Şərqi sevdirən kitab

«Min bir gecə” nağılları bütün dövrlərin və xalqların ən yaxşı kitabları siyahısına düşən kitabdır. Onun süjetləri əsasında dəfələrlə müxtəlif pyeslər, baletlər, konofilmlər, cizgi filmləri və eləcə də tamaşalar  hazırlanıb. Ordakı nağıllardan heç olmasa bir neçəsini hər bir insan bilir. Şəhrizadın tarixşçəsi isə, ümuməyyətlə, hamıya məlumdur. Bu nağıllar toplusu ətrafına həmişə müəyyən söz-söhbətlər olsa da, XXI əsrdə artıq mübahisələr də yarandı. Məşhur alman şərqşünası Klaudiya Ott belə bir bəyanatla çıxış etdi ki, guya bizim bildiyimiz formada olan  „Min bir gecə” nağılları falsifikasiyadan (saxtalaşdırma) başqa bir şey deyil.
Şərqi sevdirən kitab
XVIII əsrin lap əvvəllərində fransız şərqşünası Antuan Qallan “Min bir gecə” ərəb məcmuəsini ardıcıl şəkildə cild-cild tərcümə edərək nəşr etməyə başlamışdı. Üç xəyanətkar xanımı görəndən sonra qadınlarının qatilinə çevrilən şah, savadı, ağlı və çoxlu nağıl biliyi ilə ölümdən qurtulan  vəzir qızı Şəhrizad bütün Avroplanı heyran etmişdi. Qatı erotizmə qarışan qatı şərq koloriti baş gicəlləndirirdi.
Qallanın mətnini digər dillərə də – alman, ingilis, rus dillərinə də tərcümə olunurdu. Bu zaman çox vaxt erotik motivlər və müxtəlif ədəbsiz hissələr təmizlənilir, çıxarılırdı. Kitabdakı „təmizlənmə işindən” sonra onu rahatlıqla uşaqlara, qadınlara hədiyyə etmək olurdu. Və bu hədiyyə ən çox sevinc gətirən hədiyyələrdən birinə çevrilmişdi. Cin və pərilər, sehrbaz və sultanlar Avropa məntiqinin, Avropa düşüncəsinin nə qədər əksinə olsa da, oxucu təfəkkürünü özünə cəlb etməyi özünə bacarırdı.  Bu kitab uzun illər hit olaraq qaldı.
 Bunu da qeyd etmək lazımdır ki, bu kitabın tərcümə edən təkcə Qallan deyildi. Zamanla bir çox insanlarda bu nağılların orijinalı maraq doğururdu. Ərəb dilindən olunmuş yeni tərcümələr meydana çıxdı. Tərcümə işlərinə girişən adamlar orijinal məcmuədə heç də bütün nağılları tapa bilmir, bəzən ordakı nağıllar tərcümə olunmuş versiyadan xeyli fərqli olur, bəzən də Avropada həddindən artıq məşhurlaşan nağıllar məcmuədə ümumiyyətlə olmur və həm də orijinal versiyada çox gözəl nağıllar da var ki, tərcümədə onlar göə dəymir. Lakin buna görə heç kəs səs-küy salmadı. Çox vaxt yeni tapılmış hissələrini də tərcümə edib Qallanın tərcüməsinə əlavə edirdilər. Avropalılar üçün “Min bir gecə” nağılları yenə də iki şah qardaşın və onların xəyanətkar arvadlarının hekayəsindən başlayırdı.
 
Məcmuəylə bağlı böyük tənqidlərlə ancaq bizim dövrümüzdə Almaniyadan olan ərəbşünas Klaudiyya Ott çıxış etdi. Məcmuənin yeni tərcüməsi üzərində işləyərkən  Avropada çox geniş yayılmış versiyanın orijinaldan nə qədər uzaqda olduğunu, ilk tərcüməçilərin, xüsusən də, Qallanın əsərə qarşı necə böyük hörmətsizlik etdiyini  aşkar edərək üzə çıxartdı.
Əvvəla bunu qeyd etmək lazımdır ki, orijinal məcmuədə min bir (1001) ədəd nağıl olmayıb. Orda təxminən üç yüzə yaxın nağıl var. Yəni, „min bir” ifadəsi sadəcə “lap çox” ifadəsinin sinonimidir. Bundan başqa, Qallan hekayələri Avropa oxucusu üçün (ən çox Fransa krallığına nəzərən edirdi) daha maraqlı edərək, yəni daha çox  erotika və ekzotikaya üstünlük verərək həddindən artıq dəyişib. Nağılların sayını artırmaq və yeni cildi nəşr etməkdən ötrü Qallan məcmuəyə  orijinala aid olmayan başqa süjetlər də daxil edirdi. Qallanın davamçıları və digər naşirlər isə özləri də yeni nağıllar uydurmaqdan çəkinməmişdilər. Şəhrizadın söylədiyi nağıllar sırasına Ələddin və Sindbadın nağılları bax belə, təsadüfən daxil olmuşdu. Bu cür nağıllara, çox güman ki, „Əli-baba və qırx quldur” da daxil ildi. Ərəblər və ümumiyyətlə müsəlman dünyası “Min bir gecə»ylə həmin nağılların Avropa dillərindən ərəb dilinə tərcüməsindən sonra tanış olmuşdular.
 
