Süd dişləri

sud disləriKörpələr süd dişlərini çıxararkən orqanizmlərində bəzi dəyişikliklər baş verir. Qızdırma, ishal, iştahasızlıq, arıqlama və s. bu dəyişikliklərdən ancaq bir neçəsidir. Körpələr əsasən 6-cı aydan etibarən süd dişlərini çıxarmağa başlayır və 2 yaş yarım olduqda tamamlayırlar.
Bəzi körpələr isə 4 aylarından sonra, bəziləri isə 12-16 aylıqlarında diş çıxarırlar. Mütəxəssislər belə hallara çox nadir rast gəlsələr də, normal olduğunu bildirirlər. 

Süd dişləri düzgün danışmaq və qidalanmaq üçün əhəmiyyətli olduğu kimi, sonradan çıxacaq daimi dişlərin normal çıxması üçün də əhəmiyyətlidir. Körpələr dişçıxarma dövründə həssas olduqları üçün xəstəliklərə tutulma ehtimalları da artır. Məsələn, onlar tez-tez qızdırırlar. Əgər qızdırma 38 dərəcədən çoxdursa, demək, bu, xəstəlikdən xəbər verir. Ona görə də tədbirli olmaq, həkimə müraciət etmək məsləhətdir. Əgər ishal, öskürək prosesi uzun sürərsə, deməli, yenə də həkim məsləhətinə ehtiyac var.

Dişçıxarma dövründə tüpürcək artdığı üçün öskürək, dodaq və yanaq ətrafında qızartılar, yüngül çatlar müşahidə olunur. Buna görə də tüpürcək yumşaq bir dəsmalla qurulanmalı, qızaran və çatlayan yerlər nəmləndirici ilə nəmləndirilməlidir. Digər tərəfdən, tüpürcəyin artması ilə əlaqədar diş ətində qaşınmalar baş verir. Bu vaxt plastik olmayan rəngli süni “diş qaşıyıcılarından” istifadə etmək olar. Diş çıxarkən ətrafında qanama halları da baş verir. Bundan narahat olmayın. Bir də unutmayın ki, körpəyə dişçıxarma dövründə də, həmçinin ondan sonra da ən böyük dərman ana şəfqətidir.

Həmçinin bax:  Süd dişlərinə qulluq 

0 şərh