Timur Bekmambetov

adı: Timur
soyadı: Bekmambetov
doğum tarixi: 21.06.1961
doğulduğu yer: Qazaxstan SSR, Quryev (indiki Atırau) şəhəri
milliyəti: qazax

Dahilərin vətəni olmur. Onların vətəni bütün kainatdır. Timur Bekmambetov da belələrindəndir. Bir az yaşı çox olanlar onun “Ночной дозор” və “Дневной Дозор. Мел Судьбы” filmlərin xatırlayır. Lukyanenkonın eyni adlı əsərlərinə çəkilmiş bu filmlər 2004-2005-ci illərdə belə desək hollivud filmlərinə rusiya kinomatoqrafiyasının bir cavabı idi. Şəxsən mənim fikirimcə çox uğurlu və tutarlı bir cavab alınmışdı. Hollivuddan fərqli olaraq səliqəli və lazım olan yerdə işlədilmiş qrafik effektlər filmin marağını daha da artırır.


Daha sonra hollivud özü onun “ayağına gəldi”. 2008-də “Особа опасен” filmi ilə dünya kinosuna imza atdı. Yenə fantastik-sakit bir film sadə və yerində işlədilmiş qrafik effektlərlə.


09.09.2009-cu il artıq prodüser kimi Timur Bekmambetov “9” cizgi filminin dünyaya təqdim edir. Və həmin ilin sonunda növbəti bir film “Чёрная Молния” prokatlara çıxır. Bütün filmlərdəBekmambetov dəsti xətti görünür.


Amma sözün düzü bütün bunları yazmaqda məqsədim Bekmambetovun hələ məşhur olmadığı dövrdə çəkdiyi “Банк Империал”-ın reklam rolikləri ilə sizi tanış etmək idi. Sovetlər ittifaqının son dövrlərinin şahidi olan insanlar yəqin ki, yaxşı xatırlayarlar. Hərəsi 1 dəqiqə çəkən bu reklam çarxları ayrı ayrılıqda bir şedevrdir deyərdim. Nəsə başınızı çox ağrıtmayım baxın.

 

 

 

10 şərh

tutmos
Əgər kinoları yaxşıdırsa onu yükləmək üçün linkləri qoysaz yaxşı olar. Bank İmperialın reklamları çox yaxşıdır.Təsəvvür edirəm bu reklamların çəkilişinə nə qədər pul xərclənib.
ramzes

kayzen youtubeyə meydan oxuyur? ))))

niqulya
Bu 18 video 5 il ərzində(1992-1997) çəkilib.doğurdan da sənətkar işidir.Böyük həvəslə bu videolara baxan insan istər-istəməz tarixlə maraqlanır. Ən xoşuma gələn isə çar I Nikolay haqqında olan idi.Öz nənəsinin namusunu özünəməxsus şəkildə qoruyur.Fransızların payını verir.
Böyük zövqlə bu videolara baxdım.
2ral
Bütün videolardakı ssenarinin mətni ilə Всемирная история, Банк Империал ilə tanış olmaq olar.
III Konrad haqda video çox təsirlidir. Ən maraqlısı isə Suvorov və çariça Yekaterina haqda olandır:
Ужин у императрицы Екатерины II в последний день Рождественского поста, едят все, кроме полководца Суворова.
— А что это у нас граф Суворов ничего не ест, а? — спрашивает императрица
— Так ведь пост, матушка. До первой звезды нельзя. Ждём-с, — отвечает Суворов.
Все прекращают есть, но Екатерина находит выход: «Звезду Суворову Александру Васильевичу!».

Rus dilində Звезда sözü həm göy cismi,həm də hərbi çin üçün işləndiyinə görə maraqlı bir şey alınıb.
papatürk

Belə videolara baxandan sonra tarixi öyrənməyəsən neyləyəsən? Azərbaycanda bir firma bu tipdə videoroliklər çəksəydi yaxşı olardı.


İdeya da maraqlıdır.Bank İmperialın reklamında imperatorlar. Polşa kralı Yan Sobeski və veteranın haqqındakı video insana çox təsir edir.İnsanda müharibə veteranlarına qarşı çox böyük hörmət hissi yaranır.

girl_moon
Çox maraqlı videolardı, təşəkkürlər.
Aynur
doğurdan da super videolardır. Baxandan sonra bir daha əmin oldum ki,tarixi məhz şəxsiyyətlər yaradır.+1
mr13
Hər dəfə III konrad haqda rolikə baxanda gözlərim dolur. Ən sevdiklərim isə Teymurləng və Suvorov haqda olanlardır.
mr13
Sezar haqda rolikdəki çox maraqlı bir kadr var. bilmirəm diqqətlə fikir vermisiniz ya yox. Sezarın gecikdiyine görən digər bir senator saatı öyrənmək üçün qoluna baxır. :)