Çox oturmağın ziyanı

Biz davamlı hərəkət edən, ovla məşğul olan əcdadlarımızın övladlarıyıq. Amma zaman keçdi və həyatımız asanlaşdı, biraz da tənbəlləşdi. Artıq həyatımızı rahat yaşamaq üçün bir çox şəraitə sahibik. Amma bu rahat həyatı davamlı oturaraq keçirmək nə dərəcədə düzgündür ? 
Günün əksər saatını oturaraq keçirmək hansı xəstəliklərə səbəb ola bilər ? 
Fiziki sağlamlığımızla yanaşı psixoloji sağlamlığımıza da problem yarada bilərmi ?
Bütün bunlara Kayzen.az ilə cavab tapacaqsənız.

Həddindən artıq yağlanma
30 dəqiqə oturduqda maddələr mübadiləsində 50% azalma başlayır. Bu, başlanğıc da 'yorğunluq hissi' və zamanla 'yağlanma' deməkdir. Yeriyən insan, mütəmadi olaraq oturan insandan 5-10 dəfə çox enerji yandırır. Bir sözlə, uzun müddət oturmaq sizi yorur, tənbəlləşdirir, kökəldir.

Ürəyi yorur
Uzun müddət oturduqda yaxşı xolesterin hesab edilən HDL azalır. Trigliserid, insulin və şəkərin səviyyəsi yüksəlir. Təkcə bu məlumat oturmaqda israr edənlərin ürək-damar xəstəlikləri riskinin niyə 50-80 faiz artdığını izah etməyə kifayətdir.

Xənçəngin yaranma ehtimalını artırır
Uzun illər oturmaqla həyatını keçirənlərdə xərçəngə (döş, prostat, yumurtalıq xərçəngi) tutulma riski daha yüksəkdir. Buna səbəb insulinin artmasından çoxalmış hüceyrə böyüməsi faktorları olaraq göstərilir.

Sümüklərin əriməsinə gətirib çıxarır
Sümük itkisi (osteoporoz) və əzələ itkisi (sarkopeniya) ömrünü oturaraq keçirməyi üstün tutanlarda daha çox rast gəlinir. Bunlar, qocalıqda hərəkətin daha çox məhdudlaşdırılması, oynaq ağrıları, yıxılma riski, sümük qırıqları deməkdir.

Laxtalanma təhlükəsi
Oturma müddəti bir saatdan çox olduqda, ayaq damarlarında laxtalanma prosesləri sürətlənir. Bu o deməkdir ki, 'emboliya' adlanan laxta parçaları oradan qoparaq ağciyərlərə çataraq həyati problemlər yarada bilər.

Daha sağlam həyat üçün gün ərzində ən azı 2-3 saat gəzintiyə, idmana vaxt ayırın. 
 

0 şərh