Sağlam yaşlanmağın əsas qaydaları

saglam qocaSağlam və uzun ömürlü olmaq üçün gənc yaşlardan tədbir görmək lazımdır. Lazımi prosedurları gözləməklə balanslı qidalanmaq, idmanla məşğul olmaq, gündəlik rejimə əməl etməklə də sağlam yaşlanmaq olar. Siqaret çəkmək, piylənmə və ya artıq çəkiyə sahib olma, stress və digər zərərli vərdişlər insanın erkən yaşlanmasına səbəb olur. Bu baxımdan sağlam yaşlanmaq üçün aşağıdakı 10 məsləhəti oxuya bilərsiniz.

1. Sağlam həyat üçün ilk növbədə həyat tərzinin vacib elementlərindən hesab olunan tibbi müayinə (Check-up), müalicə və daimi nəzarət vacibdir. Beləcə xəstəlik əlamətləri vaxtında aşkar olunar və tez bir zamanda lazımi tədbirlər görülməklə aradan qaldırılar;

2. Normal çəkinizi qorumaq üçün yaşınıza uyğun fiziki fəaliyyətlə məşğul olmaq və doğru qidalanmaq lazımdır. Bu mövzuda doğru hərəkət etmək istəyənlər əvvəlcə bəzi nöqtələrə diqqət yetirməlidir:

  • Alınan qidaların məzmun və nisbətləri fizioloji baxımdan düzgün olmalıdır
 • Alınan enerji miqdarına diqqət edilməlidir
 • Zülal və karbonhidrat nisbətlərinə diqqət yetirilməlidir
 • Yağ qəbulunda məhdudiyyətlərə əhəmiyyət verilməlidir
 • Təzə meyvə və tərəvəzlərin qəbulu artırılmalıdır 
 • Enerji qaynağı üçün taxıl məhsulları istifadə edilməlidir
 • Çoxlu şəkər və şirniyyatların da qəbulu azaldılmalıdır
 • Su və maye qida qəbuluna diqqət edilməlidir
 • Qidalar uyğun saxlanılmalıdır
 • Nizamlı məşq edilməlidir

saglam həyat tərzi
3. Daha az şəkər, duz və yağ istifadə istifadə edərək meyvə-tərəvəzlərlə qidalana bilərsiniz.

4. Siqaret çəkməyin. Bir çox zərərli maddəni saxlayan siqaret, bədəndəki bütün orqan və sistemlərə mənfi təsir göstərir. Siqaret dəri və bədən yaşlanmasının ən əhəmiyyətli səbəblərindən biri heasb olunur.

5. Günəş şüalarının zərərli təsirlərinə və radiasiyaya çox məruz qalmayın və nəmləndirici kremlər çəkin.  

6. Yuxu nizamına və keyfiyyətinə diqqət yetirin.

7. Gündəlik həyatın stresindən uzaq dayanmağa çalışın, özünüzə vaxt ayırın.

8. Yaz ya da qış aylarında fürsət tapdığınız zamanlarda istirahətə gedə bilərsiniz. İstirahətin ruh və bədən sağlamlığına hədsiz əhəmiyyəti var.

9. Gənc və sağlam qalmaq istəyən kəslərin mütləq ailələrinə və sevdiklərinə zaman ayırması lazımdır.

10. Bolluca gülmək və həyata pozitiv baxmaq sağlamlığın əsas şərtidir. Elmi araşdırmalar gülüşün bədəndəki bir çox üzvlərə faydalı olduğunu sübut edib. Onu da qeyd etmək lazımdır ki, sağlam yaşlanmaq, həm də adamın genetik quruluşu ilə əlaqəlidir. Bu baxımdan gələcək nəsilləri düşünərək zərərli vərdişlərdən və işlərdən uzaq olun.
 

2 şərh

Diamonds
Çox faydalı məsləhətlərdir.Sağ olun.
Bahar_Huseynova
Birinci sekil cox gozeldir.Deyerli meslehetlerdir,amma teessuf ki,her zaman bu qaydalara riayyet ede bilmirik.