Müsəlman şərqinin xəzinəsi
Ümumiyyətlə, «Min bir gecə” nağıllarını ərəb ədəbiyyatının böyük abidəsi hesab etmək olmaz. Bu məcmuə fars kitabı „Xəzər Əfsanə”nin (“Min nağıl”) evolüsiyasıdır və Şəhrizad da məhz İran personajıdır.  Qərb adamı üçün, yəqin ki, bunun heç bir ciddi fərqi yoxdur. Lakin fasrdilli və fars mədəniyyətli ədəbiyyat çox zəngindir və çox yaxşı da inkişaf edib. Onların ərəb ədəbiyyatıyla müəyyən əlaqəsi olsa da, bir növü, bir qolu deyil.
»Xəzər Əfsanəsi” hələ X əsrdə Bağdadda tərcümə olunub, elə oradaca da orijinal məcmuəyə daxil fars və hind nağıllarından başqa yerli nağıllar, o cümlədən Bağdadda çox böyük nüfuza, hörmətə sahib olan xəlifə Harun ər Rəşidin macəraları ilə də zənginləşib. Avropalı oxucuların daha da çox yeni nağıllar oxumaq arzusuna müvafiq olaraq  daha çox hekayələr və nəşlər dərc olunurdu. Məcmuə gedib Misirə çatanda orda da misirlilərə xarakterik yeni süjetlərlə zənginləşdi. Məhz «Min bir gecə”nin klassik ərəb versiyası tədricən elə bu cür formalaşıb. Ona düzəliş və əlavələrin olunması, çox güman ki, türklərin Misiri tutmasından sonra dayandı.
Məcmuənin nağıllarına əsasən (əlbəttə ki, Qallana baxanda daha dəqiq tərcümələri götürəndə) XVI əsrə qədər yaşayan müsəlmanların mental xüsusiyyətlərini açıq-aydın görmək, müəyyən düşüncələr irəli sürmək olar. Nağıllarda müxtəlif sosial təbəqələrdən olan insanlar olsa da, daha çox hadisələr tacirlər ətrafında dolanır. Məhz tacir öz dövrünün (daha dəqiq desək, bir neçə epoxanın) qəhrəmanı idi. Xəlifə, sultan və onların övladlarının obrazları tacirlərdən sonra gəlir. Məcmuənin bir hissəsində hekayələr daha çox bir yalanın üzərində qurulur. Və əsasən də bu yalanlar qəhrəmanı düşdüyü pis vəziyyətdən və ya ölümdən qurtarmaq üçün istifadə etdiyi xeyirxah yalanlar olur. Yaranan konflikti həll edən və sülhə gətirən yalan „Min bir gecə“nin əsas və daimi süjet xəttidir.
Məcmuədəki hekayələrin xüsusiyyətlərindən biri də həm qəhrəmanların, həm də təhkiyəçinin (Təkcə Şəhrizad deyil) qeyri-adi labüdlüyü, qaçılmazlığıdır. Baş verən hər bir şey əvvəlcədən yazılıb və bundan qaçmaq olmaz. Çox vaxt taleyi baş qəhrəmanın hər hansı bir hərəkəti yox, xoşbəxt və ya bədbəxt hadisə həll edir. Qısası, hər şey Allahın əlindədir, çox cüzi bir hissə insanın gücündədir.
 
