Plasebo Effekti


Plasebo– psixoloji təsir nəticəsində fizioloji dəyişmədir. 
Plasebo daha çox içi boş dərmanlar kimi tanınır. İçi su, şəkər və ya boş olan dərmanlar xəstəyə verilir nəticədə isə adi dərmanın verdiyi təsir alınır. Deməli dərmanın verəcəyi təsir tərkibindən deyil ona olan inamdanda aslıdır. Bu sualın cavabını araşdıran Miçiqan universitetinin doktorları aparılan tədqiqatdan bele cavab alırlar. Onlar xəstəyə ağrıkəsici adı altında boş dərman verirlər və xəstə ağrısının azaldığını bildirir. Tomoqraf göstərdi ki, ağrıkəsici gözləyən beyin neyronları endorfin buraxmağa başladı və ağrını azaltdı. Plasebo təkcə ağrını kəsməyə deyil həm də xəstəliyi tamamən sağalatmağa qadirdir.
Almaniyada vərəm dispanserində belə bir şayiə yayılmağa başlandı ki, bir qrup alim vərəmi sağaldan mövcüzəvi dərman hazırlayıblar. Bir müddət dərmanın üstünlükləri haqqıda danışıldı. Daha sonra xəstələrə bildirildi ki, bu həblər klinika tərəfindən alınıb. Həbləri qəbul edən xəstələrin 90% sağalmağa başladı. Əslində isə heç bir möcüzə həb icad edilməmişdi – onlar adi aspirin idi. Demək ki, onları sağaldan həb deyil, həbə olan inanc idi.

Lakin Plasebo təkcə müsbət nəticə vermir
1987- ci Monterey park (Kaliforniya) futbol oyunu zamanı dörd azakeşin halı heç bir görünən səbəb olmadan pisləşdi. Həkimlər müəyyən etdilər ki, onlar tibunanın yanındakı avtomatdan zəif alkoqollu içki qəbul etmişlər. Stadion rəhbərliyi hamıya elan etmyə məcbur oldu ki, bu içkidən almasınlar o, zəhərlənməyə səbəb ola bilər. Bir neçə dəqiqə keçdikdən sonra tirbunada adamlar yıxılmağa, huşlarını itirməyə başladılar. 200 nəfər o hala düşdü ki, onlar sərbəst hətəkət edə bilmədilər. Təcili içkinin kimyəvi-bakterioloji analizi keçirildi və məlum oldu ki, içkidə zəhərli heç nə yoxdur və o zəhərlənməyə səbəb ola bilməz. Bu xəbər tezliklə azarkeşlərə çatdırıldı və onlar möcüzəli şəkildə sağaldılar.
Mən inanıram ki, plasebo kimi fenomenal effekt onu göstərirki insanın bədənində ona lazım olan bütün elementlər mövcuddur sadecə onun orda olduğun inanmaq lazmdır.

   
 

1 şərh

velili_hemide
Bu haqda eşitmişdim, amma tam olaraq məlumatlı deyildim. Bu mənim üçün çox maraqlı oldu. Yazı üçün sağ olun.