Üçüzlü bucaq. Çoxüzlü bucaq

Ortaq S təpəsi olan və bir müstəvi üzərində olmayan (a1|a2), (a2.a3), və (a3.a1), bucaqlarının əmələ gətirdiyi fiqura üçüzlü bucaq deyilir.
S – üçüzlü bucağın təpəsi, a1,a2, a3 sualları tilləri (a1a2), (a2a3), (a3a1) müstəvi bucaqları və ya üzləri adlanır. Müstəvi bucaqların qiyməti (00, 1800) olur.
Teorem Üçüzlü bucaqın əsas xassələri
Üçüzlü bucağın hər bir müstəvi bucağı onunqalan iki müstəvi bucağın cəmindən kiçikdir
Teorem Üçüzlü müstəvi bucaqlarının cəmi 3600-dən kiçikdir.
Çoxüzlü Bucaq
Ortaq S təpəsi olan və bir müstəvi üzərində olmayan (a1.a2), (a2.a3), (a3.a4), (a4.a5), (a5.a6), ... (ana1) müstəvi bucaqların əmələ gətirdiyi fiqura çoxüzlü bucaq deyilir.
S-ə çoxüzlü bucağın təpəsi a1, a2, a3,.......an şüalarına onun tilləri, (a1.a2), (a2.a3), (a3.a4)..... (an.a1) bucaqlarına onun müstəvi bucaqları və ya üzləri, qonşu üzləri əmələ gətirdiyi iküzlü bucaqlara, onun tillərindəki ikiüzlü bucaqları deyilir.
Çoxüzlü bucağın qonşu olmayan müstəvi bucaqları kəsişmir. Çoxüzlü bucağın təpə nöqtəsi birinci olmaqla şuaların adı dairəvi düzülərək yazılır: S a1... an, və ya SA1,A2.......An
Hər bir çoxüzlü bucaq fəzanın ona aid olmayan nöqtələrini iki çoxluğa ayırır. Bu çoxluqlardan birinin ixtiyari nöqtəsindən keçən düz xətt verilmiş çox üzlü bucağı kəsir.
Hər bir üzününü müstəvisindən bir tərəfə qalan çoxüzlü bucağa qabarıq çoxüzlü bucaq deyilir. Çoxüzlü bucağın bütün tillərini kəsən müstəvi keçirik. Bu müstəvi ilə çoxüzlü bucağın kəsişməsindən alınan çoxbucaqlı qabarıq olduqda, çoxüzlü bucaq da qabarıq olur.
Çoxüzlü bucağın hər bir müstəvi bucağı qalan müstəvi bucaqlarının cəmindən kiçikdir.
Çoxüzlü bucağın bütün müstəvi bucaqlarının cəmi 3600-dən kiçikdir
 

0 şərh