İnternet vasitəsilə yararlana biləcəyiniz 5 faydalı iş: Səmərəli vaxt keçirmək üçün ideyalar

Əgər bu gün bütün dünya rəqəmsal mühitə keçid edirsə, o zaman təklif olunan resurs və məkanları səmərəli şəkildə dəyərləndirmək lazımdır. Azercell-in təqdim etdiyi limitsiz internet paketləri internetdən müəyyən müddət ərzində limitsiz faydalanmağa imkan verir.

Azercell-in təqdim etdiyi limitsiz internet paketləri ilə hər şey asandır

Zövq ilə mənfəət bir arada: internetdə nə etməli

Bütün məşhur brendlər artıq rəqəmsal dünyaya pəncərə açaraq burada inkişaf etməyə başlayıb.
Bunun sayəsində faydalı məlumatlar tapmaq, təhsil kurslarından və müxtəlif xidmətlərdən yararlanmaq mümkündür.

  1. Yeni dil öyrənmək, yeni mədəniyyətləri kəşf etmək – çarpayıda uzanaraq arzuladığınız səyahət və əyləncə üçün plan qura bilərsiniz. 
  2. Kitab oxumaq – şəbəkədə çoxlu sayda elektron kitablar mövcuddur ki, onların içində köhnə əsərlər də vardır. Bir çox müasir müəlliflər kitab oxumaq üçün internet platformalara üstünlük verirlər.Oyunlar və tapmacalarla inkişaf etmək – veb-saytlar və müxtəlif fərdi təkliflər diqqətinizi cəlb edə və sizi maraqlandıra bilər. Məsələn, smartfonlar üçün nəzərdə tutulmuş tətbiqlər var ki, orada tapmacalar tapa, pazllar yığa, krosvordlar həll edə bilərsiniz. 
  3. Tədbirləri izləmək – informasiyaları istəyinizə və maraq dairənizə uyğun şəkildə filtrdən keçirib tanınmış nəşriyyatların abunə xidmətindən yararlanaraq yeniliklərdən daim xəbərdar ola, sizə lazım olan faydalı məlumatları əldə edə bilərsiniz. 
  4. Yeni şeylər öyrənmək – müxtəlif mövzulu podkastlar, videolar, rəylər və məqalələr baxış bucağınızı genişləndirməyə və mürəkkəb məsələləri başa düşməyə kömək edəcək.

İnternet bu gün yaşından asılı olmayaraq bütün istifadəçilər üçün həyatın ayrılmaz hissəsidir. Burada ən azından müxtəlif filmləri izləmək, dostlarla söhbət etmək, digər ölkələrdə yaşayan doğma insanları taparaq ünsiyyətdə olmaq mümkündür.

İnternet paketlərindən istifadə qaydası: Azercell-dən sərfəli təkliflər 

Əlavə internet paketləri müvafiq həcmdə trafiklə təqdim edilir və yaxud müəyyən bir müddət ərzində istifadə üçün nəzərdə tutulur. Aşağıda qeyd olunan paketlər arasından seçim edə bilərsiniz:

  • 1 saatdan 6 saata qədər;
  • Həftəsonu iki gün — şənbə günü gecə yarısından bazar ertəsi gecə yarısına qədər;
  • Gecə paketi – gecə saat 00:00-dan səhər saat 08:00-dək.

Bu paketlərin qiyməti 0.50 – 2.39 AZN arasında dəyişir. Əlavə olaraq limitsiz trafikdən bu formada müvəqqəti istifadə isə təhsil almağa, işləməyə, ailəniz və dostlarınızla daim ünsiyyətdə qalmağa imkan yaradır.

 

0 şərh