Həzrət Mariya

Peyğəmbərimizin indiyə qədər həyat və fəzilətləri barədə verdiyimiz məlumatlarda xanımları ilə yanaşı bir də Mariyə adlı kənizilə bağlı yazılar da var idi. İslamiyyətdə kəniz mövzusu ilə bağlı fikirləri “Xanımlara fitvalar” adlı əsərimizin 52-62-ci səhifələrində geniş şəkildə şərh etdiyimiz üçün burada ancaq Mariyə ilə bağlı qısa bir məlumat vermək istəyirik.
Peyğəmbərimiz hicrətin 7-ci ilində müxtəlif hökmdarları İslam dininə dəvət etmək üçün elçilər göndərmişdi. Hətib ibn Əbibəltaanı da Misir hökmdarı Müqəvqisə göndərmişdi. Müqəvqis Peyğəmbərimizin elçisini çox yaxşı qarşılamış, lakin səltənətinin əlindən çıxmasından qorxduğu üçün müsəlmanlığı qəbul etməmişdi.
Müqəvqis Peyğəmbərimizə çox dəyərli hədiyyələr göndərmişdi. O, bu hədiyyələrlə birlikdə dövrün adət-ənənələrinə uyğun olaraq Mariyə və Şirin adlı iki kəniz də hədiyyə etmişdi. Peyğəmbərimiz Mariyəni Həzrət Cüveyriyə və Safiyyədə olduğu kimi hürriyyətinə qovuşdurub nikahlamaq istədi. Lakin Mariyə, bəlkə də, kəniz olmağa alışdığı və Peyğəmbərimizin xanımı olmaq vəzifəsini layiqincə yerinə yetirməyəcəyinə görə narahat olub bu təklifi qəbul etmədi. Kəniz olaraq qalmağı tərcih etdi. Buna görə də Rəsulullah onunla özü evləndi. Şirini də Hassan ibn Sabitə verdi. Bilindiyi kimi, kənizdən nikaha ehtiyac olmadan cinsi baxımdan faydalanmaq icazəli idi.Həzrət Mariya
Peyğəmbərimiz hökmdarın hədiyyəsini rədd etməyi siyasi baxımdan düzgün hesab etməmişdi. Həmçinin onun Müqəvqisə və Misir xalqına göstərdiyi bu maraq Misir qapılarının İslam ordularının üzünə açılmasının səbəblərindən biri olacaqdı. Müqəvqis Hz. Ömərin dövründə Roma İmperatorluğunun İslam ordusuna qarşı savaşa qalxmasının əleyhinə çıxaraq Misirin fəthini asanlaşdıracaqdı.
Həzrət Mariyə Müqəvqis kimi Peyğəmbərimizin də firavan həyat sürdüyünü düşünmüşdü. Lakin onun heç də elə olmadığını gördü. Peyğəmbərimiz mütəvazi bir evdə qalır, sadə geyimlər geyinir, bəzən yeməyə çörək də tapmırdı. Onunla da bir kölə kimi davranmır, ev işlərində digər xanımlarına yardımçı olduğu kimi, ehtiyac olanda ona da yardımçı olurdu. Bütün bunlar və İslamiyyətin gözəlliyi onun müsəlman olmasına kifayət etdi (Başqa bir rəvayətə görə Mariyə hələ yolda ikən Həzrət Hatibin təklifi ilə müsəlman olmuşdu).
Həzrət Mariyədən Peyğəmbərimizin bir oğlu dünyaya gəldi. Həzrət Mariyə Peyğəmbərimizin kənizi olmasına baxmayaraq, Rəsulullah ona kəniz kimi münasibət göstərməyərək oğlu üçün süd anası tutdu.
İbrahimin doğumu ilə Mariyə “Ümmülvələd” oldu. Ümmülvələd olan bir kəniz sahibinin vəfatından sonra onun vərəsələrindən hesab olunmur və özü-özündən azad olur. Əslində Həzrət Mariyə lap əvvəldən bəri hürr idi, çünki onunla hürr bir insan rəftar etmişdi.
Qədərin qəribə bir təcəllisidir ki, Həzrət İbrahim kiçik yaşında vəfat etdi. Onun dünyaya gəlişi həm Peyğəmbərimizi, həm də bütün müsəlmanları necə sevindirmişdisə, vəfatı da o dərəcədə kədərləndirici oldu.
Həzrət Mariyə hicrətin 16-cı ilində vəfat etdi. Allah ondan razı olsun!
 
 
 
Mütərcim: Məhbubə Kərimzadə
İsmayıl Mutlu;”Xanım əshabələr”

 
 

0 şərh