Kefiniz yoxdursa edə biləcəyiniz 5 fəaliyyət

Bəzən insan bekar qaldıqda və yaxud istirahət etdiyi anlarda belə darıxa bilir. Edə biləcəyiniz şeylər haqqında düşünürsünüz, ancaq cansıxıcılıqdan necə qurtulacağınız sualına hələ də cavab tapa bilmirsiniz.“Çox darıxdım, görəsən nə edim, bütün gün necə keçəcək, dostuma zəng etməliyəm, çölə çıxmalıyam?”kimi bir milyon fikirdən sonra çarəsiz oturmağa davam edənlərdən ola bilərsiniz. Vaxtınızı necə keçirəcəyinizi bilmirsiniz. Cansıxıcı olanda əyləncəli bir şey tapmalısınız. Dəyərli vaxtınızı dəyərli işlərə sərf etməlisiniz. “Çox darıxmışam, heç nə etmək istəmirəm...” kimi şikayət cümlələri yerinə “Görəsən bu sıxıntıdan qurtulmaq üçün nə edə bilərəm ” deyə düşünməlisiniz. Əmin olun ki, cansıxıcı olduğunuz zaman və istədiyiniz zaman etmək üçün saysız-hesabsız müxtəlif şeylər tapacaqsınız. Bu vəziyyətdən qurtulmaq üçün aşağıdakı siyahıda tək başına edilə biləcək əyləncəli fəaliyyətlər təqdim edilmişdir: Kefsizlik

1. Yemək bişirin

Özünüz və ya sevdiyiniz biri üçün gözəl süfrə hazırlamağa nə deyirsiniz? Bəli, sizə önlük taxmağı, fon musiqisini qurmağı və mətbəxə daxil olmağı təklif edirik. Bildiyiniz, hətta daha əvvəl heç sınamadığınız reseptlər hazırlayaraq vaxtınızı əyləncəli keçirmək tövsiyə olunur. Əmin olun ki, yemək bişirərkən cansıxıcılıqdan qurtulacaq, sınadığınız reseptin necə olacağını həyəcanla gözləyəcəksiniz.Bu çox əyləncəlidir.

2. Evi təmizləmək və səliqəyə salmaqla məşğul olun

Musiqinin səsini artırmağı, rahat bir şey geyinməyi və təmizləmə rejiminə keçmək tövsiyə olunur. Bu həm əyləncəli, həm də faydalı bir fikirdir. Evi səliqəyə salmaq və təmizləmək ilk baxışdan çətin görünə bilər. Ancaq bir dəfə başladıqdan sonra əmin olun ki, vaxtınızı itirməyəcəksiniz. Həm də işin sonunda duş qəbul edəcək, səliqəli evinizə baxacaq, işinizlə fəxr edəcəksiniz.

3. Şkafınızdakı lazımsız əşyalardan xilas olun

Evdə edə biləcəyiniz başqa bir fəaliyyət şkafınızdakı artıq əşyalardan xilas olmaqdır. Böyük ehtimal ki, şkafınızda aldığınız gündən bəri bir dəfə də olsun geyinmədiyiniz və ya darıxdığınız üçün baxmadığınız saysız-hesabsız lazımsız əşyalar var. Məhz vaxt tapdığınız zaman, yəni özünüz üçün edəcək bir şey axtardığınız zaman şkafınızı tamamilə boşalda və yenidən yığa bilərsiniz. Geyinmədiyiniz əşyaları bir kənara qoya bilərsiniz. Paltarlarınızı mütəmadi olaraq yenidən şkafınıza yerləşdirə bilərsiniz. Beləliklə, siz təkcə şkafınızın təmizliyini yerinə yetirməyəcəksiniz, həm də artıq əşyalarınızı müxtəlif üsullarla istifadə edə biləcəksiniz. Misal üçün ikinci əl əşyaların satışı ilə məşğul olan saytlara üzv olmaqla geyinmədiyiniz əşyalardan pul qazana bilərsiniz. Yaxud da ehtiyacı olan insanlara verərək əşyalarınızı yaxşı məqsədlə istifadə edə bilərsiniz.

4. Geyim kombinasiyası yaradın

İndi həm kişiləri, həm də qadınları “bu gün nə geyinim?” sualından xilas edəcək bir təklifdən danışmaq istərdik. Geyimlərinizi zövqünüzə uyğun kombin etməklə “Sabah nə geyinim?” narahatlığından özünüzü xilas edə bilərsiniz . Hansı sviteri hansı şalvarla, hansı ətəyi hansı kofta ilə birləşdirəcəyinizi düşünərək bu işi daha əyləncəli formaya gətirə bilərsiniz. Geyinməyə bir şey tapmadığınız zaman əvvəlcədən hazırladığınız kombinasiyalardan istifadə edə bilərsiniz.

5. Yeni filmə baxın

Bu, evdə tək olduğunuz zaman edə biləcəyiniz başqa bir alternativdir. Dostlarınızdan eşitdiyiniz və ya bir müddətdir maraqlandığınız xarici filmə baxa bilərsiniz. İstədiyiniz qədər epizod izləyə bilərsiniz. Hər kəsin ağzında olan xarici seriallardan xəbərdar olaraq mühitdəki söhbətə asanlıqla qoşula bilərsiniz. Bu yolla həm cansıxıcılığınızı aradan qaldırmaq, həm də boş vaxtınızı keçirmək üçün mütləq film izləmək variantını düşünməlisiniz. Nəticədə həm əylənəcək, həm də kino mədəniyyətinizi genişləndirəcəksiniz. 

 

0 şərh