Рейтинг
+138.94

Sevgi

97 üzv, 244 topik

Sevgi və elm

  • Sevgi
Nyu-Yorkun Sirakuza Universitetinin alimləri müəyyən ediblər ki, insan saniyənin beşdən biri qədər vaxt ərzində eşqə düşür. Qəzetin yazdığına görə, məhəbbətin bu cür sürəti təxminən kokainin təsir sürətinə bərabərdir.
Məhəbbətin ilk dalğası beynin 12 müxtəlif nöqtəsini fəallaşdırır. Bu zaman qana oksitosin, dopamin, adrenalin və vazopressin maddələr daxil olur. Qəribədir ki, bu cür hormon və neyromediatorların kombinasiyası kokainin qəbulundakl kimi stimulyasiya olunur.
Tədqiqatın müəlliflərindən biri olan professor Stefani Ortiqo (Stephanie Ortigue) deyir: “Sevginin elmi əsası var. Lakin bizim ürəklə və ya beyinlə sevməyimizin cavabı hələ sirr olaraq qalır. Mən deyərdim ki, hər halda ən çox beyinlə sevirik, lakin ürəyin də öz yeri var”.
Yeri gəlmişkən, tədqiqatlar, həmçinin, sübut edib ki, məhəbbətin müxtəlif növləri beynin müxtəlif hissələrinə aiddir. Məsələn, ana və uşaq arasındakı sevgiyə “məsul” olan orta beyindir. Ehtiraslı məhəbbət isə beynin koqnitiv funksiyasının “məsul” olduğu sahə ilə bağlıdır.
Mənbə:İTV
Davamı →

Kompliment

  • Sevgi
Gözəl olduğunu bilmək hər bir qadın üçün önəmlidir. Eyni zamanda kişi üçün də ən güclü və ən etibarlı olduğunu bilmək çox vacibdir. Bunu anlamaq, buna inanmaq ilk növbədə bunun həqiqət olduğunu bilməklə mümkündür. Buna sübut isə ətrafdakıların komplimentləri olacaq. Fikirlərinə laqeyd qalmadığınız insanların xoş sözləri sizə narkotika kimi təsir edəcək. Komplimentlər balaca, amma qiymətli hədiyyə kimidir. İstənilən hədiyyə kimi onu da həm almaq, həm də vermək xoşdur.
Ardı →

Sevir ya sevməyir?

  • Sevgi
Bəzən kişilərin qəlbini oxumaq çox mürəkkəb bir iş olur.Tez-tez öz-özünüzə belə bir sual verirsiniz? «Gürəsən mən onun xoşuna gəlirəmmi?»

Onların sizi sevdiyinizi müəyyən etmənin 10 yolu var:

1.O sizin haqqınızda soruşur
Beləliklə,əgər siz xoşladığınız kişi ilə bir neçə dəfə söhbət etdikdən sonra,o sizin haqqınızda ümumi tanışlarınızdan məlumatlar öyrənməyə başlamışsa,onun marağının getdikcə artması sizdən xoşlanır deməkdir.
Ardı →

Toy ildönümü adları

  • Sevgi
Nigah bağlanan günü «yaşıl toy» adlandırırlar.

1-ci ildönüm — "çit toy"
2-ci ildönüm — «kağız toy»
3-cü ildönüm — «dəri toy»
5-ci ildönüm — «taxta toy»

6-cı ildönüm — "çuğun toy"
7-ci ildönüm — «mis toy»
8-ci ildönümü — «tənəkə toy»
10-cu ildönümü — «qızılgül toy»
12,5-ci ildönümü — «nikel toy»

15-ci ildönümü — "şüşə toy"
20-ci ildönümü — "çini toy"
25-ci ildönümü — «gümüş toy»
30-cu ildönümü — «mirvari toy»
35-ci ildönümü — «kətan toy»
37,5-ci ildönümü — «alüminüm toy»
40-cı ildönümü — «rubin toy»

45-ci ildönümü — «göy yaqut toy»
50-ci ildönümü — «qızıl toy»
55-ci ildönümü — «zümrüd toy»
60-cı ildönümü — «brilyant toy»

65-ci ildönümü — «dəmir toy»
67,6-ci ildönümü — «daş toy»
70-ci ildönümü — «platin toy»
75-ci ildönümü — "şah toy"
100-cü ildönümü — «qırmızı toy»
Davamı →