Yeməyini dağıdan qonaq

Həzrəti İbrahim (ə.s.) 160 yaşına gəlmişdi. Günlərin bir günü özündən iki yaş böyük bir qoca ilə qarşılaşdı. Qocanın ayaq üstə durası halı yox idi. Hz.İbrahim (ə.s.) onu evinə dəvət etdi və ona süfrə açdı. Birlikdə yemək yeməyə başladılar. Lakin yaşlı qonaq heç cür yemək yeyə bilmirdi. Üstəlik köməyə də razı olmurdu.Yeməyi gözünə , burnuna soxur, arada da ağzına apara bilirdi. Əli-üzü, üstü-başı tamam yeməyə bulaşmışdı. Elə bir yeməyi o yox, yemək onu yemişdi. Hz.İbrahim(ə.s.) ona baxıb:

-Ey yaşlı qonağım, niyə belə edirsən? İcazə ver, sənə kömək edim.

-Ey İbrahim, bunlar qocalığın əlamətləridir. Səni incitmək istəmirəm, məni bağışla.

-Yaxşı, bəs neçə yaşın var?

-Yüz altmış iki yaşındayam.
Həzrəti İbrahim(ə.s.) fikrə getdi. Qoca iki il özündən böyük idi. Əllərini qaldırdı və:" Allahım! Mənim bu hala düşmədən canımı al," deyə Uca Allaha dua etdi. Çox keçmədən yeməyini yeyə bilməyən, üst-başına dağıdan yaşlı qonaq dəyişilməyə başladı. Həzrəti İbrahim(ə.s.) ona diqqətlə baxanda qarşısında ölüm mələyi Həzrəti Əzraili gördü. Əzrail əsl simasını aldı və dedi:
Ey İbrahim, vaxtın gəldi. Duan qəbul edildi.Uca Allahın hüzuruna çıxma zamanıdır. Mən də bu vəzifəni yerinə yetirmək üçün gəldim.

Əzrail əleyhissalam Həzrəti İbrahimin yanına yaşlı qoca simasında gəlmiş və ölümü öz dili ilə istəsin deyə Allaha dua etdirmişdir.160 yaşında vəfat edən İbrahim əleyhissalam Şam bölgəsində Xəlilür-Rəhman qəsəbəsində dəfn edilmişdir.

 

24 şərh

umud600
Həqiqətən Həzrəti İbrahim haqqında yazını minuslayanı anlamıram. Yazıda söhbət Allahın peyğəmbərindən gedirdi, məndən yox.Doğurdan da " kAYZEN"-ə minus virusu düşübmüş.
rdgr
eh siz hələ bunu indi bilirsiz,bura yazı yazmamağımın tek sebebi dini mövzulara mənfi yanaşanların olmasıdı

axı bura dini sayt deyil dinden söhbet açmaq istesez gedin dini saytlarda sehere qeder dini tebliğ edin

bu burda yazılmış bir şerhdi
bahar
Mən bildiyim qədəriylə bu saytda mövzu seçimi azaddı. Burda istənilən mövzuya müraciət olunub.
rdgr

elədi ,guya bunlar hər şeyi yaxşı bilirlər də))))))eh nə isə

umud600
Sizinlə paylaşıram. Biz dini təbliğ etmirik, dində məcburiyyət də yoxdur (Ayətəl Kürsü), dəvət var, bu dəvəti də biz yox Allahın peyğəmbəri edib.
cahandar
Bu saytın gözəlliyi məhz söz mövzu azadlığındadır.Mən anlaya bilmirəm ki,Kayzen rəhbərliyi dura-dura başqaları niyə qarışır.Bura nə forum deyil,nə də çat tanışlıq saytı.Hər kəs getsin ağlı özünə versin.Tək sayt rəhbərliyi nəyəsə qadağa qoya bilər.Old-Baku kimi gözəl və bilgili yazara o qədər molla molla dedilərki,o da daha əvvəlki kimi yazmır.İmkan vermirlər bilgiləri paylaşmağa.Əgər elədirsə heç kim tibbdən,sevgidən,psixologiya və.s-dən yazmasın.Ona qalsa hər mövzunun özünə məxsus saytı vardır.Bu saytın gözəlliyi də məhz orda burda görüb yığdığımız bilgiləri və şəxsən yazdığımız məqalələri burda bölüşməyimizdir.Sayt rəhbərliyindən xahiş edirəm ki,minus xakkerlərini bizə bəyan etməsə də xəbərdarlıq etsinlər onlara.Gözəl topik sahibkarlarını burdan uzaqlaşdırmağa nail olanlara əngəlləsinlər.Yadınıza salım ki,daim 1 ya 2-ci yeri tutan zayneb_ehmedova da daha gəlmir.Haqsız minusların sayəsində!!!
rdgr
O molla molla deyenler dünyadan bi xeber olanlardır .hardan gelib hara gedeceklerini bilmirler yeqin.

