Məişət tozsoranının quruluşu və iş prinsipi

Məişət tozsoranları mənzillərdə, ofislərdə, sinifvə auditoriyalarda, kafe və restoranlarda tullantıların, tozun yığılması üçün nəzərdə tutulmuşdur. Tozsoranın bir dəfə üçün davamlı işi 30-40 dəqiqədən artıq olmamalıdır. Əks halda bu təmizləmə qurğusu işləmə müddətini başa vurar.
Tozsoran nədir?
Tozsoran hava kütləsi vasitəsilə tozu və tullantılarını sorub, təmizləmək üçün qurğudur. Sorulan toz və çirk tozsoranın tozluğunda yığılır və mütəmadi olaraq oradan kənarlaşdırılır.
Müasir tozsoranlar tozluğun quruluşuna görə fərqlənir:
1. Kisəli tozsoran — bu tozsoranlara təmizləmə zamanı tozu, çirki və başqa xırda hissəcikləri süzgəcli kisəyə toplayan modelləri aid edirlər.
2. «Siklon» tipli tozsoran — bu tozsoranlarda tozun yığılması üçün kisə yoxdur, əvəzində toz mərkəzdənqaçma qüvvələrinin hesabına hava selindən ayrılır və çıxarıla bilən xüsusi konteynerə yığılır.
3. Su süzgəcli tozsoran — bu növ tozsoranlarda təmizləmə havanın su olan qaba püskürdülməsi yolu ilə həyata keçirilir.
Məişət tozsoranının gücü 2000 vatdan artıq olmur. Turbinlərinin fırlanma tezliyi 18-22000 dövr/dəq. arasında dəyişir. Məişət tozsoranının tullantı yığan kisəsinin tutumu 1,5-1,8 kiloqramdır. Kisə parça materialdan hazırlanır. Məişət tozsoranı, adətən, kiçikölçülü, yığcam olur vəmənzildə az yer tutur.
Məişət tozsoranı hansı hissələrdən ibarətdir?
Məişət tozsoranı gövdədən və şəkil 1-də göstərilmiş digər hissələrdən ibarətdir.Tozsoranınmühümhissələrindən biri tozluqdur .Təmizlik işləri aparılan zaman tozsoranın sorduğu zibil, toz və çirk burada toplanır.
Məişət tozsoranının iş prinsipi necədir?
Tozsoranın iş prinsipi olduqca sadədir. Bu məişət cihazı üç əsas tərkib hissəsindən ibarətdir: elektrik mühərriki, nasos və filtr. Tozsoranın işi ondan ibarətdir ki, elektrik mühərriki nasosun köməyi ilə tozsoranın şotkası altındakı havanı seyrəkləşdirir. Bunun nəticəsində toz və çirk tozsorana sovrulur, daha sonra sovrulmuş hava filtrin köməyi ilə onlardan təmizlənir.
Tozsoranın gördüyü işin mahiyyəti budur. Tozsoranların ənmüxtəlifnövləri yalnız bu işə xidmət edir. Onlardamüxtəlif filtrlərdən və nasoslardan istifadə etmək olar, amma bu zaman görülən iş dəyişmir. Dəyişən yalnız işin keyfiyyəti ola bilər.
Tozsoranın ən başlıca elementi onun filtridir. Yaxşı filtri olmayan tozsoran tozu özünə çəkib, onu yenidən havaya buraxacaq. Müasir göstəricilərə əsasən, hətta 99 % filtrləmə belə havanın təmizlik dərəcəsinə əks göstərici hesab edilir. Çünki havanın tərkibindəki 1% toz istənilən sayda bakteriya, virus və allergen yaya bilər. Ona görə də keyfiyyətli filtrləmə havanın 99,95% təmizlənməsi hesab edilir. Bu göstəricini əldə etmək üçün havanın bir neçə mərhələdə təmizlənməsi həyata keçirilir.


Müəllif: Natiq Axundov, Hümeyr Əhmədov, Fəridə Şərifova
Mənbə: Texnologiya — 8 Ümumtəhsil məktəblərinin 8 — ci sinfi üçün Texnologiya fənni üzrə Dərslik
 

0 şərh