Pristavkalar

Pristavkalar (önlüklər, sözönləri) sözün tərkib hissəsi olub rus dilinə məxsusdur. Sözönləri xüsusən fellərdə çox işlənir. Önlüklər kökdən əvvəl gələrək sözdüzəldici və sözdəyişdirici funksiya daşıyır. Onların vasitəsi ilə düzələn sözlər yeni məna çalarlı olurlar. Bəs rus dilində neçə pristavka vardır?

Rus dilinə aşağıdakı pristavkalar məlumdur (mötərizələrdə bu və ya digər pristavkanın variantları, yəni forma müxtəlifliyi göstərilmişdir): без-; в- (во); вз- (взо-, воз-); вы, до, -за, -из-(изо); меж-(между-); на, -над,-наи-низ;-об-•(обо, -о-); от- (ото); па,-пере,-пре, -пред (предо-); по-под-(подо-); пра, -при, -про; роз-(раз, -разо); с-(со-су-); у-через-(чрез-).

Pristavkaların əksəriyyətinin əsas mənası hərəkətin istiqamətini bildirmək, habelə müxtəlif məkan münasibətləri ifadə etməkdir. Məsələn, без önlüyünün əsas mənası sözün kökündə adı çkilmiş hər hansı bir əşyanın, hərəkətin, hadisənin və s. inkarlığını, olmamasını, iştirak etməməsini bildirməkdir. Məsələn: безоблачное (небо); безударные (гласные звуки) və s.

Pristavkalar əsasən, yeni məna çalarlı sözlər əmələ gətirirlər. Demək olar ki, lap az hallarda yalnız qrammatik məna daşıyır və söz formalarının əmələ gəlməsi məqsədi ilə işlədilir: писал-написал; делал-сделал və s.
Siz bu önlüklərin mənalarını öyrənin, onları sözlərdə, söz birləşmələrində və cümlə içərisində işlədin. Yazılı və şifahi nitqin düzgünlüyü bu və ya digər pristavkanın öz yerində işlədilməsindən də asılıdır. Bunu nəzərə almaq lazımdır.
Bəzi pristavkalar çox sözlərlə işlənə bilir və yeni söz yaratmağa asanlıqla kömək edir. Bunlara в, -на, -за və s. önlükləri misal ola bilər. Digər qrup pristavkalara isə nisbətən az sözlərdə təsadüf olunur. Onlardan demək olar ki, yeni sözlərin düzəlməsi üçün istifadə edilmir. Bu pristavkalar artıq sözün kökü ilə birləşmiş, onun tərkib hissəsi olmuş və müasir rus dilində sözün tərkib hissələrinə görə təhlilində də kökdən ayrılmırlar. Məsələn, паводок (sel, daşqın, güclü sel); пасынок (ögey oğul, oğulluq); прапрадед (ulu baba, dədə-baba, əcdad); прабабушка (böyük nənə); су-сумрак (alaqaranlıq, toran); суглинок (giltorpaq, gilli torpaq).
loading...

2 şərh

NAIRE
salam bilmek isterdim ki делал и сделал sozlerinin menalarinda hansi ferq var
 
samiredilov
Aleykum salam.Делал и сделал arasındakı ferq ondan ibaretdir ki, Делал feili (etmek feilin) bitmemiş terzindedir.Yeni «делал-edirdi» menasında işlenir.Сделал feili ise bitmiş terzde olan feildir.Yeni «сделал-etdi» menasında işlenir.