Müslüm Maqomayev (böyük)

Müslüm Məhəmməd oğlu Maqomayev 1885- ci ildə Qroznı şəhərində anadan olmuşdur.
Ailədə musiqiyə olan maraq Maqomayevin bir bəstəkar kimi formalaşmasında böyük rol oynamışdır.
Onun musiqi istedadı hələ kiçik yaşlarından özünü büruzə vermişdir. İlk təhsilini Qroznıda almış Maqomayev 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Elə burdan da onun Ü. Hacıbəyov ilə dostluğu başlayır. Seminariyada təhsil aldığı müddətdə. M. Maqomayev skripka və qaboyda əla çalırdı. Seminariyada çox zaman tələbələrin iştirakı ilə sinfonik və nəfəsli orkestrin konsertləri keçirilirdi. Sinfonik orkestrin nəfəsli orkestrin konsertləri keçirilirdi. Sinfonik orkestrin baş ifaçısı olan M.Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edərdi. Tələbəlik illərində o, Qafqazyanı xalq yaradıcılığı ilə maraqlanır, Azərbaycan xalq musiqisini öyrənərək xalq mahnılarını nota salıb xor üçün tərtib etmişdir.
1904- cü ildə M. Maqomayev seminariyanı bitirdikdən sonra təyinatı üzrə Şimali Qafqaza işə göndərilir. 1905- ci ildən etibarən o, Lənkəranda müəllimlik etməklə məşğul olur. Lənkəranda müəllimlik etməklə yanaşı nəfəsli alətlər orkestri, xor, eləcə də balalayka çalanlar ansamblı təşkil edir.
1911- ci ildə M.Maqomayev Bakıya gələrək Azərbaycan opera truppasında fəaliyyət göstərir. Ü. Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, eləcə də, “O, olmasın, bu olsun”, “Arşın mal alan”, musiqili komediyalarına dirijorluq edir. M.Maqomayevin Azərbaycan milli teatrının inkişafı, eləcə də, müəllimlik sahəsindəki fəaliyyəti onu Ü. Hacıbəyovla dahada yaxınlaşdırır. M.Maqomayeva teatrın rəhbəri və baş dirijoru olmaqla yanaşı həmçinin bəstəkarlıq sahəsində də fəaliyyət göstərirdi. O, 1916- cı ildə özünün ilk səhnə əsəri olan “Şah İsmayıl” operasını yazır. Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə edilmişdir.
“Şah İsmayıl” operasının ilk tamaşası 1919- cu ildə (7/III) olmuşdur.Opera üzərində bəstəkar çox işləmişdir. Hər dəfə improvizasiya üsulundan uzaqlaşaraq xorlar, ariyalar, rəqslər əlavə edilir ki, bu da onun bir daha klassik opera formasına uyğunlaşmasına imkan yaradır. 1916- cı ildə tamamlanan operanı bəstəkar bir neçə dəfə redaktə etmişdir.
M. Maqomayev milli muğamları, eləcə də onların məqam xüsusiyyətlərini dərindən bilirdi. O, Azərbaycan xalq çalğı alətlərinin not sistemində ifasını, eləcə də milli musiqi elementlərinin simfonik orkestrin alətləri tərəfindən ifa edilə biləcəyini öz yaradıcılığında isbat edə bilmişdir.
1927- ci ildə M. Maqomayev Ü. Hacıbəyov və Z. Hacıbəyov ilə birlikdə bir sıra Azərbaycan xalq mahnılarını nota salaraq işləmişdir.
1920- 1930- cu illərdə o, bir sıra kinofilimlərə və dram tamaşalarına musiqi yazmışdır. “Azərbaycan incəsənəti ”, “Bizim raport” kinofilimlərinə, S.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “1905-ci ildə” dram tamaşalarına və s. Bəstəkar, həmçinin, sinfonik orkestr üçün “Azərbaycan çöllərində”, “Ceyran”, “Turacı”, “Şüşdər dəramədi”, “Çeçen rəqsi”, və s. yazmışdır. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirirdi. “Bahar”, “Tarla”, “Bizim kənd” mahnıları milli koloriti ilə diqqəti cəlb edir.
M. Maqomayev çoxlu miqdarda Azərbaycan xalq mahnı və rəqslərini toplayıb nota salmışdır. O, daima Azərbaycan musiqi incəsənətini zənginləşdirməyə çalışmışdır. Bəstəkarın “Dəli muxtar” baleti, “Xoruz bəy” musiqili komediyası əl yazısı halına saxlanılmaqdadır.
M. Maqomayev yaradıcılığının ən yüksək zirvəsini onun “Nərgiz” operası təşkil edir. Opera üzərində bəstəkar 1832- 1935- ci illər ərzində işləmişdir. “Nərgiz” operası azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutur. M. Maqomayev hesab edirdi ki, imporovizasiya üsulundan uzaqlaşmaq operanın melodik qurluşunda milli musiqi nümunələri ilə əlaqə saxlamaq, operada çoxsəsli xora üstünlük vermək lazımdır. O, ifaçı tərəfindən edilən imporovizasiya üsulunun əlehinə idi. M. Maqomayev hesab edirdi ki, operanın mütləq not yazısı olmalıdır və ifaçılar ciddi surətdə həmin not yazısını ifa etməlidirlər. Operanın musiqisi Azərbaycan xalq melodiyalarına əsaslana bilər, lakin mövzu müasr olmalıdır. “Nərgiz” operasının tamamlanması ilə əlaqədar olaraq bəstəkar Azərbaycan respubilkasının əməkdar incəsənət xadimi fəxri adına laiq görülmüşdür.
M. Maqomayev öz yaradıcılığında azərbaycan xalq musiqisindən bacarıqla istifadə edərək milli musiqi incəsənətini zənginləşdirmiş və geniş kütlə dinləyicilərinin rəğbətini qazanmışdır.
M. Maqomayev xalq maarif komissarlığında respubilka incəsənət şöbəsinin müdiri, Azərbaycan Dram Teatrının müdiri, bir qədər sonra Azərbaycan opera və balet teatrının müdiri, Azərbaycan radio Komitəsində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.
M. Maqomayev “Nərgiz” operasının redaktəsi üzərində işləməyə başlayır. Lakin sona çardıra bilmir. O, 1937-ci ildə vəfat etmişdir.
M. Maqomayev Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yer tutur. O, bəstəkar, müəllim, dirijor olmaqla yanaşı həmçinin milli mədəniyyətimizin tarixində mühüm rol oynamışdır.
 

0 şərh