Yeni ideyalar

Peşəkar inkişaf prosesində bütün yaradıcı insanlar bəzi eyni mərhələlərdən keçir. Əvvəlcə siz həvəskar kimi yalnız ilham sizi yaxalaynda yaradıcılıqla məşğul olursunuz. Sonra, ətrafınızdakıların ümid yerinə çevrilir, ilk sifarişlərinizi qəbul edir və gözləntiləri doğrultmağa çalışırsınız. Sonda isə peşəkara çevrilirsiniz. Yaradıcılıq artıq sizin işinizdir və siz “şıltaq muzanızdan” asılı olmayaraq həmişə yüksək səviyyəli xidmətin təminatçısı kimi çıxış etməlisiniz.

Bir sətir belə yaza bilməyəndə və yaradıcılıq potensialınızın bitdiyini düşünəndə nə etmək olar? 
Birincisi ümidsizliyə qapılmayın və heç vaxt muzanızı “həvəsləndirmək üçün” qadağan olunmuş stimulyatorlardan istifadə etməyin. Əvəzinə isə bu məqalədə təklif olunan yoxlanmış vasitələrdən birini sınayın.

1. Sadəcə əyləşin və istirahət edin
 Heç bir şey etməyin. Gözlərinizi yumub beyninizdə olan bütün fikirləri özünüzdən uzaqlaşdırın. Məkan və zaman anlayışını unudun. Elə bu vaxt beyninizin dərin künclərində gizlinən ideya özü işıq üzünə çıxacaq.

2. Yeni müştərilərlə işləməyə başlayın
 Daimi müştərilərin olması bir baxımından yaxşdır, amma bu yaradıcılıq durğunluğuna səbəb ola bilər. Tamamilə yeni tapşırıq və tələbləri olan yeni müştərilər isə sizin peşəkar bacarıqlarınızı genişləndirməklə yanaşı kreativliyinizi də oyada bilər.

3. Rəy bildirin
 Yəqin ki ixtisasınızla bağlı ən yaxşı bloq və forumlara abunəsiniz. Bəzən sadəcə onları oxyub keçmək kifayət deyil, maraqlı olan məqalələrə rəy də bildirmək lazımdır. Öz sahəsində əsl peşəkar olanlarla fikir mübadiləsi apamaq yeni ideyaların yaranmasına səbəb ola bilər.

4. Özünüz ilə danışın
 Bəzən uzun bir müddət üstündə dayanmadan düşündüyünüz problemi yüksək səslə dilə gətirən kimi həll yolu tapılır. Məsələ bundadır ki, bəzən məlumatın fərqli kanal vasitəsi ilə(indiki halda eşitmə kanalı) daxil olması onun başqa cür qəbul olunmasına səbəb ola bilər. Belə ki bu yolla ideyanızı kənardan görmüş olursunuz. Lakin bu üsuldan tez-tez istifadə etməyin, çünki sizi “dəli” hesab edə bilərlər.
 
5. Məşğuliyyətinizi dəyişin
 Yaradıcılıq böhranı keçirirsinizsə, onda boş-boşuna monitora gözünüzü zilləməyin bir mənası yoxdur. Ondansa başqa bir şeylə məşğul olun. Bağçanı səliqəyə salın, xarab olmuş bir şeyi təmir edin və ya qabları yuyun. Belə bir vəziyyət dəyişikliyi yalnız faydalı işlər görmənizə yox, həmçinin böhrandan çıxmanıza da kömək edəcək.

6. Əvvəldən başlayın
 Bəzən irəli getməyinizə keçmişdə qəbul etdiyiniz qərarlar mane olur. Bir neçə addım geri atıb yenidən başlamaq üçün cəh edin. Əvvəllər yazdığınız süjeti dəyişin və ya saytınızın kodunu dəyişin.

7. Səyahət edin
 Ətraf mühtin, şəhərin, ölkənin hətta planetin dəyişdirilməsi kimi heç bir şey yaradıcılığa təkan verə bilməz. Maldivlərə və ya Karibə səfər edə bilirsinizsə bundan əla heç bir şey yoxdur. Bəzən isə qonşu parkda gəzinti belə ətraflı düşünmək üçün kifayət edir. Odur ki, kompüteri söndürün və yeni təssüratların ardınca irəli!

8. Yeni tanışlıqlar
 Dövrümüzdə insanlar getdikcə bir-birindən uzaqlaşır. İnternet vasitəsilə istənilən insana əliniz çata bilər, reallıqda isə ətrafınızda əsl dostlar azalır. Bəzən virtual əlaqələrinizi real aləmə köçürməyə cəhd edin. Facebook dostunuzu bir fincan qəhvə içməyə dəvət edin və ya virtual əməkdaşlarınız üçün kiçik bir qonaqlıq təşkil edin. Bəzən qeyri-rəsmi mühitdəki tanışlıq sizə veb səhifələrindən daha çox şey qazandıra bilər.

9. İdman
 Zehni əməyin fiziki əməklə əvəzlənməsi möcüzələr yarada bilər. Əgər saatlarla monitor qarşısında oturmusunuzsa, onda fiziki fəaliyyət yalnız sağlamlığınız üçün lazım deyil. Qan dövranın nvə beynin oksigenlə təminatının yaxşılaşması yaradıcılığın da aktivləşməsinə gətirib çıxarır.

10. Özünüzə yeni bir şey alın
 İnanılmaz səslənə bilər lakin çoxdan arzulanan bir şeyin alınması əhval-ruhiyyənizi, ruh yüksəkliyinizi qaldıra bilər. Bu da motivasiyanızı artırır.

11. Yoga ilə məşğul olun
 Yoga fikirlərinizin aydınlaşdıırılması və sağlamlığınızın möhkəmləndirilməsi üçün olduqca yaxşı yoldur. Yoga gənc qalmanıza və stressdən azad olmanıza kömək edir. Bu bir növ hərəkətli meditasiyadır.

12. Post yazın
 Bəli, yaradıcılıq böhranı ilə mübarizə haqda bir post yazın və oxucularınızdan öz mübarizə yollarını yazmalarını xahiş edin. Bəlkə də yazılmış rəylər arasında itirilmiş ilhamınızın tapılmasına kömək edəcək ən gözəl məsləhəti oxuyacaqsınız.
 

1 şərh

name
Özünüzə yeni bir şey alın — bunu çox sevdim :)