özün öz psixoloqun olmağa çalış

  Sizin varlanmağınıza mane olan nədir?

 Pul...Pul...Pul...Kimidəsə vaqonladır, kimdəsə bir kor qəpik də yoxdur. Maraqlıdır görəsən varlı ilə kasıb bir aylıq beyinlərini dəyişsə nə baş verər? Yəqin ki, birinci tezliklə müflisləşər və var dövləti ikinciyə keçər. Beləliklə öz maddi durumu ilə razılaşmayanlara  psixoloq məsləhəti. Sizə pul qazanmağa mane olan dominant səhv düşüncənizi müəyyənləşdirin.Sonra isə maksimum gücünüzlə öz beyninizə daha ağıllı ideyalar yerləşdirin. Hansı fikri hansı fikirlə əvəzləməlisiniz bunlar hamısı burdadır. 

                                

         Səhv inaclar

            Real düşüncələr

 

Pul — Hər şey demək deyil.

Pul — həyatımın ən vacib hissəsidir, onlar mənə bütün arzularıma çatmağa kömək edir.

 

Niyə bədxərclik edim ki, belə də keçinərik.

Pulu mən asanlıqla əldə edirəm və həvəslə xərcləyirəm, onlar mənim həyatımı komfortlu edir (yaxud:mənə azadlıq və düşüncələrimi realizə etmək imkanı verir)

 

Pul çox böyük çətinliklə qazanılır.

Böyük pulları mən əziyyətsiz və asanlıqla əldə edirəm.

 

İstər hesabla, istər hesablama onsuzda pul olmayacaq; kasıb doğulmusan, kasıb da öləcəksən.

Mənim həyata münasibətim maddi vəziyyətimlə müəyyənləşir. Mən istədiyim hər şeyə nail oluram. Pullar məni sevir və mənə lazım olduğu miqdarda gəlir.

 

Ehtiyac içində yaşamaq lazımdır.

Necə yaşamağımı özüm müəyyənləşdirirəm. Mən imkanlı və müstəqil insanam. Dəbdəbəli həyat yaşamağa layiqəm.

 

Halal yolla pul qazanmaq mümkün deyil.

Bu dünyada çoxlu pul var,  onu halal yolla qazanmağa qabiliyyətim çatar.

 

Pulu qara gün üçün saxlamaq lazımdır.

Nə qədər çox pul xərcləyirəmsə, o qədər də çox qazanıram.

 

Ətrafda bu qədər kasıb insan olduğu halda, varlı olmaq ayıbdır.

Allah hər kəsin ürəyinə görə verir, öz həyat şəraitimi özüm müəyyənləşdirirəm.

 

Mən kasıbam, amma mərdəm.

Mən pula dəyər verirəm, özüm isə lazım olduğu miqdarda qazanmağı dəyərləndirirəm. Öz əməyimin qiymətini bilirəm və varlı olduğumla fəxr edirəm.

 

Qismətim beləymiş.

Dünyada pul çoxdur,hər kəsə layiq olduğu qədər verilir.

 

Pul insanı korlayır.

Pul mənə müstəqillik və öz düşüncələrimi realizə etmək imkanı verir.

 

Mən öz zəhmətimlə dolanıram.

Pul — həyatımızın ən vacib hissəsidir və mən bütün gücümlə onun əldə olunmasına çalışıram.

 

 


 

Müəllif:   Psixologiya üzrə fəlsəfə doktoru         

             Ruhəngiz Mehmanqızı

Oxşar məqalələr

 

0 şərh