Ya sus, ya da xeyir söylə

Əshabdan Ubadə Bin Samit nəql edir:"Bir gün Allah Rəsulu, əshabıyla birlikdə yola çıxmışdı. Rəsulallah bir dəvənin üstündəydi. Heç kim Allah rəsulunun önünə keçmirdi. Muaz Bin Cəbəl: -Ya Rəsulallah! Allah bizim canlarımızı sizdən qabaq alsın. Bizə yoxluğunuzu göstərməsin. Amma bizdən əvvəl vəfat etsəniz, geridə qalan bizlərə hansı ibadəti tövsiyə edərsiniz. Allah yolunda cihadamı önəm verək? dedi.Allah Rəsulu:- Allah yolunda cihad.
Gözəl bir şey, amma insan üçün bundan daha üstünü var, buyurdu. Muaz Bin Cəbəl:- Oruc və sədəqəmi? deyə sual verdi:- Oruc, zəkat və sədəqə.Bunlar da gözəl şeylər. Amma insanlar üçün bundan da gözəli var... buyurdu.Muaz Bin Cəbəl, bildiyi bütün xeyirləri saydı. Hamısına da Allah Rəsulu:- Bundan daha xeyirlisi, daha vacibi var, cavabını verdi. Muaz:- Ya Rəsulallah! Insanlar üçün bu saydıqlarından daha xeyirli olan şey nədir? diyə sual verdi.
Allah Rəsulu ağzını işarə edərək:- Susmaq... Danışdıqda da ancaq xeyir danışmaq... buyurdu. Muaz heyrət və maraqla:- Dillərimizlə söylədiklərimizdən hesabmı soruşulacaq bizlərə? Danışdıqlarımız  o qədər vacibmi? dedi. Allah Rəsulu:- Əlbəttə... insanları cəhənnəmə üz üstü salan şey, dillərindən başqası deyildir. Kim Allaha  və axirət gününə inanırsa ya xeyir söyləsin, ya da sussun! Boş və yalan danışmasın...Peyğəmbərimiz (S.A.V) bu mənanı verən başqa bir hədisində də: "Dilini və şəhvətini qorumağı vəd edənə, mən də cənnəti vəd edərəm" buyurmuşdu.
 

0 şərh