Everest – Dünyanın ən yüksək dağı haqqında məlumat

Everest demək olar ki, hər alpinistin zirvəsini fəth etmək istədiyi dağdır, lakin hamının bildiyi kimi, bura dırmaşmaq son dərəcə riskli və çətindir. Dünyanın ən hündür dağını fəth edən alpinistlər bildirir ki, Everestin zirvəsinə qalxmaq onlar üçün böyük nailiyyət və bənzərsiz həzzdir. Məqaləni sona qədər oxuyaraq bu dağ haqqında bir çox maraqlı faktı öyrənmiş olacaqsız.

 

Everest haqqında

Everest, dəniz səviyyəsi nəzərə alınmaqla dünyanın ən hündür dağıdır. Çin və Nepal sərhədlərində yerləşən bu dağ həmçinin planetimizin ən maraqlı yerlərindən biridir. Everest, bu iki ölkə arasındakı ən yüksək sərhəddir. Şimal-şərqdəki Tibet yaylasından tam şəkildə baxmaq olar.

 

Everest dağının hündürlüyü

Everest –  Dünyanın ən yüksək dağı haqqında məlumat

Çin və Nepal tərəfindən verilən rəsmi məlumatlara görə, dağın zirvəsi 8,848 metrdir (29,029 fut). İlk dəfə 1955-ci ildə Hindistan Komandası tərəfindən ölçülən bu dağ illər sonra Çin komandası tərəfindən 1975-ci ildə yenidən ölçüldü və hündürlüyü təsdiqləndi
Everestdən daha hündür dağ
Havay adalarında yerləşən Mauna Kea dünyanın ən yüksək dağıdır. Sakit okeanın dibindən yüksələn Mauna Kea əslində sıralamada ilk pillədə yer alır. Bəs niyə Everest ən hündür zirvə hesab olunur? Çünki, Mauna-Kea dağının əsas hissəsi suyun altındadır. Everest yalnız dəniz səviyəsinə (0 m) nəzərən ən yüksək zirvədir.Vulkanik bir dağ olan bu dağın okean səviyyəsinin üst hissəsində qalan hissəsinin hündürlüyü 4207 metrdir. Okeanın dibindən etibarən hündürlüyü isə 10.100 metrə bərabərdir. Bu aspektdən yanaşsaq görərik ki, Mauna Kea dünyanın ən yüksək dağı ünvanının sahibidir.Təxminən 1 milyon yaşı olan Mauna Kea son olaraq 4600 il əvvəl aktiv vəziyyətə gəlmişdi.
Everest dağının temperaturu
Buzlaqlarla örtülü olan Everes dağının günəşli bir gündə gündüz orta temperaturu 35-40°, gecələr isə -30 ilə -40° arasında dəyişə bilir.Zirvədə hava təzyiqi 0,3-ə qədər düşür.

 

Everest dağının koordinatları

Everest dağı Cənubi Asiyada, Himalay dağlarında yerləşir. Çin və Nepal arasında yerləşən dağın koordinatları: 27° 57' 17" Şimal eni (27 dərəcə 57 dəqiqə 17 saniyə), 86° 55' 31" Şərq uzunluğu (86 dərəcə 55 dəqiqə 31 saniyə)

 

Everest zirvəsinə qalxan ilk insan

Uzun illərdir ki, bir çox insan zirvəyə qalxmağa cəhd etmişdir. Lakin zirvəyə qalxmağı bacaran ilk insanlar 29 may 1953-cü ildə Edmund Hillart və Tenzing Norgay olmuşdur.

 

Everest haqqında maraqlı faktlar

Everest –  Dünyanın ən yüksək dağı haqqında məlumat

Saat 2 qaydası.
Soyuq və sərt hava şəraiti ilə əlaqədar alpinistlər zirvəyə saat 14:00-dan əvvəl çatmalıdırlar. Əks təqdirdə, dağa dırmanma ölümcül nəticələrə səbəb olacaq qədər təhlükəli olardı.

 

“Ölüm zonası” deyilən bir yer var.
Dağın 25.000 futdan yuxarı ərazisi təhlükəli şəraitə görə "Ölüm zonası" adlandırılıb.

 

Dağda 300-ə yaxın insan həlak olub.
Everestə qalxmağa cəhd edən alpinistlərin təxminən 2%-i ölüb. Bu, Everesti dünyanın 7-ci ən ölümcül dağı edir. Dağ həm də “dünyanın ən hündür qəbiristanlığı” kimi tanınır.
Onun başqa adları da var.
Everest dağı Nepal dilində «Səma ilahəsi» mənasını verən «Sagarmatha» adlanır və Tibet dilində «Müqəddəs Ana» mənasını verən "Çomolunqma" kimi tanınır.

 


Everest zirvəsinə çıxmaq olar?

Nepal hökumətinin qəbul etdiyi qərara əsasən, Everest dağına qalxmaq istəyən alpinistlər təcrübələrini sübut etməlidirlər. Bunu sənədləşdirməklə yanaşı, fiziki bacarıq sertifikatı da tələb olunur. Bundan əlavə, təkbaşına Everestə dırmaşmaq üçün 35 min dollar qonorar ödənilməlidir.
Alpinistlərin çoxu Everest dırmanışına Nepal başlayır. Tədricən gəzintilər həyata keçirilir və çatılan nöqtələrdə bir neçə gün qalır və bədənin ətraf mühitə alışması üçün gündəlik gəzintilər edirlər. Təcrübəsiz insanlar üçün bu müddət daha uzundur. Əvvəlcə 10 günlük gəzintidən sonra baza düşərgəsinə çatırsınız. (Baza düşərgəsi 5100 metr). Katmandudan zirvəyə qədər olan vaxt təxminən 60 gündür. Ətraf mühitə alışan alpinistin baza düşərgəsindən zirvəyə qalxması təxminən 7 gün çəkir. Zirvədən baza düşərgəsinə enmək isə təxminən 5 gün çəkir.


Everest zirvəsinə qalxan ilk azərbaycanlı

Dünyanın ən yüksək zirvəsi sayılan Everesti və Şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist İsrafil Aşurludur. Azərbaycan Alpinizm Federasiyasının prezidenti olmuş, İsrafil Aşurlu beləcə adını tarixə yazmışdır.
O, 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə Kanqçencanqa (8586 m) zirvələrinə, həmçinin 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır.
Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım isə Elmira Aslanova olmuşdur. 2023-cü il 19 may tarixində Azərbaycan əsilli Ukrayna vətəndaşı Elmira Aslanova dünyanın ən yüksək zirvəsi olan Everesti (8848 m) fəth etməyi bacardı.

 

0 şərh