxumaq olur.Ən sərfəli və düz surf yolu məncə rss-lərlə saytda nələr baş verdiyini anlamaq və oxumaqdı.bunlardan əlavə yazıları dostlarınla paylaşmaq və çox daha imkan və olanaqları varmış Greaderin. o qədər ki daha Greadersiz net sənə puç birşey görüşə bilirmiş...təsəvvür elə ki heç bir xəbəri və heç bloq yazısını qaçırdmıyasan. bütün sevdiyin saytların yazıları bir yerdə cəmləşib və ...