Ayrılığa aparan davranışlar

  • Sevgi
Son zamanlar sevgiliniz sizə qarşı soyuq davranır?
Siz isə ondan tezliklə evlənmək təklifi gözləyirsiniz!
Hansı addımları atmalısan?

Yaxşı olardı ki, seçimi xanım etsin: münasibətlərə birinci son qoyub, onunla ayrılsın, və ya dostunun sərt qərarını gözləsin.
Birinci variantda xanım özunu təhqir edilməkdən qoruyub, qürur hissi ilə "Əlvida" deyə bilər.
İkinci variantda — itaətli qadın kimi nə vaxt onu yola salacaqlarını gözləməlidir.

Psixoloqlar sizə xəbərdarlıq edir. Ayrılığa aparan davranışlar bunlardır:
Telefon zəngləri azalır
Hələ bir qədər əvvəl sevgilin sənə gündə bir-neçə dəfə zəng vururdu: səbəbli-səbəbsiz. İndi isə demək olar heç yada düşmürsən. Soruşanda səbəbini, eşidirsən: «Vaxtım yox idi», "Çox yorğunam" və s.

Laqeyd
Sənə qarşı ilk marağı sönüb. O, hiss edir ki, sən münasibətlərinizin davamı olaraq, ondan nəsə ciddi bir addım gözləyirsən. O, isə subaylıq həyatını hələ doyunca yaşamayıb. Ciddi münasibətə özünü hazır hiss etmir. Amma Səndən də ayrılmaq istəmir və hərdənbir zənglərilə onu hələ də gözlədiyini yoxlayır.

Məsafə
Onun üçün əlçatmaz ol! Qoy o, hiss etsin ki, sənin işin başından aşır. Güman etmək olar, ki bu hərəkətlərinlə sən onun diqqətini cəlb edə bilərsən.

Yanlış addım
Tez-tez ona zəng vurub «itməsinin» səbəbini inadkarlıqla soruşmaq. Hədə-qorxu gəlmək, ultimatumlar qoymaq, bütün bu kimi hərəkətlər, səni ondan daha da uzaqlaşdıracaq.

Gələcək barədə danışmır
Demək olar ki, sən onun gələcək planlarına aid deyilsən. Söhbətdə o, yalnız öz işləri, dostları haqda danışır. Sanki, sən onun həyatında yoxsan.

Səni iqnor edir
Onun həyatı, yaxın və uzaq gələcəyi artıq planlaşdırılıb. O, Sənə qarşı heç bir məsuliyyət daşımaq istəmir. Sevgilin sadəcə yeniliklərdən qorxur.

Uzaqlaşın
Çalışın hələlik həyatınızı onsuz yaşayasınız. O, hiss etməlidir ki, siz onsuzda çox gözəl, maraqlı gün keçirirsiz.

Onun qarşısında əyilməyin
Yalvarmaq, tələb etmək mənasızdı. Ən böyük səhv onda olar ki, siz toy haqqında söhbət açasınız. Bu mövzudan sonra o, birdəfəlik itəcək.

Dialoq
Səmimi söhbət etməyə cəhd elə. Ondan problemləri haqqında ətraflı soruş. Amma sorğu-sualında həddini bil. Əks halda sevgilin elə başa düşə bilər ki, sən onu kəməndə salmaq istəyirsən.

 

0 şərh