Kişi alimlərin özünüreklam məharəti

Elm sahəsində işləyən qadınların karyerası bir çox cəhətdən əlverişsizdir. Son illərdə böyük elmi jurnallar bu mövzu ilə maraqlanmağa başlayıblar. 2019-cu ilin dekabrında İngilis Tibb Jurnalı (BMJ) milad xüsusi sayında kişi tədqiqatçıların öz işlərini qadın həmkarlarından daha uğurla “satdıqlarını” göstərən araşdırma dərc edib. Bu haqda Le Monde yazır.
Müəlliflər, (insanlar üzərində aparılan) klinik tədqiqatlarla bağlı 101 720, habelə PubMed məlumat bazasına daxil edilmiş və 2002 və 2017-ci illər arasında müxtəlif tibbi jurnallarda dərc olunmuş 6.2 milyon məqaləni təhlil ediblər. Bu məqalələrin başlıq və referatlarında müəlliflərin öz işləri haqda işlətdiyi: “yeni”, “unikal”, “misilsiz”, “analoqu olmayan” kimi 25 müsbət ibarə qeyd olunub. Daha sonra araşdırmaçılar bu ifadələri müəlliflərin cinsiyyətinə görə təsnifləndiriblər, deyə Le Monde bildirir.
Le Monde
Nəticə: müqayisə olunan fənlər, dövrlər və jurnallarda qadınların ilk və ya son müəllif kimi çıxış etdiyi məqalələrdə özünüreklamın, öz işin haqqında müsbət ifadələrin sayı, kişilərin özlərini təqdimetməsindən 21.4% daha azdır.
“Bu zarafatdır? Əsla yox, çünki qadın tədqiqatçıların ifrat “təvazökarlığı” işlərinin daha az təsirə malik olmasından irəli gəlir. Axı müsbət, bər-bəzəkli təqdimatla verilən klinik tədqiqatlara 9.4% daha çox istinad olunur və ümumiyyətlə bu yazıların “prestijli jurnallar”da dərc olunma şansı 13% yüksəlir” Le Monde yazır.
Nəticədə isə qadınların ekvivalent işi bər-bəzəkli cümlələrlə daha az təqdim etmələri karyera yüksəlişinə də təsir göstərir. Bu nəticəyə Mannheim Universiteti (Almaniya), Yale Universiteti və Harvard Tibb Məktəbindən (ABŞ) olan araşdırmaçılar gəliblər.
“Biz gender bərabərsizliyini təşviq edən sistemlərə düzəlişlər etməliyik”, Harvard Tibb Məktəbindən Julie Silver və həmkarları yazır. Xüsusilə jurnal naşirləri bu məsələni öz redaksiyalarında həll etməli və gizli qərəzin aradan qaldırılması üçün təlim və prosedurları inkişaf etdirməlidirlər.”
Sentyabr ayında Lancet jurnalı konkret bir təşəbbüslə çıxış etdi: Lancetin 18 ixtisaslaşmış jurnalında redaksiya heyətlərinin yenidən seçiləcəyinə və 2020-ci ildən heyətlərdə qadınların sayının ən az 50%-ə çatdırılacağına söz verdi. Başqa bir öhdəlik isə belədir: “Hansısa ictimai konfrans və ya tədbirdə ən azı bir nəfər qadın çıxışçı yoxdursa, bizim redaktorlarımız o tədbirdə iştirak etməyəcəklər. Bizim təşkil etdiyimiz tədbirlərdə isə məqsədimiz natiqlərin ən az yarısının qadın olmasıdır.”
“Görəsən başqaları da bu nüfuzlu jurnalın başladığı döyüşdən ibrət götürəcəkmi?” Le Monde’dan Florence Rosier sual edir.
 
 
Müəllif: azlogos.eu
 

0 şərh