Ən məşhur Sovet və Rusiya casusları

Rixard Zorge - İkinci Dünya Müharibəsi zamanı Almaniyanın SSRİ-yə hücum edəcəyi tarixi dəqiqsöyləyən sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı, əsrin ən görkəmli kəşfiyyatçılarından biri.
1936-cı ildən Yaponiyada işləməyə başlayıb.R. Zorge Almaniya səfiri Ott və hərbi attaşelərdən Almaniyanın SSRİ-yə hücum edəcəyi haqda müxtəlif mənbələrdən məlumatlar alır. Deyilənlərə görə Almaniya ilə müharibənin başlaması haqda məlumatı Stalinə məhz Zorge ötürüb.
Rixard Zorge
18 oktyabr1941-ci il tarixində R. Zorge Yaponiya polisi tərəfindən həbs olunur.1943-cü ilin sentyabrında məhkəmə R. Zorgenin royal simi ilə asılması haqda qərar çıxarır. Rəsmi Berlin görkəmli kəşfiyyatçının həbsindən şoka düşmüşdü. Adolf Hitler isə satqının şəxsən təhvil verilməsini tələb edirdi. Amma tələb yerinə yetirilmir. Bununla bərabər, yaponlar kəşfiyyatçını Stalinə dəyişmək təklifi irəli sürürlər. Lakin Stalin təklifi rədd edir.
Etel və Yulius Rozenberqlər -1950-ci ildə tanınmış cütlük Federativ İstintaq Bürosu (FİB) tərəfindən Sovet İttifaqına nüvə sirlərini çatdırmaqda təqsirləndirilir. Onların məhkəməsi Kütləvi İnformasiya Vasitələri tərəfindən geniş işıqlandırılır və Soyuq Müharibəni daha da alovlandırır.
Cütlüyün, xüsusən də Etelin təqsirkar olmasına çoxları şübhə etsə də onlar 19 iyun 1953-cü il tarixində Nyu-Yorkda Sinq-Sinq həbsxanasında edam olunur.
Lavrenti Beriya -Stalinin yanında NKVD-nin rəhbəri olarkən L. Beriya bir neçə partiyanın “çistka”-sında və böyük insan kütləsinin məhvinə cavabdeh olub. 1953-cü ildə, Rozenberq cütlüyü qətlə yetiriləndən sonra, onu Britaniya kəşfiyyatı ilə əlaqədə günahlandıraraq güllələyirlər.
Lavrenti Beriya
Elizabet Bentli - 1938-ci ildə Amerika Birləşmiş Ştatları (ABŞ) Kommunist partiyasının xeyrinə Nyu-Yorkda faşistlərə qarşı casusluq etməyə başlayır. E. Bentli daha sonra iki müxtəlif kəşfiyyat qrupuna başçılıq edir. 1945-ci ildə Kremllə münaqişədən sonra FİB-ə gedir və onun şəbəkəsi üçün çalışan 100 agenti “satır”.
Elizabet Bentli
Kim Filbi - 1933-cü ildən sovet kəşfiyyatçısı olmağına baxmayaraq, 1941-ci ildə Britaniya kəşfiyyatı Mİ6-da işləməyə başlayır. İngilislər 1963-cü ildə K. Filbinin ikiqat oyun oynadığı başa düşür. K. Filbi Mİ6-da çalışdığı 20 il ərzində yüksək rütbə və vəzifələrə qədər yüksəlir. O, bundan sonra SSRİ-yə qaçmağa müvəffəq olur və ömrünün sonuna kimi böyük ehtiram içində yaşayır. K. Filbi 1988-ci ildə vəfat edib.
Kim Filbi
Entoni Blant - Tanınmış Kembric Beşliyinin (Kim Filbi də həmin təşkilatın üzvü olub) üzvü. Mİ5-də qulluq edərkən, İkinci Dünya Müharibəsi vaxtı SSRİ-yə məlumat ötürüb.
Morris və Leontina Koen - Cütlük 1930-cu illərin sonunda sovet casusu kimi çalışmağa başlayır. Təhlükə yaranan zaman mərkəz onlara fəaliyyətlərini dondurmaq haqda əmr verir. Bir neçə il sonra onlar Helen və Piter Kroger adı ilə Londonda bukinist mağazası açır. 1961 – ci ildə həbs olunurlar və Sovet İttifaqında həbs edilmiş İngiltərə vətəndaşı Herald Brukla dəyişdirilirlər. SSRİ-yə gələn kimi ölkə qəhrəmanı adı alırlar.
Morris və Leontina Koen
Kristofer Boys - 1977-ci ildə həbs edirlər. 1980-ci ildə həbsxanadan qaçandan sonra Sovet İttifaqına qaçmaq məqsədi ilə banklarda oğurluqla məşğul olur.
Moskvada DTK-nın (KГБ) binası
Oldrix Eyms - Kollecdən sonra Eyms Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) işə daxil olur. Tezliklə maddi problemlərlə üzləşir və dövlət sirlərini SSRİ-yə satmağa başlayır. MKİ-nin keçmiş agenti satdığı sirlərin hesabına SSRİ-dən 4,6 milyon dollar mükafat alır. O. Eyms 1994-cü ildə həbs olunur.
Oldrix Eyms
Robert Hanssen - 1979-cu ildə, cəmi 3 il FİB-də işlədikdən sonra sovetlərə məlumat çatdırır. Sovetlər İttifaqı dağılandan sonra da R. Hanssen məlumat çatdırmağa davam edir. R. Hanssen 2001-ci ildə tutulanda belə bir sual verir: “Siz məni niyə belə gec həbs etdiniz?”
Anna Çapman - Anna müntəzəm olaraq Rusiya dövlət nümayəndələrinə məlumatlar ötürürdü. A. Çapman 2010-cu ildə FİB-nin keçirdiyi xüsusi əməliyyatı nəticəsində həbs edilir. Onu Rusiya Federasiyası ilə əlaqədə günahlandırırlar. 2010-cu il 8 iyulda A. Çapman günahını boynuna alır. Bundan sonra A. Çapmanı ABŞ və İngiltərənin xeyrinə casusluqda təqsirli bilinən dörd nəfər Rusiya vətəndaşı ilə dəyişirlər.
 
 
 
Mənbə: kulis.az
 

0 şərh