Xırdaçısınız?

Klassik yapon ədəbiyyatçısı Akutau belə söyləmişdir: “Həyat kibrit qutusuna bənzəyir- ona ciddi yanaşmaq gülməlidi, qeyri ciddi yanaşmaqsa təhlükəli.”

  Həyata, həyatdakı hadisələrə necə yanaşmağı hər kəs özü qərarlaşdırır. Bəzən həyata çox ciddi, bəzənsə qeyri-ciddi yanaşırıq. Əgər sizdə yanaşma tərzinizi öyrənmək istəyirsinzsə, o zaman bizim sizə təqdim etdiyimiz test vasitəsilə özünüzü yoxlayın.

 Qiymətləndirmə: “hə” cavabı -1 bal, “yox” cavabı -0 bal, “bəzən”- 0,5 bal.

  • Zəng etmək istədiyim şəxsin nömrəsnin mənə lazım olan vaxta məşğul olması məni qıcıqlandırır.
    • Yox
    • Bəzən
       
  • Mənim maşın sürərkən kiminsə mənə fasiləsiz olaraq məsləhət verməsi məni hirsləndirir.
    • Yox
    • Bəzən
       
  • Kiminsə məni izlədiyni biləndə çox əsəbləşirəm.
    • Yox
    • Bəzən
       
  • Kimsə fikrimi dağıdanda özümdən çıxıram.
    • Yox
    • Bəzən
       
  • Biri ilə söhbətləşərkən 3-cü şəxsin daimi olaraq bizim söhbətə müdaxilə etməsi məni çox qıcıqlandırır.
    • Yox
    • Bəzən
       
  • Bir-birnə zidd rənglərin kombinə edilməsini görəndə özümü pis hiss edirəm.
    • Yox
    • Bəzən
       
  • Kiminləsə görüşəndə qarşı tərəfdən qarşılıqlı münasibəti görməmək məni qıcıqlandırır.
    • Hə 
    • Yox
    • Bəzən
       
  • Hər şeyi məndən yaxşı bilən insanla söhbət məni çox əsəbləşdirir.
    • Yox
    • Bəzən

 

Cavablar :

 6 baldan çox - Xırda bir problem sizin üçün çox şey deməkdi. Bəlkə də siz vəziyyəti bütövlükdə ələ almaq istəyirsiniz və nəyinsə sizin planlaşdırdığnız kimi getməməsini qəbul edə bilmirsiniz. Yaxud da sizin üzərinizdə  gizli gərginlik var, hansı ki, üzə çıxmaq üçün bəhanə axtarır.

4 baldan 5 bala kimi - Xırda şeylər sizi qıcıqlandırsa da, sizin xoşbəxt olmağınıza mane olmurlar. Sadəcə hər xırda detala görə narahatçılıq keçirməməniz üçün problemlərin üzərində çox qalmayın.

3 baldan az - Bəzən xoşagəlməz xırdalıq böyük problemin xəbərçisi ola bilər. Əgər siz üzünüzdəki zəhlətökən milçəyi deyildə, ayağınızın altındakı banan qabığını görürsünüzsə demək sizin diqqətiniz optimal şəkildə bölüşdürülüb.

 

0 şərh