Cövüzün faydaları

Yuxusuzluğa bir sıra fiziki və psixi amillər səbəb ola bilər, məsələn, bəzi dərmanlar, zərərli vərdişlər yuxu və s.
Yuxusuzluğun tibbi səbəbləri:
  • Artrit
  • Xroniki ağrı
  • Burun sinusları ilə bağlı problemlər
  • Allergiya
  • Mədə-bağırsaq problemləri, reflüks
  • Astma
  • Hipertireoz və endokrin problemlər
  • Bel ağrısı
  • Psixi və nevroloji problemlər
Cövüzün faydaları
Yuxusuzluq yaradan müəyyən dərman preparatları da mövcuddur: Hamiləliyin qarşısını alan həblər, ürək, hipertoniya, triod problemlərinə, astma, depressiyaya qarşı dərman vasitələri. Ayaqlarda narahatçılıq sindromu da yuxusuzluq yaradır, xəstənin ayaqları qeyri-ixtiyarı hərəkət edir və yuxunu pozur. Narahat ayaq sindromu dünya əhalisinin təxminən 10% -inə təsir edir.
Yuxu apnesi — yuxuda nəfəs kəsilməsi olaraq bilinir, uzun müddətli və ciddi sağlamlıq problemlərinə səbəb olur. O, tənəffüs yollarında (tam və ya qismən) problemlər doğurur və yuxunu pozur.
Əgər sizdə bu cür problemlər varsa, həkimlə məsləhətləşmək gərəkdir. Siz yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün gündəlik vərdişləriniz də dəyişməlisniz.
Televizor qarşısında vaxt keçirməyi və sair elektron cihazların istifadəsini məhdudlaşdırın. Yuxusuzluğun səbəblərini üzə çıxarmaq və onları aradan qaldırmaq üçün həkimlə danışın.
Xroniki yuxusuzluq hipertoniya və depressiyaya səbəb ola, habelə ümumi sağlamlığa zərər gətirə bilər.

Yuxusuzluğun daha çox yayılmış simptonlarının siyahısı aşağıdakılardır:
  • Yaddaş problemləri
  • Həyəcan
  • Gərginlik
  • Əhval-ruhiyyənin tez-tez dəyişməsi
  • Yorğunluq
  • Əsəbilik
  • Enerji çatışmazlığı

Yuxusuzluqdan əziyyət çəkən insanlar adətən yuxu dərmanları içirlər, amma bu həblərin kənar effektləri var:
  • İştahanın dəyişməsi
  • Baş ağrısı
  • Əl və ayaqlarda arabir sancma
  • Ağızda quruluq
  • Başgicəllənmə
  • Mədəm qıcqırması
  • Qəbizlik
  • Zəiflik
  • İshal
  • Tarazlıq problemi
  • Mədə ağrısı
  • Bədəndə titrəyiş
  • Gündüzlər halsızlıq
  • Diqqət və yaddaş problemləri
  • Yuxusuzluqla mübarizə məqsədilə muskat
Cövüzün faydaları
Həb əvəzinə təbii vasitələrdən istifadə etmək daha yaxşıdır. Araşdırmalar göstərib ki, muskat (cövüz) yuxusuzluq ilə mübarizə aparmağa kömək edir. Muskat həmçinin qan dövranını yaxşılaşdırır, ağrını yüngülləşdirir, dərinin vəziyyətini yaxşılaşdırır və immuniteti artırır. O, öz rahatlaşdırıcı və sakitləşdirici effekti də tanınır.
Ekspertlər məsləhət görür ki, cövüz bütöv halda istifadə edilsin. Onu toz halında almayın, çünki onda həmin effekti verməyəcək. Bir stəkan isti suyun içinə dördə bir çay qaşığı qədər cövüz ovub tökün. Yatmazdan 3-4 saat əvvəl için.
Cövüzü az miqdarda istifadə etmək lazımdır, çünki o zəhərli ola bilər. O, qarabasma yarada bilər, əgər siz hansısa qəribə kənar reaksiyalar hiss etsəniz, dərhal həkimə müraciət edin.
 
 
Mənbə: publika.az
 

0 şərh