Bermud üçbucağı artıq müəmma deyildir

Diri və ölü su haqqında əfsanələr, deyəsən, öz elmi təsdiqini tarmışdır. Hələ 1959-cu ildə alimlər tərəfindən su strukturu, necə deyərlər, klatratlar modeli təklif edilmişdir.
Klatratlar- bu, formasına görə futbol topunu xatırladan çoxüzvlü su molekullarının birləşməsidir. Onun daxili boşluğu öz ölçüsünə görə həm su molekulları, həm də bəzi qazaoxşar maddələr, o cümlədən metan molekulları ilə eynidir.
Çoxüzlülükdə birləşmədən başqa, su molekulu ya klatratların daxili boşluğuna daxil ola bilə, ya da onlar arasında boşluqda yerləşə bilən tək molekullar da yerləşirlər. Hansı miqdarda tək molekulların bu və ya digər vəziyyətdə olması suyun xüsusiyyəti, onun sürüşkənliyi, çəkisi və digər maddələri həlletmə qabiliyyəti, eləcə də canlı orqanizmlərin tərkibinə daxil olan molekulların qarşılıqlı əlaqəsindən asılıdır. Bunun sayəsində, məsələn, ölü su diri orqanizmlər üçün faydalı xüsusiyyətlərə malik olur.
Bu yaxınlarda rusiyalı alimlər suyun sərbəst molekulların əlaqəsiz vəziyyətdə klatratlar boşluğuna və əksinə keçməsi üçün lazım olan energetik xarakteriskanın hesabatını aparmışlar. Bu hesabatların köməklyi ilə onlar göstərmişlər ki, suyun strukturunu, yəni klatratlar boşluğundakı və ondan kənarlardakı sərbəst su molekullarını təzyiq,temperatur, maqnit sahəsinin köməyi ilə idarə etmək olar. Özü də bu yolla yüklənmiş su öz strukturunu uzun müddət saxlayır və tibbi məqsədlər üçün ondan həm sərbəst, həm də dərman maddələrinin molekulları üçün "qab" şəklində istifadə etmək olar. Dərman maddələrini xəstənin daxili üzvlərinə çatdıra bilən bu cür "qab" rolunu klatratlar oynayır.
Təbii şəraitdə su klatratlarındakı boşluq kristallohidratlar yaradaraq təbii qazların molekulları doldura bilir. Əbədi buzlaqlarda, dəniz və okeanların dibində rast gəlinən daha çox yayılmış kristallohidrat metan kristallohidratıdır. O sulu qara oxşar kütləyə bənzəyir. Bu cür kristallohidratlardan prinsipcə neft və qaza alternativ olan yanacaq kimi də istifadə edilə bilər. Lakin bunlar birlikdə Yerdə həyat üçün çox böyük təhlükə yaradır.
Hələ 1988-ci ildə britaniyalı geoloq Ben Klennel gəmilərin və təyyarələrin Bermud üçbucağında izsiz olaraq itməsinin səbəbi kimi bu metan kristallohidrotlarının olması versiyasını irəli sürmüşdü. Yerin altındakı süxurlarda istilik və digər təsirlər altında çıxan metan kristallohidratlardan ayrılır və dərinlikdəki qalıqlar altında nəhəng qovuqlar əmələ gətirir. Bu qovuqlar azacıq gücün təsir vasitəsi - hətta, məsələn, narahat olmuş balinanın təsiri altında dənizin səthinə çıxır. Bu cür qovuqlar sadəcə olaraq gəmiləri çevirir, sonra isə əmələ gəlmiş su burulğanına çəkir. Dəniz səthinə çıxmış qaz hava ilə təmasda partlaya bilir ki, bunun nəticəsində də təyarrələr məhv olur. Avstraliyalı alimlər Cozef Monaqan və Devid Mey hovuzdakı gəmi modelləri, həmçinin kompyuter modernləşdirilməsi ilə bir sıra təcrübələr aparmış və göstərmişlər ki, bu cür mexanizmin təsir ehtimalı hətta Ben Klenneren güman etdiyindən də yüksəkdir.
Metanın kristallohidratlardan bu cür ayrılması və onun yanması gələcəkdə də bu cür faktların olacağını istisna etmir. Bununla əlaqədar əsas təhlükə texnoqen tullantılarla karbon qazının atmosferə atılmasını stimullaşdıra bilən istiləşmə ilə bağlıdır. İnsanların texnoloji fəaliyyəti nəticəsində təbii balansın pozulması okean kristallohidratlarında metanın ayrılma mexanizmini oyada və fəaliyyətə gətirə bilər. Bu isə sonda böyük fəlakətlərə gətirib çıxardar.

 

0 şərh