bu da böyük ehtimal minuslanacaq amma qəti qorxusu yoxdu)))
ayxansevda
Old Baku indi abituriyent olduğu üçün çox da imkan eliyə bilmir, onu bilirəm. amma o ki, qaldı minus söhbətinə kiminsə minusuna görə sayta gəlmək ya gəlməmək absurtdur. Ərköyün uşağıq ki, tərifə uyaq ya da həvəsdən düşək kimsə kiminsə nazı ilə oynayan deyil. Şəxsən mən bura maraqlı yazılar orijinal fikirlər oxumaq üçün gəlirəm minus ya plus məni nə həvəsləndirmir nə də həvəsdən salmır. Təbii ki, dini mövzuların çox da bəyənilməməsi bu hər kəsin öz işidi hər kəs sərbəsdi Məncə yazanlar yazsın oxuyanlar oxusun minus verən versin plus verənin canı sağ olsun heç kim heç kimə göstəriş verməməlidi. Bura inkişaf etmək istəyənin intelektlərin saytıdır faydalanmağa davam edin. Bunlar mənim subyektiv fikirlərimdir razılaşmamaq hər kəsin öz haqqıdır
bahar
Həqiqətən bu nə deməkdi 1-ci + u mən vermişdim, onda "-" yox idi. Dəhşət.Antivirusu qoşmaq lazımdır.:))
umud600
Artıq sifariş vermişəm antivirus.:)
rdgr
birazdan hələ şərhlər də minuslanacaq )
cahandar
Minuslanır bacım,minuslanır.İcome2009-zun rezus faktoru ilə bağlı yazdığı topikdə burdan baxın mənim şərhimə verilib tamamilə tibblə bağlı bilgidir və tamamilə doğru yazılıb minusun səbəbi bəlli deyil heç olmasa oxuyub minus verələr.oxumadan reytingə baxırlar kim-kimdən irəli keçmək istəyir özündən öndəkinə oxumadan şərh topiklərinə minus verir ki geridə qoysun.
Shabnam_Ilham
Heqiqeten dinle bagli yazilar niye minuslanir anliya bilmirem. Din insani dogru yola cekir, yeqin hemin insanlar dogru yoldan cox cox uzaqdirlar..
umud600
Din insanlara ruhi rahatlıq gətirir, onlara təsəlli verir, əzablarını yüngülləşdirir.
Tunzale93
bir "+ «da məndən.hələ heç kimə „-“ verməmişəm.verməyəcəmdə.guya minuslayanda ağlım artır?
umud600
Təşəkkürlər. Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik. Lakin çox sadə bir işi unuduruq — qardaş olaraq yaşamağı.
Tunzale93
tamamilə razıyam Umud600.İndiki dövrde Habilimiz varsa təəssüf ki ,Qabilimiz də var!
MaksiMuS
Herwey Sadeden murekkebe,murekkebden de sadeye dönur.Uwaqken yemeyi yeye bilirik?yox.Yawlanandada eyni aqibet bizi gozleyir.Bir coxlarinin bedbextliyi ondadiki bu hadiseni Uwaqda tebii,qocada qusur olaraq qebul edir.Elelerin aglinda qusur var… P.S minus (-) amili niye bu qeder qabardirilir?Bu vaxta kimi passiv rolda idim deye mene reqib,duwmen kesilib minuslamirdilar?-))
Xrizoberil
Çox maraqlı idi, mənim çox xoşuma gəldi. Təşəkkürlər.
cahandar
Təklifim var:Gəlin bu "-" ,"+" söhbətini yığışdıraq.Hər halda kayzendə 2 seçim qoyulubsa ya — ya da +  hər ikisindən istifadə etmək lazımdır.Sadəcə bu fürsətdən sui istifadə edənlərə xahiş edərdim belə etməyin.Əgər həqiqətən də kimsə dinimizə əxlaqımıza zidd topik yazıbsa minuslayın getsin.Yox əgər kimdənsə xoşunuz gəlmirsə,ya şəxsi mənafeiniz üçün kimisə minuslamayın.Mən məsləhətimi verdim qəbul edən də sağ olsun,etməyəndə.Sadəcə unutmasın ki,bizə məlum olmaya bilər,ancaq Uca yaradan qəlblərdə,ürəklərdə olanı bilir.Rabbimiz də qəlbi Nurla,gözəlliklə dolu kimsəni sevər.Mən şəxsən öz payıma deyirəm daha minus söhbəti etməyəcəm Bu şərhimdən sonra o kimsələr kimlərəsə səbəbsiz minus verəcəksə daha o adamla danışılacaq sözüm yoxdur.Çünki Allahını sevməyən,Ondan qorxmayan birisi ilə möminlər heç ünsiyyət də qurmamalıdır.Təşəkkür
ayxansevda
çox düşündürücü hekayədir
Old_Baku_
Hmm.Əlbəttəki dindən xəbəri olmayanlar hardan gəlib,hara gedəcəklərindən xəbərsiz olanlardır.Ayxansevda demişkən heç mənidə narahat etmir nə həvəsdən salır nədə həvəs vermir minus verən nə qədər istəyirsə versin canı sağ olsun mən hal-hazırda abituriyent olduğum üçün çox vaxt edə bilmirəm amma minuslarında buna təsiri istisna deyil.Uzun sözün qısası  kim necə istəyirsə elədə fikirləşsin.Allah hidayət versin!!!
LABiRiNT
Salam.Paylaşımı oxudum,+verdim.Amma aşağıdakı kommentləri oxuyanda yadıma heç də xoşuma gəlməyən,amma qismən həqiqətləri əks etdirən lətifə düşdü və bu lətifəni sizlərlə paylaşmaq istəyirəm.Deməli,bir gün bir nəfər yolda gedərkən qəzaya düşərək ölür və cəhənnəmə düşür.Görür burda hər tərəfdə qazan var.Hamısının qapağı var.Amma birinin yoxdu.Əzrayıldan soruşur ki,bu qazanlarda nə var?Əzrayıl deyirki bu qazanların hər birində ayrı-ayrı xalqların nümayəndələridir.Ruslar bir qazana,farslar bir qazana,çinlilər bir qazana və s. düşür.Qazanların ağzı ona görə örtülüb ki,ölülər ordan çıxmasın.Adam soruşur ki,bəs nəyə görə bu biri qazanın qapağı yoxdur?Əzrayil da cavab verir ki,ora azərbaycanlılar düşür.Onsuz da biri qazandan çıxmaq istəyəndə o biri onun ayağından dartacaq.