“Qurban” və “Ramazan” bayramlarının əsas xüsusiyyətləri

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır. İbrahim Peyğəmbərin oğlunu Allaha qurban etmək istəməsi onun sədaqətini və imanını göstərirdi.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.

Üç səmavi dinin — Yəhudilik, Xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Qurban bayramı islam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: «Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır». İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. 

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Ramazan bayramının əsas xüsusiyyətləri

Ramazan bayramı (Fitr bayramı), şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona catması münasibəti ilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona «Ramazan orucu» da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada «on bir ayın sultanı» da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə «leylət al-Qadr» – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: «Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! (Qədr surəsi, 3-5) Ramazan ayının gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub. Həmin gecə „qədir“ və ya „əhya“ gecəsi adlanır. Qədir gecəsinin konkret hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-ci gecələrindən biridir. Qurani-Kərimdə „Qədir surəsi“ vardır. Bu surədə qədir gecəsi haqda belə yazılır: „Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür“. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.

Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: „Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın“.(Bəqərə surəsi, 187)

Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidiyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Orucluq hələ İslamdan da əvvəl mövcüd idi. Hələ qədim ərəblər öz allahları naminə oruc tuturdular. Bu haqda Quranda deyilir: „Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, bizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir“.

Orucluq pəhrizi qurtarmaq – id əl-fitr – bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə edərkən bütün ailə üzvləri nəzərə alınır.

Ramazan bayramının məqsədi

Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar. Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa barışması üçündür. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər

 

23 şərh

Cavid
bayram haqqında faydalı məlumatlar var, təşəkkürlər.
kulturoloq
Çox sağ olun. Minnətdaram!
Medikamentoz
 Quranda yazılıb: «Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır». İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.---Müəllifə sual vermək istərdim ki,İslama görə məgər qurbanlıq qoyun Allahın yaratdığı deyilmi.Burada hər 2 variantda yalnışlıq var.Əgər yaratdığıdırsa Quran səhv yazıb (Sənə görə), əgər yaratmadığısa kim yaradıb onları?  

PS:Bu həssas məsələdir və xüsusi diqqət tələb edir. 
_BUMERANQ_
Bilirsiniz necədir, «Qurani Kərim» elə bir kiabdır ki, onu tam dərk edən insan hələ ki, mövcud deyil.

«Qurani Kərim»in biz dərk etdiyimiz və anladığımız təkcə zahiri mənasıdır, amma bu kitab özü 4 səviyyədə oxunur( zahiri, batini, batininin batinisi, 4-cü səviyyə isə o qədər dərindir ki, onu sözlə ifadə etmək mümkün deyil)
 Sizin Qurandan gətirdiyiniz sitatda deyildiyi kimi Allaha(c.c) nə ət, nə də onun qanı çatmır,doğrudu, Amma əgər bu ətlə bir neçə ailə sevinəcəksə, nə zərəri var?

Elə özünüzün də vurğuladığınız kimi bu mövzu çox həssas mövzudu on agörə də dərinliyinə varmadan fikir bildirmək doğru deyil. 

P.S: Bayramınız mübarək. 
kulturoloq
Müəllim hara neçənci sətirsə sehv var? Sehvimiz düzəldək!
kulturoloq
Uzrulu heab edin  bu suall Medikamentoza uvanlanıb!
kulturoloq
Müəllim hara neçənci sətirsə sehv var? Sehvimiz düzəldək!
Medikamentoz
Müəllim deməyə bilərsən,çünki müəllim deyiləm :) Birinci yazdığım şərhə bax,görəcəksən,məncə kulturoloqa bir işarə də kifayətdir.
kulturoloq
Birinci, müəllim deyərək sizə müraciət etmək sizin müəllim(pedaqoq) olması fikirim olmayıb .Sadəcə rəsmi şəkildə -(ehtiram və hörməti əsas tutaraq) sizə müraciətin formasıdır. İstənilən şəxsə-fəhləyə, hüquqşünasa, iqtisadçıya və s. peşe sahiblərinə müəllim kimi müraciət etmək onların müəllim olması qənaətinə gətirmir.
İkinci müəllif kimi bu yazının mən e-nəşrinin müəllifiyəm. Yəni yazını mən yazmamışam.Sadəcə sizi onun ümümi axtarış saytlarında versəz onun ordada olduğu kimi asanlıqla tapa bilərsiz. Əslində o quranda belə aşağıdakı kimi qeyd olnur.Qurandan səhv axtarmaq insan əməli deyil. 
 QURANİ-KƏRİM. HƏCC SURƏSİ 37-Cİ AYƏ:
  لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ ۗ وَبَشِّرِ 
 
