Sözün şəklini çəkənlər

Sənin bir günahın yox idi mənim balam. Anan səni belə doğmuşdu. Heç ananın da bir günahı yox idi. Sadəcə gələcəkdə həyatın bəzi çirkinliklərini söyməyəsən deyə zalım dünya səni lal yaratmışdı. Sən sevgilinə sevirəm demədin amma sevgini ona göstrədin. Ürəyinlə, gözlərinlə göstərdin. Barmaqların sənin dilindir barmaqlarınla dedin sevdiyini. Sən sevginin şəklini çəkdin barmaqlarınla mənim balam. Beş barmağın beşi də bir deyil, hər barmağın bir söz dedi, hər barmağında bir həyat yaşadın. Dilinə- barmaqlarına qurban olum. Barmaqlarını sox gözümə qoy kor olum. Sən lal olunca mən kor olaydım sənin bu gününü görməyəydim mənim balam…

Oxşar məqalələr

 

11 şərh

pascal
Hmm...maraqlıdır. Nədən haranıb bu yazı, bu hisslər..?
salehs
Həyatdan götürülmüş epizoddur. Şəxsən öz həyatımdan…
pascal
Həə… Soruşduğuma da peşman oldum. Bağışlayın.
salehs
Allah heç vaxt peşman etməsin. Peşman niyə olursuz ki? Siz sadəcə şərik olmaq istədiniz…
pascal
Eynən. Anlayışınıza görə təşəkkür edirəm. :)
salehs
Qeyd edim ki, keçən dəfə adını dəyişməyimi istədiyin şeirlə əlaqədardı. Düzdü sevgilisinə sevirəm demək ümumiyyətlə sevgi anlayacaq yaşda deyil. Bunlar fikir məhsuludur. O hələ uşaqdır. Təkcə danışmaq deyil danışmır və yerimir…
salehs
Allahdan ümid kəsilməz…
_BUMERANQ_
Allah köməyiniz olsun. Amin.
salehs
Çox sağ olun. Təşəkkürlər!
asel
Allah kömək olsun
salehs
Allah hamımıza kömək olsun…