Bismillah...

Molla bir söhbətində:
- "Bismillah deyərək getsəniz, suyun üzərindən batmadan keçə bilərsiniz."- deyir.
Bu sözə inanan bir kəndli, artıq körpü yerinə çaydan keçir.
Bir gün mollanı evinə dəvət edir.
Dəvəti qəbul edən molla ilə birlikdə gedərkən, qarşılarına çay çıxır və adam çayın üzərindən gedərək keçir.
Amma molla suya girməyə cəsarət edə bilmir.
Çaşmış kəndli,
- "Molla siz belə deməmiş idinizmi, gəlsənizə!"-deyə səslənər.
Molla isə belə cavab verər:
- "Onu söyləyən dil məndə; amma ona inanan ürək səndədir...!"

 

11 şərh

elshad

Həqiqətən də bir işə başlarkan özünə inam cox vacib .

ayxansevda
əla insana stimul verən hekayədir
ORIGINAL
Təşəkkür.Ümumiyyətlə bir işə başlamazdan əvvəl «Bismillah» demək vərdişi çox xeyirlidi
Rene
Aydaa super… Allah (c.c.) bizləri sözü-əməli bir, saleh kimsələrdən etsin inşa Allah..
Siz bilirdinizmi ki, hətta geyinib-soyunanda da «bismillah» demək lazımdır? :)
Xrizoberil
hətta hər dəfə evə girərkən də «Bismillah» demək lazımdır,həmçinin «Salam vermək»
Silen_ce
Su içəndə mütləq «Bismillah» demək lazımdır.
Rene
Tək su içəndə yox, ümumiyyətlə nəsə yeyəndə və içəndə «bismillah» demək mütləqdir, yoxsa o yeməyə şeytan da ortaq olur. Əgər yeməyə başlayanda «bismillah» demək yadımızdan çıxıbsa və ancaq yeməyin ortasında yadımıza düşürsə onda «bismillahi fil əvvəli və fil axiri» demək lazımdır. Məndə əlhəmdulillah artıq vərdişə çevrilib. Bəzənsə bir neçə dəfə deyirəm )) Yeməyin əvvəlində deyirəm, sonra ortada ürəyimə şübhə düşür ki, görəsən demişəm ya yox? Hər ehtimala qarşı yenə də deyirəm. ))
kulturoloq
Bloqa görə təşəkkürlər!!!
Old_Baku_
Bloq üçün təşəkkürlər ama mənbə qeyd olunsaydı çox yaxşı olardı.Çünki bu mövzuda çatışmayan məqamlar çoxdu.Mənim üçün maraqlı olardı bu məqalənin mənbəsi.Sabah məndə inanaraq Qız qalasından məscidə qədər uçaraq getmək istəyirəm.:)))