Ən maraqlı dizaynlar

Fərqli dizaynlar həyatımızı daha maraqlı edir. Lakin dizaynerlərin təklif etdiyi məhsulların heç də hamısı uğurlu alınmır. 

Kreativ dizayn təkcə qeyri-adi olmaqdan ibarət deyil, onlar həm də işlətmək üçün də əlverişli olmalıdır. Hazırlanan hər məhsul insan həyatının ayrılmaz hissəsinə çevrilməlidir.

Meybisun yastığı – Meybisun hazırladığı bu yastıq rahat istirahət üçün sonsuz imkanlar yaradır. Səyahət və səfərlər üçün çox əlverişlidir. Təsəvvür edin ki, belə bir yastıqda televizora baxmaq necə də gözəl olardı.

Əyləncəli kitabxana – Kitabxananın tavanından asılan şəbəkələr kitab oxumaq vərdişini daha da əyləncəli edəcək. Dizaynın müəllifi isə ispan yaradıcılıq evi “Playoffice” aiddir.

 

Pilləkən-bağ – Pilləkənlərə həyat vermək üçün Paul Cocksedge yaşıl bitkilərdən istifadə edərək əsl bağa çevirib. Bu pilləkənlərdə doyunca gəzə və kitab oxumaq olar.
 

Şokolad – Yaponiyanın kreativ dizaynerləri Nendo qeyri-adi şokolad qabı hazırlayıblar. Məhdud sayda istehsal edilən şokolad dəstində 12 ədəd şokolad var. Hər birinin içində isə müxtəlif dadda və tərkibdə şokolad yerləşdirilib.
 

Əriyən pişiklər – Pişik formasında olan şamlar da çox maraqlıdır. İçindən isə pişiyin skeleti çıxır. Keçmiş Holloven bayramının atributlarından biridir.
 

Puf keks – Yumşaq keks formasında hazırlanan oturacaqlar çox əyləncəlidir. Təsəvvür edin ki, üstündə oturursan və özünü nağıllar aləmində hiss edirsən. İnteryerə fərqlilik qatan bu mebellərin dizaynı isə Boqqi Çana məxsusdur. 
 

 

1 şərh

Someone

Pilləkən bağı və əriyən pişikləri çox bəyəndim.