Рейтинг
+4.35

Beynəlxalq iqtisadi təşkilatlar

17 üzv, 13 topik

Beynəlxalq Maliyyə Korporasiyası

Hələ Bretton-Vudsda BYIB-nın yaradılması məqsədilə məsələnin müzakirəsi prosesində Afrika, Asiya, Latın Ame­rikası və Yaxın Şərqdə inkişaf etməkdə olan ölkələrdə xüsusi biznesə köməklik göstərmək və dəstəkləmək məqsədilə bey­nəlxalq təşkilatın yaradılması ideyası müzakirə edilmişdir. Lakin bu ideya geniş müdafiəsini tapa bilmədi. Bu məsələyə BYIB yaradılandan bir neçə il sonra qayıdılmışdır. Xüsusi biznesi dəstəkləmək və tədqiq etmək ideyası BYIB-nın prezi­denti Yudjin P. Blekə və vitse-prezident Robert L. Qarnerə məxsusdur.


Ardı →

3.2. Beynəlxalq Valyuta Fondu

International Monetary fund (Beynəlxalq Valyuta Fondu) loqoInternational Monetary fund-Beynəlxalq Valyuta FonduBeynəlxalq Valyuta Fondu – BVF (International Mo­netary Fund) ilk anda beynəlxalq problemlər üzrə ölkələra­rası məsləhət və əməkdaşlığı, dünya maliyyə sistemini isti­qamət­ləndirən, valyta məzənnəsinin təsbit və nəzarət edən bir mərkəzi xatırlaması zənn edilirdi. Beləliklə, BVF bütün öl­kələrin bey­nəlxalq ticarətinin və istehsal resurslarının inkişaf etdiril­məsinə köməklik göstərəcəkdir.
Ölkələrin qarşılıqlı valyuta münasi­bə­tində tənzimlənməsi, beynəlxalq maliyyə köməkliyi göstərməklə ödəmə balanslarının korrektə olun­ması, onların defisitlik miqyasını və müddətinə ixtisar etmək ideyası 30-cu illərin axır­ları 40-cı illərin əvvəlləri Ingiltərə və Amerika alimləri tərəfindən müzakirə edilmişdir.


Ardı →

3.1. Beynəlxalq valyuta-maliyyə münasibətləri formalaşdırılması sistemləri

Valyuta-maliyyə münasibətləri ölkələrin xarici ticarə­tində mal və xidmətlərin inkişaf, beynəlxalq kapitalın miqra­siya olunması və investisiyanın hərəkəti, istiqrazların veril­məsi, maliyyə yardımı, iqtisadi yardım, elmi-texniki müba­dilə, turizm, dövlət və xüsusi köçürmələrin inkişafı ilə əlaqə­dar ola­raq baş vermişdir. Bunlarda yalnız beynəlxalq iqtisadi müna­si­bət­lərin formaları sintez edilir, dövlətlərarası əlaqədə (dip­lo­matik, mədəni, idman və s.) bu və ya digər hesablaş­malar tələb edən forma və növlərdən istifadə olunur.


Ardı →