Ön Asiya

Ön Asiya Avstroasiya materikinin cənub-qərb hissəsində 6,2 milyon kV. km-dən çox olan geniş bir ərazini əhatə edir. Bu bütün asiyanın 15%-i deməkdir. Ön Asiya əhalisinin ümumi sayı 200 milyona yaxındır. Bu bölgənin demoqrafik məlumatlarını adətən təxmini verirlər. Bu ondan irəli gəlir ki, bir çox ölkələrdə əhalinin siyahıyı alınması ya aparılmamış, ya da qismən aparılmışdır. Əsasən Əfqanistan, İran,  Yəməndə. Ön asiya ölkələrinin çox böyük iqtisadi və srateji əhəmiyyətini şhərtləndirən ən böyük amillərdən bir burada çox zəngin neft yataqlarının olmasıdır. Coğrafi cəhətdən Ön Asiya kiçik Asiyanı, mesopatamiyanı, Levantı, Ərəbistan yarımadasını və iran yaylasını özündə birləşdirir. Dəclə və Fərat sayları bu bölgənin ən böyük çaylarıdır. Müasir inzibati ərazi bölgüsünə görə cənub-qərbi Asiyada aşağıdakı dövlətlər yerləşir: Türkiyə Respublikası, iran İslam Respublikası, Əfqanistan, İrak Respublikası, Suriya Ərəb respublikası, Səudiyyə Ərəbistanı, Yəmən, İsrail, Livan, İordaniya, Oman Sultanlığı, BƏƏ,Bəhreyn, Küveyt və Kipr Respublikası
Ön Asiyanın etnik tərkibi haqqında məlumat e.ə. IY-III minilliyə aid edilir. Bu dövrdə Cənubi Mesapatamiyada yaşayan türk dilli şumerlər dövlət yaratmış və yazı mədəniyyətinə malik olmuşlar. Şumerlərin dillərini tədqiqatçılar xəzər qrupuna aid edirlər. Gəlmə xalqların dilləri Hind-Avropa dil ailəsinə aiddir. Bu ərazidə semit dil ailəsinə mənsub akkad etnik birlikləri də məskunlaşmışlar. Son antropoloji tədqiqatlar sübut edir ki, e.ə. IY-III minilliklərdə Ön Asiyanın qərb hissəsində 2 avrapoid antropoloji tipii biri şumerlər arasında, digəri isə semit dilli əhali arasında formalaşmışdır.
YII-YIII əsrlərdə ərəb işğallarının böyük təsiri olmuşdur. Ərəblər Ön Asiyanın böyük bir ərazisini öz təsirləri altına saldıqlarından yerli əhali ilə ərəblər qaynayıb qarışmışlar. Və bununla müasir ərəb xalqlarının formalaşması prosesi gedirdi. Burada yeni etnik birliklərin yaranması ilə bərabər geniş miqyasda islam din idə yayılmışdır.
Ön Asiyada çoxluq təşkil edən fars dilli xalqlar 40%, ərəb dilli xalqlar 30%, türk dilli xalqlar 25%-dir. Ön Asiya əhalisinin 5%-ni təşkil edən, başqa dil ailəsi və qruplarına daxil olan xalqlardan Kiprdə yunanları, ayra-ayrı ölkələrdə, başlıca olaraq şəhərlərdə məskunlaşmış erməniləri, gürcüləri, lazları və s.-ləri  misal göstərmək olar.
Cənub-qərbi Asiya əhalisinin böyük əksəriyyəti islam dininə xidmət edir. İslam dini bir çox ölkələrin dövlət dini olmaqla, sosial-iqtisadi, siyasi və mədəni həyatda dərin iz qoymuşdur. Müsəlmanların böyük çoxluğunu sünnülər təşkil edir. Lakin iaranda əhalinin 90%-i, Yəməndə 55%-i şiəlik təriqatına inanırlar. Səudiyyə Ərəbistanındakı Məkkə və Mədinə şəhərləri, İrakda kərbəla və Nəcəf şəhərləri, Suriyada Dəməşq, İranda Məşhəd şəhərləri müsəlmanların ənənəvi dini ziyarətgah yerləridir. Ön Asiyada xristianlar nisbətən azlıq təşkil edirlər. Kipr əhalisinin 80%, livanlıların 40% xristiandır. Dövlət dini səviyyəsinə yüksələn iudaizm dini yalnız İsraildə yayılmışdır.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Oxşar məqalələr

 

0 şərh