Uğur qazanan insanlar niyə hər gün eyni paltarları geyinir?



Steve Jobs, Mark Zuckerberg kimi dünyanın ən müvəffəqiyyətli insanlarının niyə həmişə eyni paltarları geyindiyini düşünmüsünüzmü?


Yaşadığımız əsrdə cəmiyyətlərin modaya həvəsinə baxmayaraq “kapsula qarderob” adlı yeni axın günümüzdə sürətlə yayılmağa başlamışdır. Kapsula qarderobun əsas prinsipi hər zaman 10-15 ədəd eyni paltarı geyinməkdən ibarətdir. Bu axının əsl maraqlı tərəfi isə bu fikri mənimsiyənlərin daha çox dünyanın ən yaxşı siyasətçiləri və təşəbbüskarlarının olmasıdır.


ABŞ prezidenti Barak Obama yalnız mavi və boz kostyum geyinir

1. Daha əhəmiyyətli mövzularda daha yaxşı qərarlar vermək.
Uzun düşüncələrdən sonra “qərar vermək” nöqtəsi insanlar tərəfindən hər zaman uğurlu alınmır. Xüsusilə gün ərzində daha əhəmiyyətli qərarlar vermək məcburiyyətində olan insanların “bu gün nə geyəcəyəm?” sualını həyatlarından çıxardıqları zaman həm daha yaradıcı, həm də zəkaları üçün ayıracaq daha çox yer və zamana sahib olduqları müşahidə edilmişdir.

Barak Obamanın bu mövzuda söylədikləri də bu fikri təsdiqləyir; “Gördüyünüz kimi, geyindiyim kostyumlar yalnız boz və mavi rəngdədir. Qərar verməli olduğum şeylərin sayını azaltmağa çalışıram. Nə yeməyim və nə geyəcəyim mövzusunda düşünüb qərarlar vermək istəmirəm, çünki bunlar xaricində daha əhəmiyyətli qərarlar vermək məcburiyyətindəyəm.”

Mark Zuckerberg də bənzər səbəbi göstərərək;  “Səhərlər verilməyən bir mənasız qərar belə həqiqətən əhəmiyyətli şeylər üzərində veriləcək daha yaxşı qərarlara yol açır” deyir.


Bir müddət əvvəl Mark Zuskerberg qarderobun şəklini Facebook hesabında paylaşmışdır.

2. Boş yerə sərf edilən zamana qənaət etmək.
Qənaət etməyə başlayana qədər bu tip mövzuların bizim üçün nə qədər böyük bir yük olduğunu əslində çox anlaya bilmirik. Tətbiqinə başladığımız zaman isə bir anda sanki yeni bir həyata başlamış, ya da daha çox boş vaxtımızın olduğunu hiss etməyə başlayırıq. Başqa sözlə, qarderobumuzda «pəhrizə salsaq», səhərlər hazırlanmağın rahatlığını və bu rahatlığın da səmərəliyini görə bilərik.

3. Gündəlik stressi azaltmaq.
New Yorkda yaşayan Matilda Kahl eyni paltarları geyinməyin ən böyük səbəbini qazandığı zaman olaraq göstərir və əlavə edir; “Səhər nə geyinəcəyimə qərar vermək məcburiyyətində olmadığım üçün, günün davamında stressi daha az hiss edirəm. Bu sayədə ‘Bu çox rəsmidirmi? Gedəcəyim yer üçün bu paltar ekstravaqant deyil ki? Geyimlərim çoxmu qısadır?’ kimi sualları özümə vermək ehtiyacı duymuram. Günün sonunda isə narahatlığın fərqinə varacaq dərəcədə azaldığı hiss etdiyini deyir. Matilda Kahl’ın ən çox üstünlük verdiyi iki paltarı var; ipək ağ köynək və qara şalvar.


Christopher Nolan

4. Boşa sərf edilən enerjini aradan qaldırmaq.
21-ci əsrin ən müvəffəqiyyətli filmlərinə imza atan İngilis rejissor Christopher Nolan da bu axına qoşulanlardandır. New York Timesin verdiyi məlumata görə Nolan, uzun zaman əvvəl hər gün nə geyəcəyini düşünmənin boş yerə sərf edilən enerjidən ibarət olduğunu düşünməyə başlamışdı. Buna görə də onun imzası kimi adlandıra biləcəyimiz bir neçə paltar seçmişdir. Seçdikləri arasında ən çox geyindiyi isə dar qara şalvar üzərinə mavi köynək və pencək, altına da hər gün geyinə biləcəyi rahat bir cüt ayaqqabıdır.

