Рейтинг
+21.59

İnsan resursları (kadrlar)

6 üzv, 13 topik

Qapıçının əmək funksiyası

1-ci dərəcə

         Mehmanxanalarda, çoxmərtəbəli binalarda, kinoteatrlarda, sirklərdə, yeyinti, ticarət və s. yerlərdə qapıların açılıb-örtülməsi, müştərilərin (gəlib-gedənlərin) qəbul edilməsi, onların istənilən yerə (nömrəyə, otağa, zala, şöbəyə və s.) getməsinin istiqamətləndirilməsi, gələnlərin binaya daxil olmaq üçün hüququ olub-olmamasının yoxlanılması, baqajın daşınmasına kömək göstərilməsi, binaya daxil olanlara lazımi məlumatların verilməsi, hüququ olmayanların binaya daxil olmasının və digər xoşagəlməz təsadüfi halların qarşısının alınması. Daxil olanlardan biletlərin toplanılması, ictimai yerlərin qarderob və yaxud tualetlərə nəzarət edilməsi. Sifarişlə taksi çağırılması, giriş qapılarının təmiz və saz vəziyyətdə olmasına nəzarət edilməsi. Nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi. Siqnalizasiya sisteminin, işıq reklamların saz işləməsinin yoxlanılması və onların yandırılıb söndürülməsi.

         Maşın dayanacağına nəzarət. Digər fəhlələrin işinə göz yetirmək.

             Bilməlidir: müştərilərə xidmət qaydasını, şöbələrin, seksiyaların, ticarət zallarının yerləşməsini, taksi sifariş etmək, təcili yardım maşını, yanğın komandasını çağırmaq üçün telefon nömrələrini, yaxınlıqda yerləşən yeməkxana, ticarət, kommunal təsərrüfat və s. müəssisələrin ünvanlarını, yanğından mühafizə və siqnalizasiya vasitələrinin yerləşməsini və onlardan istifadə qaydasını, gigiyena qaydalarını.

             2-ci dərəcə: böyük mehmanxanalarda qapıçı işlədikdə.


Davamı →

Bağbanın əmək funksiyaları

Bağbanın əmək funksiyası

2-ci dərəcə

      Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsi. Dibin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsi. Bitkilərin tozlandırılması və dezinfeksiya vasitələri ilə çilənməsi. Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması. Əkilənlərin dibinin boşaldılması və sulanması. Paya hazırlanması, basdırılması, bitkinin ona bağlanması. Qurumuş ağac və kolların dibinin boşaldılması və kökündən çıxarılması. Qazonlarda otun biçilməsi, bağ yolları boyunca ağac və kol budaqlarının kəsilməsi, torpağın döyəcləyilə bərkidilməsi. Yaşıllaşdırılmış sahələrin yarpaqdan, biçilmiş otdan və zibildən təmizlənməsi.

      Zibilin yandırılması, Çim hazırlanması və ağacın qopmuş səthinə çəkilməsi.

         Bilməlidir: ağac, kol və başqa bitki növlərini, onların xassə və xüsusiyyətlərini, toxumun səpilmə və şitilin əkilmə üsulunu, bitkilərin sulanma vaxtını və normasını, bitkiləri əkmək, köçürmək və calamaq üsullarını, çeşidlərin, peyinin və dezinfeksiya məhsulları növlərinin xüsusiyyətini, onların tətbiq üsullarını, bağ-bostan alət və inventarlarından istifadə qaydasını.


Ardı →

Kadr kargüzarlığının düzgün aparılması vacibdir!

                                 Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq, hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr kargüzarlığı savadlı şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Onlardan yalnız kadrlar şöbəsinin və ya heyətlə iş üzrə xidmətin işində istifadə olunmur, əmək haqqının, pul mükafatlarının, məzuniyyət pullarının hesablanması üçün mühasibat işçilərinin də bu sənədlərə ehtiyacı var. Əmək və vergi müfəttişliyi kadr sənədlərini yoxlaya bilər, Əhalinin Sosial Müdafiəsi Fonduna təqdim etmək və ya qanunvericilikdə nəzərdə tutulmuş imtiyazların alınması üçün işçilərin özlərinin onlara ehtiyacı ola bilər. Əmək və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi üçün kadr kargüzarlığının təşkili zəruridir.
Ardı →