»Min bir gecə" – möhtəşəm yalan və nəhəng əsərin tarixçəsi
 
Məcmuənin orijinalında həddindən artıq şeir nümunələri var. Bu da ərəb ədəbiyyatı üçün çox xarakterikdir. Müasir Avropalı üçün isə bu poetik nümunələr sanki mətnə az qala, məcburən salınmış kimi gəlir. Lakin qədim ərəblər üçün şeir və ya sitat gətirmək adi bir şey idi.
 
Ott tərcüməsinin bizə uşaqlığımızdan bəri məlum olan versiyadan fərqi
Bizim dövrün adamları «Min bir gecə” nağıllarının necə başladığını yaxşı bilirlər. Bir şah öyrənib bilir ki, arvadı ona xəyanət edir. Şah qadını öldürür və qardaşıgilə (o da şahdır) qonaq gedir. Orda məlum olur ki, onun da arvadı ərinə xəyanət edir. Qardaşlar səyahətə çıxmaq qərarına gəlirlər. Tezliklə cinin arvadıyla rastlaşırlar. O, həmin bu qardaşları düz elə yatmış ərinin yanında günah işləməyə məcbur edir. Cinin arvadı da iki şaha qədər yüzlərlə sevgilisi olduğunu deyib qürurlanır.
Qardaşlardan birini –  Şəhriyarı başına gələn bu hadisə dəli etdi. O evinə qayıtdı və hər gün yeni bir xanımla izdivaca girir, bütün gecəni əylənəndən sonra səhəri gün edama göndərirdi. Bu hadisə öz vəzirinin qızı, ağıllı, savadlı və çox gözəl olan Şəhrizadla evlənənə qədər davam edirdi.  Şəhrizad payına düşən hər bir gecə (müsəlman qadın heç də hər gecə ərinin yatağında ola bilmirdi) şaha nağıl danışırdı. Və bildiyi, ağlında olan nağıllar bitəndə bir də məlum oldu ki, onların artıq üç oğul övladı var. Şəhriyar onu öldürmədi və sanki artıq o vaxta da elə bil həmin ağır yükdən azad olmuş, özünə bir yüngüllük gəlmiş, raatlanmışdı. O daha bütün qadınların xəyanətkar olduğunu hesab etmirdi.
Klaudiyanın təqdim etdiyi versiyada iki şah qardaş yoxdur. Hind şahlarından biri o qədər gözəl idi ki, özünə güzgüdə baxmaqdan yorulmur və ətrafındakılardan ondan yaraşıqlı kiminsə oluduğunu soruşurmuş. Bu, qoca bir kişinin şaha Xorasanlı tacirin çox yaraşıqlı yeniyetmə oğlu olduğunu deyənə kimi davam edibmiş. Şah həmin gənci müxtəlif hədiyyələrlə Xorasandan yanına gətizdirməyə çalışır. Lakin yolda gənc öz gözəlliyini itirir. Çünki səfərə çıxmadan öncə gənc həyat yoldaşının ona xəyanət etdiyini öyrənir. Lakin Hindistanda olanda oğlan kənizin də şaha sadiq olmadığının şahidi olur və təkcə özü bədbəxt və axmaq olmadığını bilib sevincdən yenidən çiçəkləyir. Daha sonra o, şaha da xəyanət haqqında açıb danışır.
Sonra istiqamət bizim bildiyimiz mövzuya qayıdır. Lakin heç də Şəhrizadın Sindibad haqqındakı nağılıyla başlamır. Ümumiyyətlə, Klaudiyanın tərcüməsində bəzi nağıllar bizə tanış gəlməyə, bəzilərinin bir hissəsi isə bir qədər dəyişirilmiş görünə bilər. Onların başqa aksenti və başqa detalları var. Belə çıxır ki, Ott əsəri məna və forma cəhətdən maksimal dərəcədə orijinala yaxın tərcümə etdiyi halda, Qallan Avropnanı əvvəldən düşündüyümüzdən daha çox aldadıb, daha çox fırıldaq gəlib. Və hazırda bizim Avropanın müsəlman Şərqini görüb, tanıması üçün (nədənsə həddindən artıq maraqlı idi, görmək istəyirdilər) tamamilə başqa bir ədəbi abidəmiz – „Min bir gecə“nin  Avropa nağıl məcmuəmiz var. Yəqin ki, bu əsər „Həqiqiliyinə, demək olar ki, hamının inandığı ən məşhur ədəbi saxtalar“ siyahısının ən başında dayanmaldır.
 
Mənbə: kulturologia.ru/blogs/260418/38740/
 
 Tərcümə edən: Xanım Aydın
 

0 şərh