Burun və boğazdakı artıq əti kəsdirməyin ziyanları

«Uşaqların boğazında olan „qlandalar”ın immun sisteminin qorunmasında xüsusi əhəmiyyəti var”.
Bunu həkim Vaqif Qarayev deyib.
Onun sözlərinə görə, ağız boşluğuna daxil olan infeksiya ilk növbədə boğazdakı ət badamcıqlarının toxumaları tərəfindən tutulur:
“Bundan sonra infeksiyaya qarşı mübarizə yaranır, orqanizm öz-özünü tənzimləməyə başlayır. Badamcıqları məhz bu səbəbdən kəsdirmək düzgün deyil. Uşaqlar böyüdükcə, boğazdakı badamcıqların həcmi kiçilir. Böyük insanlarda artıq orqanizm o badamcıqlar olmadan özü-özünü tənzimləyə bilir.
Burun və boğazdakı artıq əti kəsdirməyin ziyanları
Badamcıqların cərrahi üsulla götürülməsinə xüsusi tibbi göstərişlər olmalıdır. Məsələn, ildə üç dəfədən çox angina diaqnozu ilə xəstələnmə baş verirsə, həkim boğazdakı „artıq ət“in kəsilməsini məsləhət görə bilər. Həmçinin, revmatizm kimi hallarda, elektrokardioqramma müayinələrindən sonra cərrahi müdaxiləyə ehtiyac yaranır.
Təkrar anginalarda infeksiya orqanizmdə oturursa, ürəyi, oynaqları, böyrəyi zədələyə bilir. Müalicə həkimi uşağı bu diaqnozla müayinə etdikdə həmin nahiyələrdəki şikayətlərə də diqqət edir. Ürəkdəki problemlər vaxtında müalicə olunmasa, ciddi fəsadlar yaranır. Oynaqlardakı qüsurlar isə əlilliyə qədər gətirib çıxara bilir”.
Xüsusən də körpə və kiçik yaşlı uşaqlarda badamcıqlar orqanizmin müdafiəsində vacib funksiyaya sahib olduqları üçün vacib göstərişlər istisna olmaqla alınmaları uyğun olmaz. Son illərdə badamcıq əməliyyatları əvvəlki kimi tez-tez əməliyyat edilməməkdədir. Burun əti çox böyük və uşağın nəfəs almasına maneyə yaradırsa, ya da dərman müalicəsi ilə düzəlməyən orta qulaq problemlərinə yol açmış isə və bununla yanaşı badamcıqlarda da problem varsa, o zaman badamcıq ilə birgə alınmalıdır. Əgər badamcıqlar sağlamdırsa, təkcə burun ətinin əməliyyat ilə alınması kifayət edəcəkdir.
Bəzən valideynlər xəstə boğaz ətinin və böyük burun ətinin varlığında belə əməliyyatdan qaçırlar və düşünürlər ki, övladlarının immun sistemində problemlər olacaq və bu orqanlar övladı üçün vacibdir. Əziz valideynlər unutmayaq ki, xəstə boğaz əti və böyümüş burun əti övladınıza yalnızca zərər yetirər, həmin orqanlar qoruyucu funksyasını itirmişdir.
Vaqif Qarayev onu da əlavə edib ki, valideynlər pul və vaxt tapan anda əsassız şəkildə boğazdakı badamcıqları cərrahi əməliyyat etdirməməlidir:
»Badamcıqlar burun, udlağın bir növ qapısıdır. Tonzillektomiya – badamcıqların götürülməsi əməliyyatı ilə bir əsas olmadan boğazdakı həmin ətləri götürsək, orqanizmdə faringit adlı ciddi xəstəlik yaranır. Bu isə çox çətin müalicə olunan problemdir”.
 

Mənbə: Saglamolun.Az
 

0 şərh