Yaxşı yuxu almağın sirləri

* Yatmazdan əvvəl kitab oxuyun, klassik musiqi dinləyin, duş qəbul edin.
* Yataq otağınızdan ancaq dincəlmək üçün istifadə edin. İşlərinizi, yaxud yeməyinizi otağa gətirməyin.
* Yatağınız rahat və kifayət qədər geniş, otaq isə qaranlıq və səssiz olmalıdır.
* Yuxu rejiminizi nizamlayın. Yatmaq üçün yuxunuzun gəlməsini gözləməyin.
* Yatacağınız ərəfədə kafeinli içkilərdən, siqaretdən uzaq olun.
* Yatmazdan əvvəl acsanız, çox az yeyin və bir stəkan süd için. Çünki gecə ağır xörəklər yedikdə narahat olacaqsınız və bu da yuxunuzun pozulmasına səbəb olacaq.
* Hər şeydən vacibi isə əgər yuxuya gedə bilmirsinizsə, yataqda çox çırpınmayın, televizora baxın. Yuxunuz gələnə qədər yatağa yaxınlaşmayın.
 
 

0 şərh