Nolan üçün boşa sərf edilən enerji yalnız nə geyinəcəyinə qərar vermək deyil. Çox paltar olan şkafların səliqəyə salınması da Nolan üçün zaman israfıdır.


5. Edilən bütün seçimlər ‘möhtəşəm’ olacaqdır.
Dallasda yaşayan Dena Barahona da dağınıq və dolu qarderobunu minimum və daha lazımlı istifadəyə gətirənlərdəndir.Bu dəyişikliklərdən əvvəl qarderobunu bir cheesecake fabrikinin menyusuna bənzədən Barahona dəyişikliklərdən sonra isə bir çox baxımdan sakitləşdiyini, boşaltdığı qarderobundakı çox paltarın artıq ona yaraşmadığının fərqinə vardığını söyləyir.
İndi isə kapsula qarderobu ona elit bir restoranı xatırladır və əlavə edir; “Daha az seçimim var, lakin bilirəm ki, bundan sonra edəcəyim hər seçim üzərimdə möhtəşəm görünəcəkdir. Artıq mənim üçün əsas olan daha gözəl görünmək deyil, daha yaxşı hiss etməkdir.”



6. Tamahkar olmadan modaya riayət etmək.

New Yorkda yaşayan yazar Alice Gregory də keçən il bu axına qoşulanlardandır. Bu dəyişikliyin əslində çox ikonik olduğunu vurğulayır. Möhtəşəm görünməyin ucuz və ən asan yolunun bu olduğunu ifadə edən Gregory sözlərinə belə davam edir; “Uniforma kimi seçəbildiyimiz bir neçə paltar xüsusilə acgöz olmamıza maneə törədir.
Bundan əlavə insanı daha yetkin hiss etdirir. “Hər gün eyni paltarı geyinməyi romanlardakı qəhrəmanlara bənzətdiyinə diqqət çəkən Alice “Şəkilli kitablarda fərqinə varmırıq, amma heç bir qəhrəman hekayə bitənə qədər paltarlarını dəyişdirmir. Özünüzü bir uniformaya öyrətməyin dəbdən düşmüş bir şey olmadığını başa düşmək lazımdır.”

7. Gərəksiz xərclərdən xilas olmaq.

Orta hesabla bir Amerikan ailənin illik qarderob xərci 1700 dollardır. Yüksəkj görünməsə də əslində, ehtiyacımız olmayan çox şeyi aldığımız üçün etdiyimiz belə xərclər lazımsızdır. 1930-cu ildə bir Amerikan qadının qarderobunda olan paltar sayı ortalama 9 idi. İndi isə hər ay üçün orta hesabla 30 paltardan bəhs edilir. Kapsula qarderobla yaşamağın ən böyük faydası isə insanları gərəksiz xərclərdən xilas etməkdir.

8. Daha yaxşı geyinmək deyil, daha yaxşı hiss etmək.

Məşhur aktrisa Drew Barrymore ötən ay «Refinery29» saytında paltarlara olan münasibətini və həyata yeni baxışından bəhs edən bir məqalə paylaşdı. Məqaləsində: “Təxminən 40 yaşındayam və 20 yaşındakı paltarlar artıq mənim üçün heç bir məna ifadə etmir. İki uşaq dünyaya gətirdikdən sonra isə 30 yaşımda geydiyim paltarlarım artıq bədənimə uyğun gəlmir. ” deyərək özünü qiyafət barəsində bir dönüş nöqtəsində hiss etdiyini düşünür. İndi isə qarderobunu rəsmi olaraq bir “pəhrizə” salan Barrymore paltar alış-verişində əvvəlkindən daha çox düşünür. Bu “pəhrizdən” aylar sonra qarderobunun özünü daha xoşbəxt hiss etdiyini və hazırlanmanın artıq bir savaş olmadığını, moda anlayışının artıq daha sakit və huzurlu olduğunu söyləyir.



Tanınmış şoumen Cem Yılmaz da, Türkiyədə «kapsula qarderob» axınını illərdir təqib edir. Məşhur şoumenin, qara köynək və şalvar dəsti artıq onun «simvol»una çevrilmişdir.

Satın aldığımız malların içində boğulan bir cəmiyyətə çevrilməyimizə baxmayaraq insanlar artıq azadlıq və daha yaxşı həyat üçün yaşayırlar və bunun üçün yeni həll yolları axtarmağa çalışırlar. Kapsula qarderobu axınının da bu sayədə inkişaf edəcəyi məlumdur.

Tərcümə: Vildan Uyğunoğlu
 

0 şərh