الْمُحْسِنِينَ 
Z.Bünyadov-V.Məmmədəliyev:Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!
  «Oradakı abzas bir fikri, insana konret çatdırır.O, nöqteyi-nəzərdən çıxış etsək, əgər İNSAN  ALLAHIN yaratığı şərəfli və ən üstün məxluqdursa,(təbii ki qurbanlıq qayonda ALLAHIN yaratdığı məxluqlardan biridir.Amma şərəfli məxluq yox! Qoyun insandan üstun ola bilər?! Təbii ki, yox! ) onun ALLAH yolunda qurban kəsilməsi QURAN qadağan edir! „Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir“ cümləsi QURAN ayəsi deyil bu o nöqteyi — nəzərədən yazılmışdır ki, yəni ALLAH insanın (yaratmış olduğu ali məxluqu ) öz yolunda qurban kəsilməsini qadağan edir.

 
Medikamentoz
1)Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir---Sizin səhviniz bu cümlədədir.Cümlənin məntiqi yanlışdır.
2) Hamıya müəllim deməyi məqbul hesab etmirəm.Bu baxımdan reaksiya etdim,amma Siz başqaları ilə Öz fikrinizə uyğun davrana bilərsiniz.
kulturoloq
1) Məntiqi yalnış olan cümlə ordan silindi. Təşəkkürlər!
2) Bu sizin subyektiv fikirnizdir. (Buna hörmətlə yanaşmağı ədəb qaydaları çərçivəsinə salıram) 
Medikamentoz
Təşəkkürlər,bilirsiniz,çox insanımız cahil və savadsız olduqlarından hər hansı məlumata tezliklə inana bilirlər,ona görə də belə xüsusi məqamlarda çox həssas olmaq lazımdır.Bildiyim qədərilə Dində zarafatyana da olsa elə deyilən sözlər var ki.İnsanı Dindən belə çıxara bilər.Allah qorusun.
ayxansevda
Allah ne yaradıbsa nizamli sistem kimi her şey bir — biri ilə bağlıdır qoyun keçi toyuq balıq və s hamısı bize halal buyurulmuş nemətlərdir camaat qurbağa tarakan yeyir maraqlıdırsa o meselelere meyillənin Quran ayələri ilə işiniz olmasın kim dindardı kim dindar deyil here öz inamımda qalsın amma artıq dərəcədə xahiş edirəm insanların mənəviyyatı inancı ilə işiniz olmasın bele men müsəlmanam Allahın her ayəsinə canım qurban Belə Məhəmməd (S.ə.s) ümmətiyəm İsa peyğəmbəri Məryəm ananı və diğər müqəddəsləri çox sevirəm kim mənə nə deyə bilər inancımı ruslar demiş ne navyazıvayu amma bu tip sözhbətlər adamı nə qədər çalışsan təmkinini pozmayasan qıcıqlandırır. Medikamentoz qardaş öz yanaşmanız var əsaslandırırsınız bu sizin haqqınızdı amma inanan dinə bağlı kəslərə sayğı ilə yanaşın dini kəskin tənqid etməklə özünüzə qarşı çevirirsiniz bizlərə yaşamağı öyrətməyin bilirəm məqsədiniz bu deyil amma elə alınır elə qəbul edilirsiniz
Qurban bayraminda kəsilən heyvan Allah rizası üçün kəsilir və ehtiyacı olan ailələrə paylanılır buna subyektiv münasibətiniz var lakin bunu bu qədər qabartmayın bizə qəbuldu (mənim kimi inananlara)
daha qlobal və yırtıcı problemlər olduğu halda dinin qaydaları xüsusən Quran ayələri ilə işiniz olmasın əgər bizlərə -Qurana bütün varlığı ilə inananlara aacıq sayğınız varsa təbii ki
 
Old_Baku_
Medikamentoz dediyinizdə məntiq yoxdur..Yoxsa cəvablandırardım.
Medikamentoz
Quran insan zöü deyil,o oxunulduğu və ya səslənildiyi zaman həya edib,eynilə Qurani-Kərimdə bildirildiyi kimi həssaslıqla dinləyirəm,bəlkə rəhm olunar.

