Felin indiki zamanı

Türk dilində felin dörd zamanı var: indiki zaman; keçmiş zaman; gələcək zaman; geniş zaman.
Bu zamanlardan hər birinin özünəməxsus şəkilçiləri var.
Türk dilində indiki zaman fellərin kökünə bir cür yazılan «yor» şəkilçisi artırılmaqla düzəlir. Felin kökü samitlə bitərsə, kök ilə «yor» şəkilçisi arasına ahəngə uyğun olaraq -ı, -i, -u, -ü saitlərindən biri əlavə edilir.

Şəxs şəkilçiləri (I kateqoriya) zaman şəkilçisinin sonuna bitişdirilir.
İndiki zamanın təsrifi.
a) təsdiq forması

Ben geliyorum, alıyorum, okuyorum, gülüyorum.
Sen geliyorsun, alıyorsun, okuyorsun, gülüyorsun.
O geliyor, alıyor, okuyor, gülüyor.
Biz geliyoruz, alıyoruz, okuyoruz, gülüyoruz.
Siz geliyorsunuz, alıyorsunuz, okuyorsunuz, gülüyorsunuz.
Onlar geliyorlar, alıyorlar, okuyorlar, gülüyorlar.

Felin kökü «a» və «e» geniş saitləri ilə bitərsə, həmin saitlər ı; u və i; ü saitləri ilə əvəzlənirlər:

başla — başlıyorum;

oyna — oynuyoruz;

bekle — bekliyorum;

ütüle — ütülüyoruz;

de — diyorsun;

 

ye — yiyorsun;

 

Qeyd: Türk dilində həmin fellərin bəzən başlayoruz, oyunıyoruz, bekleyoruz şəklində yazıldığı da müşahidə edilir.
b) inkar forması

Felin indiki zamanının inkar forması -ma, -me inkar şəkilçisi vasitəsilə əmələ gəlir. Həmin şəkilçilərin saitləri ahəngə uyğun olaraq ı, i, u, ü dar saitlərindən biri ilə əvəzlənir. İnkar şəkilçisi fel kökü ilə zaman şəkilçisi arasında işlədilir. Vurğu inkar şəkilçisindən əvvəlki hecanın üzərinə düşür.
Ben gelmiyorum, almıyorum, okumuyorum, gülmüyorum.
Sen gelmiyorsun, almıyorsun, okumuyorsun, gülmüyorsun.
O gelmiyor, almıyor, okumuyor, gülmüyor.
Biz gelmiyoruz, almıyoruz, okumuyoruz, gülmüyoruz.
Siz gelmiyorsunuz, almıyorsunuz, okumuyorsunuz, gülmüyorsunuz.
Onlar gelmiyorlar, almıyorlar, okumuyorlar, gülmüyorlar.

c) s u a l forması

Felin indiki zamanının sual forması "-mu" sual ədatı vasitəsilə əmələ gəlir. Sual ədatı zaman şəkilçisindən sonra və ayrı yazılır. Şəxs şəkilçiləri sual ədatından sonra artırılır və bitişik yazılır. Ədatla şəxs şəkilçisi arasına I şəxsin təki və cəmində bitişdirici «y» samiti əlavə edilir.
Ben geliyor muyum? alıyor muyum? okuyor muyum?
Sen geliyor musun? alıyor musun? okuyor musun?
O geliyor mu? alıyor mu? okuyor mu?
Biz geliyor muyuz? alıyor muyuz? okuyor muyuz?
Siz geliyor musunuz? alıyor musunuz? okuyor musunuz?
Onlar geliyorlar mı? alıyorlar mı? okuyorlar mı?

ç) inkar — sual forması
Felin indiki zamanının inkar-sual forması yuxarıda göstərilən inkar şəkilçisi (-ma, -me) və sual ədatı (-mı, -mi, mu, -mü) vasitəsilə əmələ gəlir. İnkar şəkilçisi fel kökünə artırılır, zaman şəkilçisi ona qoşulur, sual ədatı ayrı yazılır və şəxs şəkilçiləri ədata bitişdirilir.

Ben gelmiyor muyum? almıyor muyum? okumuyor muyum?
Sen gelmiyor musun? almıyor musun? okumuyor musun?
O gelmiyor mu? almıyor mu? okumuyor mu?
Biz gelmiyor muyuz? almıyor muyuz? okumuyor muyuz?
Siz gelmiyor musunuz? almıyor musunuz? okumuyor musunuz?
Onlar gelmiyorlar mı? almıyorlar mı? okumuyorlar mı?

 

0 şərh