Roma imperatoru IV Karlın həyatından maraqlı fakt

Roma imperatoru IV Karl 4 rəqəmini çox sevirmiş. Onun hakimiyyəti dövründə Romanın 4 paytaxtı, hər paytaxtda 4 knyaz var imiş. Karlın 4 sarayı, hər sarayda 4 qapı, 4 pəncərə, 4 stol, 4 çıraq var imiş.

IV Karl başına 4 metal ərintisindən ibarət olan dördkünc tac qoyarmış. O imperiyanı 4 hissəyə, ordunu 4 yerə bölmüşdü.

Həmişə 4 atlı karetaya minərdi. O, 4 rəngli paltar geyər, 4 dil bilərmiş.

Karl gündə 4 dəfə nahar edər, 4 cür yümək yeyər, 4 cür şərab içərmiş.

O, 4 dəfə evlənib.Onun həyat yoldaşları :

1) Blanche (1316 — 1348),

2)  Anna (Bavyera) (1329–1353)

3) Anna von Schweidnitz  (1339–1362)

4) Elizabeth (Pomerania)  (1345 ya 1347–1393).

IV Karl vəfat edəndə yanında 4 həkim, 4 keşiş olub. Hər keşiş onun 4 vəsiyyətindən birini yazıb.

Nəhayət, IV Karl 1378 — ci ildə 29 noyabr saat 4-də vəfat edib.

 

Oxşar məqalələr

 

3 şərh

pascal
Rəqəmə olan sevgiyə bax ki, ölən saatında da 4 rəqəminə sadiq olub. ;)
Mənə görə məzəli topikdir. :)
_BUMERANQ_
Batil inanca o qədər önəm verib ki, bu onun həyatına siraət edib.
 
DREL
4 de olməsi inandırıcı gəlmədi...Amma belə maraqli topikdir.