Mentiqi suallar

1.Azərbaycanın Gəncə şəhərində 31 iyun 1918-ci ilde nə olmuşdur?
2.Bir qız olur.Qardaşı ona bir üzük bağişlayir.Üzüyün altında bir cümle yazılır.Qız toyda olanda bu cümləyə ağlayır,yasda isə gülür.Bu cümlə nə idi?
3.O hansı güldür ki,qoxusu yoxdur?
4.Cənnət və Cəhənnəmin arasında nə var?
5.Fermerin bir xoruzu var,amma bədbəxtlikdən  xoruz yumurtlamır.Sizcə o nə etsin ki,xoruz yumurtlasın?
UPD. Cavablar
1) iyunun 31-i olmur
2) Qismət olmasın
3) Abdullah Gül
4) və
5) xoruz yumurtlamır.

21 şərh

member
1. İyunun 31-i olmur 
2. Qismət olmasın
4. Boşluq
5. Xoruz yumurtlamır 
Ramil
Deyilənə görə cənnətlə cəhənnəm arasında uca divar var
Deha
məntiqi cavab vermək lazımdır
Ramil
Yəqin xüsusi tənzimləmə yeri
imtogrul
cənnətlə cəhənnəm arasında ya ölüm olar, ya da həyat. Ümumiyyətlə bu suallarda bir məntiq görmədim
Deha
 gülməli bir cavabdır
imtogrul
nə gözəl. əsas odu güləsiz. doyunca gülün, gülmək xeyirdi))
member
4. Bəlkə «ilə» 
Deha
çox yaxınlaşmısınız
member
Onda sadəcə «lə»
Deha
yox <l> yerinə <v>
Deha
Düzgün cavab və
Deha
3-cü suala cavab vermək istəyən yoxdur?Gülməli cavabdir
Terabitiha
4.lalə və ya qoxusu olmayan gül
Lily996
Mahsun Kırmızıgül :)
Deha
O da olar.Mənim tam cavabım <Abdullah Gül> idi.