Aman Tello

İnternetdə qurdalanırdım bayaq və qarşıma erməni karaoke saytı çıxdı. iki dəqiqədən sonra artıq bir Azərbaycan mahnısı tapdım. Allah bilir saytda daha neçəsi var.

НУНЕ ЕСАЯН — «АМАН ТЕЛО»
Диск: НУНЕ ЕСАЯН-ХАВАРЕ МЕР
Слова: НАРОДНАЯ ПЕСНЯ
Музыка: НАРОДНАЯ

Oxşar məqalələr

 

10 şərh

Nailə_Rzayeva
Qoy hələ bizlər yataq, Xəzərin suları üzümüzə dəyəndə bəlkə ayılarıq, o zaman da gec olacaq. Bir də baxacayıq ki, dənizin içindəyik, emənilər adət-ənənələrimizlə, musiqimizlə, milli sərvətlərimizlə Qız qalasından bizə yaxşı yol diləyirlər…
Dior
Səs salma yatanlar ayılar,qoy hələ yatsın
Yatmışları razı deyiləm kimsə oyatsın!

Dəhşətdir Vallah.(((
ramzes
Ermənilər kefdədir e, bir mahnı yerləşdirir 100 adam bir il onu fikirləşir, psixoloji zədələr alır. Adamları inkişafdan saxlamağın yolunu tapıblar.
2ral
Erməniləri bilmirəm,amma türklər(Vildan Turan) bunu oxuyur.Amma Azərbaycanlının ifasında rast gəlmədim.Dost oxudu,düşmən oxudu,amma özümüz ortalığa çıxarda bilmədik:





Araz üste buz üste (Tello)
Kebap yanar köz üste (Tello)
Koy beni öldürsünler (Tello)
Danıştığım söz üste (Tello)

Aman tello tello can tello
Canım tello tello can tello
Gülüm tello tello can tello

Narınca bak narınca (Tello)
Saklaram sarılınca (Tello)
Şama döndü üreğim (Tello)
Yardan cevap alınca (Tello)

Su gelir dalga dalga (Tello)
Bir ucu bizim arka (Tello)
Komşudan bir kız sevdim (Tello)
Anamdan korka korka (Tello)
bloqçu
Bizim öz dəyərlərimizə dəyər vermədiyimizdəndir ki, başqaları da onları mənimsəyə bilir. Təəssüf ki, bu gün ermənilərin öz adlarına hallandırdıqları o qədər şey var ki, bizim olan, hələ eşələnsək ehhh eh.
mr13
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!


Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim domlanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzili-məvada tərəqqi,
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,
Bizdə edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

 


Allah sənə Rəhmət etsin Mirzə.

girl_moon
«Bəyin oğurlanması» filmi yadıma düşdü. Ramiz Əzizbəyli bu mahnını orda özünəməxsus ifa edir. Heç olmasa bundan sonra bəlkə filmdə Yaşar Nurinin dediyi kimi bu mahnıya qulaq asmaqdan əlavə, həm də diri oynamaq lazımdı((
papatürk
Emosiya lazımdır,emosiya.
sabit_b
«Если бы здесь не было бы порядочной женщины я знал бы что сказат» («Lətifə» filmi) adam söyə də bilmir saytda yaxşı ki heç biriviz eşitmirsiz kompun qabaqında oturub soyurəm.