İnna Ənzəlnahü fi leylətütül qədr,va mə ədrakə ma leylətül qədr,leylətül qədrü xeyrun min əlfi şəhr.(Orfoqrafik səhvlərə görə üzr istəyirəm)---Həqiqətən də Biz onu Qədr gecəsi nazil etdik,Sən nə bilirsən ki,Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir.---Bu Sözlər Quranda Peyğəmbərə deyilib,peyğəmbərə deyilib ki,Sən nə bilirsən ki,Qədr gecəsi nədir? Bəs o zaman sual edirəm,müəllif və başqaları,Siz nə bilirsiniz ki,Qədr gecəsi nədir və Quran nədir?! Niyə bu qədər həya edib həssas yanaşmayırsınız?

Xahiş edirəm iradı başa düşmədən öz ağlınızla reaksiya etməyin,onsuz da Quranda bildirildiyi kimi,hamını öz kəkilindən sürüyəcəklər,günahlar kəkilindən,yəni hamıya öz ağlına görə qərar veriləcək.Mən təəssüf edirəm ki,Sizlər irsi müsəlmansınız.Mənə kafir və münafiq deyirsiniz amma nə İslama nə də onun dəyərlərinə onun layiq olduğu qiymət və dəyəri vermirsiniz,ya da mən koram görmürəm,bağışlayın.Allah qurban olum deməklə bağışlanmayacaqsınız,çünki O Sizə şah damarınızdan da yaxındır,adam ateist olanda da kişi kimi ateist olar,müsəlman olanda,yoxsa təqlidçi olmaz!!!
kulturoloq
Yəqin burda soruşmağa haqqımız çatır: «Kişi kimi» ateist olmağın məntiqi izahı nədir?
ayxansevda
Əstəhfürullah, mən nə sizə nə də başqasına nə kafir nə münafiq deyə bilmərəm haqqqım çatmaz. Burda özünüzü tanıtmaq qədərilə 100 faiz münafiq heç deyilsizniz.  Məni tanımırsınız dini biliklərimi bilmirsiniz siz necə iddia edə bilərsiniz ki mən irsi müsəlmanam onu bilməzsiniz anti- islamşünassinizsa,  yenə də deyirəm sizin ya kiminsə tənqidi fikirləri ilə heç kim əgər islamdadırsa islamdan çıxmaz buna cəhd edib özünüzü yormayın
buyurun tənqidi fikirlərinizi bölüşün maraqlıdır lakin bunu elə edin ki, (özünüz savadlı adamsınız) başqasının heysiyyəti ilə oynamayın daha doğrusu toxunmayın camaat bir ətək pul tökür həccə gedir Allah qarşısında səcdə edir siz də başlamısınız ki cahillikdi hər halda elə zamanda yaşamırıq ki elmsiz məlumatsız olaq mənim ürəyimdən elə gəlir sizin elə qarışmayaq bir — birimizə Mən ən ağır stresli vaxtımda Quranı (ərəbcədən) oxuyuram dincəlirəm bunu kor koranə etmirəm ruhum dincəlir siz buna müdaxilə edə bilməzsiniz məni düzgün anlayın Verdiyin suala cavab bilirsənsə və bu sizi qane edirsə məni qəne edəcəyinə əmin ola bilməsizniz Allah hər kəsin ağlından özünə xeyir versin mənə sizin ağlınız lazım deyil özüm ağlımla məmnunam Salamat qalın  
qəlbində Allah sevgisi olan birisinə- sizə müsəlman deyilsinizsə kafir ya münafiq ya müşrik denilməz hələ bilmək olmaz kimin ibadəti qəbuldu kiminki yox bunu iddia etmək bilgisizlikdən irəli gəlir. o ki qaldı sizin mövqeyinizə öz görüşlərinizi bu qədər yeritməyin burda biri mən Qədir gecəsi ya Quran ayələri barədə mübahisələr aparan deyiləm ortaq nöqtəyə gəlmək demək olar ki mümkün deyil sizə uğurlar 
Medikamentoz
Həqiqəqətn də Biz də gözləyirik.-Qurani Kərimdən sitat.
Old_Baku_
Medikamentoz özün yaxşı qeyd etmisən ki,"öz ağlınızla reaksiya göstərməyin" elə sən özündə bəzi məqamları bilmədən islam dini barəsində fikir bildirməsən yaxşı edərsən çünki sənin buna nə bilgin nədə səlahiyətin çatmaz.İndisə azda olsa şərhlə fikrimi sizə çatdırmağa çalışacam.
