Рейтинг
+26.62

Seks (18+)

36 üzv, 73 topik

cinsi yetişkənlik dövrü haqqında ilkin bilgi

Cinsi yetkinlik uşağın yeniyetmə yaşına,keçid dövrünə(подростковый период, Переходный возраст) deyilir. Bu proses bir neçə il davam edir, əsasən 9-12 yaşlar arasında başlayır. Qızlarda adətən cinsi yetkinlik oğlanlara nisbətən tez başlayır. Hormonların təsiri nəticəsində ikincili cinsi əlamətlər əmələ gəlir ki, onlar da birincili cinsi əlamətlərlə birlikdə kişini qadından fərqləndirən səciyyəvi xüsusiyyətlərdəndir.

Cinsi xüsusiyyətlər:
Davamı →

Eşitmə qabiliyyətinin rolu

İnsan qulağı vasitəsilə çox informasiya alır. Müxtəlif səslər insana müxtəlif şəkildə təsir edir. Alçaqtezlikli səslər -zil fit və nərilti səsi insanda təşviş və qorxu hissi oyadır. Yüksək tezlikli səslər, məsələn zəng səsi də insan psixikasını pozur. Lakın tam bir səs­sizlik də insanın sinir sisteminə mənfi təsir göstərə bilər. Əgər insanı səsdən təcrid edilmiş kameraya salsaq, o öz orqanizminin səslərini -ürəyinin döyüntüsünü, damarlarda qanın necə axdığını, əzələlərin necə yığıldığını və s. dinlə­məyə başlayacaq.
Yaz meşəsinin səsləri, hətta səhrada külək əsimi in­sanın həyat tonusunu qaldırır. Yarpaqların pıçıltısı quşların zənguləsi, kolların xışıltısı insana ruhi dinclik gətirir, orqanizmin həyat gücünü bərpa edir.
Davamı →

İy duymanın rolu

Erotik ətirlər, ədviyyə qoxusu, gözəl iyli şamlar seksu­al oyanmanı gücləndirir. Özü də iy bilmə qabiliyyəti kişilərdə daha çox inkişaf etmişdir. Buna görə qadın ətirləri ilk növbədə kişilərin iy duyma qabiliyyətinə, məhz onları cəzb etməyə hesablanıb.
Məlum həqiqətdir ki, hər bir insanın öz fərdi qoxusu var. Alimlərin fikrincə, hər bir insanın qoxusu sintetik və təbii iylərin qatışığından ibarətdir və onun genlərindən, dərisinin növündən, saçlarının rəngindən, habelə tempera­ment və diyetadan asılıdır. İnsan qoxularını qohum qruplara ayırmaq olar. Seksual tərəf-müqabilin seçimində qrup fərqləri əsaslı rol oynayır. Spesifik qoxunu konkret genlər silsiləsi yaradır. Bern universitetinin mufellimi, zooloq Dekind xüsusi eksperiment sayəsində müəyyən etmişdir ki, qadınlar onların genlər silsiləsindən fərqli genlərə malik kişilərə daha çox meyl edirlər. Bu eksperimentlərin birində qadınlar və 44 kişi iştirak etmişdir. Kişilərin hərəsinə bir cüt təmiz futbol maykası verilmiş və onlara iki gecə bu maykada yatmaq tapşırılmışdır. İki gündən sonra maykaları çeşidləyərək deşikləri olan karton qutulara yığmış və qadınlara bunları iyləməyi təklif etmişlər. Eksperimentin nəticəsində məlum olmuşdur ki, qadınlar maksimum dərəcə­də onların öz iyinə oxşamayan iyləri sevirlər.


Ardı →