Orqanizminizin siqnal verdiyini göstərən 7 işarə

Bədən çox mükəmməl qurulmuş bir mexanizmdir. Səhhətimizdə problemlər yarandığı zaman bədən müəyyən siqnallar ötürməyə başlayır.

1. Yuxusuzluq, aqressiya və ayaq ağrıları
Bu əlamətlər o deməkdir ki, orqanizmin maqnezium və kaliuma ehtiyacı var. Həyatı faktorları yeniləmək üçün gündəlik rasionunuza pomidor, portağal, banan və ispanaq əlavə edin.

2. Quru dəri
Dərinin quruluğu E vitamini çatışmazlığını göstərir. Odur ki, daha çox tərəvəz, yağ, fındıq və balıq yeyin.

3. Şirniyyat istəyir
Birdən-birə şirniyyata ehtiyac duyursunuzsa, bu, stress keçirtdiyinizi, depressiyaya düşdüyünüzü və ya yorğun olduğunuzu bildirir.

4. Buz yemək istəyi
Buz yemək istəyiniz varsa, bu, dəmir çatışmazlığına işarə edir. Dəmirin ən yaxşı dəmir qaynaqları inək əti və yumurtadır.

5. Diş əti qanaması
Dişlərinizi fırçalayarkən diş ətləri qanayırsa, bu, C vitamini çatışmazlığını bildirir. Gündəlik menyunuza bunları əlavə edin: ispanaq, yaşıl və qırmızı bibər, pomidor, kələm və gül kələmi.

6. Kövrək dırnaqlar
Orqanizminiz sizə B vitamininin əskik olduğunu deyir. Daha çox süd içməlisiniz.

7. Göz ətrafı qaralığı
Bu cür halqalar 50 yaşdan yuxarı insanlarda görülə bilər və bu, normaldır. Ancaq daha gənc bir insanda ortaya çıxırsa, o zaman bu, yüksək xolesterin səviyyəsinə işarədir. Bu məsələdə həkimlə məsləhətləşin.

Aytən Məftun
 

0 şərh