Təzyiq xəstələri bunu içsə, infarkt ola bilər

Hipertoniyalı insanlarda qəhvənin təsirindən qarın aortasının kalsifikasiyası səbəbindən infakt keçirtmək ehtimalı yüksəkdir.
Jiao Tong Universitetinin alimləri belə nəticəyə gəliblər ki, mövcud hipertoniya ilə qəhvə içmək insult və infarkt kimi damar qəzaları riskini artırır.
Çin tədqiqatçıları aşkar ediblər ki, qəhvə içən hipertoniyalı insanlarda kalsium duzlarının intensiv şəkildə yığıldığı qarın aortasının kalsifikasiyası riski artır.
Kalsifikasiya aortanı elastiklikdən məhrum edir, daha kövrək və zədələnməyə meylli olur. Onun həssaslığı insult və infarkt meylinə təsir göstərir.


Araşdırmalar zamanı alimlər 2500-dən çox insanı müayinə ediblər. Mütəxəssislər, çoxlu qəhvə içən insanlarda hipertoniya ilə yanaşı, qarın aortasının kalsifikasiyaya meylli olduğunu bildiriblər.
Şiddətli kalsifikasiya riski hipertansiyonun mövcudluğunda yüzdə 70-ə qədər artım qeydə alınmışdır.
Tədqiqatçılar həmçinin qəhvənin qan təzyiqinin kəskin sıçrayışına səbəb ola biləcəyini, endotel funksiyasını zəiflədə biləcəyini, yuxu pozğunluğuna səbəb ola biləcəyini də irəli sürdülər.
 

0 şərh