İslam dini,Qurani-kərim böyük bir elmdir.Bizim dinimiz İslam dini sadəcə ibadətdən ibarət deyil.Bəzi incəliklər var ki,heç bu incəlikləri alimlər belə açıqlaya bilməyib.Söhbət əgər Qurani-Kərim ayətlərindən gedirsə nəzərinizə çatdırım ki,«Qurani-kərim»-in ayətləri iki yerə bölünür.
1) Bütün mənaları açıq olan,şərh və izahata ehtiyac olmayan ayətlərdir.Bu ayətlərdə sağlam adı verilmişdir.
Məs: «Analar övladlarını tam iki il əmizdirməlidirlər». (2/233)  «Namaz qılın» (2/45)
2) Ikinci ayətlərə isə mütəşabih ayətlər deyilir yəni mənası net və açıq olmayan,bir neçə mənada izah oluna bilən,nə qədər izah olunsada əsas tam mənası çözülə bilməyən ayətlərdir.
Mütəşabih yəni gizəmli mənalı ayələr barəsində din alimləri iki cür düşünür.Böyük bir çoxluq " Bu cür ayələrin qatı bir bilgisi ALLAH yanındadır.İNsanlar buna aydınlıq gətirə bilməyəzlər." deyə düşünür.Bir çox alimlərdə " Bu kitab,yəni QURAN insanlara endirilmişdir.İnsanların anlayamayacaqları şeyləri uca ALLAH onlara göndərməz" düşüncəsindədir.
Şəxsən mən o biri alimlərin düşüncələrinə qatılıram.Çünki tam olaraq biliməyən Quranın tam 6236 ayəti içində 200 ayət civarında olduğu bu ayətlər bizdən yüzlərcə il əvvəl daha çox idi .İnsanlar elmin və texnalogiyanın inkişaf etdiyi dövrdə bu gizəmli ayələrin üzərindən örtü qalxmış anlayacaq hala gəlmişdir .Misal olaraq Quranda təxminən 1400 il bundan əvvəl fizik və uzay haqqında verilən bilgilər son 50-100 il içində dini mütəxəssislər tərəfindən aydınlığa gətirilmişdir.
Misal olaraq.
-" O (ALLAH) Evrəni (göy qütbəsini) yer üzünü yoxdan var etmişdir.O əgər bir işin olmasına qərar verərsə sadəcə OL deyər,oda olar." (2/117) Bu ayət «mütəşabih» ayələr sırasına daxil edilsədə elmin və texnalogiyanın inkişafı nəticəsində mənasına aydınlıq gətirilib.Bəli bu əyət məşhur «Big-Bang» nəzəriyəssinə işarədir.
-«Ulduzların düşdükləri yerə and içirəm.Əgər bilirsinizsə bu həqiqətən böyük bir anddır» (56/70/76) 
Bu ayət isə elmdənda bizə məlum olan qara dəliklərə işarədir.
-" Günəşdə bir qərar yerinə axıb getməkdədir.Bu üstün olanın və bilən təqdiridir". (36/38) 
Bu ayət isə ulduzlar və qalaktikaların olduğu kimi Günəşində bir yöndə hərəkətini işarə etməkdədir.
Bu cür misallar çox hətirə bilərəm.Bu ayətlərin ən önəmliləri və hələdə mənası açıqlana bilməyən ayələr "Əlif-ləm-mim",«Ya-sin»,«Ha-mim» kimi bəzi sürələrimizdə olan başlanğıc ayələrdiki hələdə mənası izah oluna bilməyib. 
Bəli məndə digər alimlər kimi düşünürəm ki,ALLAH bizə heç vaxt mənasını dərh edə biləməyəcəklərimiz ayətləri göndərməz o zaman həmin ayələri göndərməyin mənası olmaz.Lakin bu ayələr bəlkədə ona görə bu qədər gizəmlidir ki biz istər istəməz bu ayələrə izah gətirmək üçün QURANA yönlənirik. 
Medikamentoz
Bilmədin nəyə hirslənmisən,amma yaxşı ki,hirslənmisən.İzahatlarından faydalandım,təşəkkürlər.Haqqı tapdalaya bilmərəm.
Old_Baku_
Əgər azda olsa nəsə bir faydam toxundusa nə mutlu mənə.
Medikamentoz
Sizi mutlu etdimsə çox şad oldum,hər halda kompromis variantı tapa bilirəm,böyük üstünlükdür.
azadmamedov90
...gelen ile salamat cixmaq umidi ile…